Bazar ertəsi günü, 09 noyabr 2026
     

«O taylı, bu taylı Azərbaycanam»

Image


Bəllidir ki, hər xalqın öz poeziyası, öz poetik yaradıcılığı var. Azərbaycan xalqı da özünəməxsus poeziya yaradıcılığı ilə dünyanın diqqət mərkəzindədir. Xalqımızın istedadlı qələm sahibləri insan həyatında dönüş yaradan adi və qeyri-adi prosesləri öz poeziyalarında geniş xarakterizə edir, düşündürücü ovqat yaradırlar.

Bu yazıda ənənəvi xalq dilində şeir yazan Heydər Türkoğlu yaradıcılığından bəhs edəcəyəm. Əlbəttə, Heydər Türkoğlu Azərbaycan xalqının ədəbi təfəkküründə poeziyanın əsas prioritet olduğunu yaxşı bilir. Bu üzdən özü də şedevr şeirlər yazır, solğun duyğulara diri əhval verir, ilmələrlə könül düyğuları hopdürür.

Səmimi deyək ki, illər əvvəl tanıdığımız, şəxsiyyətinə və yaradıcılığına hörmət etdiyimiz Heydər Türkoğlu öz kövrək və səmimi hisləri ilə bədii düşüncəmizə rəng qatmağı ustalıqla bacarır. Biz onun ilk şeirlərini oxuyanda anlamışdıq ki, o, poeziyaya özünəməxsus yolla gəlib...

İlk olaraq Heydər Türkoğlunın qısa tərcümeyi-halı ilə tanış olaq:

Səfiquliyev Heydər Qurban oğlu 15.01.1963-cü ildə Dərələyəz mahalının Əzizbəyov rayonunun Gabud kəndində anadan olmuşdur. 1970-ci ildə Gabud kəndində 1-ci sinfə getmiş, 1975-1980-ci illərdə Dərələyəz mahalının Yexeqnadzor rayonunun Qovuşuq kəndində yaşamış və Qovuşuq kənd orta məktəbini bitirmişdir. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Xidmət etdiyi diviziyada güləş üzrə bütün çəkilərdə (obsalyut çəkidə) çempion olmuşdur. Müəyyən dövrlərdə fərqli yığma komandalarda güləşmiş, SSRİ idman ustalığına layiq görülmüşdür. Humanitar fakültəni bitirərək, hakim, məşqçi titulu qazanmış və ictimai cəmiyyət yaratmaq hüququna nail olmuşdur. 1984-cü ildə Sankt-Peterburq şəhərində Nəqliyyat Universitetinə daxil olmuş, 1989-cu ildə də həmin universiteti bitirmişdir. Universiteti bitirdikdən sonra öz ixtisası üzrə Rusiyada və Azərbaycan Dəmir Yollarında müxtəlif vəzifələrdə işləmişdir.

Ailəlidir, 2 övladı var.

Qızı Azərbaycan Dillər Universitetini, oğlu isə  bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində bitirmiş, xaricdə magistratura təhsilini davam etdirməkdədir.

Bəli, bu qısa xarakteristikada mən Heydər Türkoğlu şəxsiyyətini və yaradıcılığını tam ifadə edə bilmərəm. Oxuculara bəlli olsun deyə, həyat yolu barədə qısa məlumat verdim. 

Səmimi deyim ki, Heydər Türkoğlu əsl şairdir, yaradıcılığı mövzu etibarilə müxtəlifdir. Onun əsasən lirik-ictimai şeirləri ədəbi çaları ilə diqqəti daha çox çəkir. Bəlkə də həyatsevər şair zamanı insan həyatında qabarıq meyllər yaradan səbəb kimi xarakterizə etdiyi üçün biz bu prosesin fərqli təzahürlərini poetik səmtlərdə axtarırıq...

Son illər məzmunlu, poetik, qismən də fəlsəfi salxarı olan şeirlər demək olar ki, çox az yazılır. Bu, ya onunla əlaqədardır ki, mühit poeziyaya sadəcə önəm vermək gücünü itirib, ya da şeir hər kəsin altına girə biləcəyi yük deyil. Heydər Türkoğlu üçün isə şeir müqəddəs, poeziya müqəddəslik simvoludur. Elə buna görə də onun sistemli yanaşdığı mövzular oxucu marağına səbəb ola bilir. Fikrimizi isbat etmək üçün Heydər Türkoğlunun aşağıdakı şeir parçalarını təhlil edək.

 

Bu gediş yamanca qorxudur məni,

Deyəsən, bəndəni zaman dəyişir.

Mələk sifətlini şeytan donunda

Görəndə, insana güman dəyişir.

 

Fərqli gəlir bir-birindən bəd illər,

Yağlanır, ballanır yalançı dillər.

Qarışandan bir-birinə fəsillər,

Dağlara qar yağmır, duman dəyişir.

 

Üzülür adamın ayağı yerdən,

Heç nə anlamırsan xeyirdən, şərdən.

Arvad da gileyli dolanır ərdən,

Türkoğlu, dərd çəkmə, dövran dəyişir.

 

Həyatı poeziyanın özü kimi diqtə edən Heydər Türkoğlu şeirlərində ən çox ədəbi salxara diqqət yetirir, oxucunu bu sistemdə maraqlı süjet xətləri ilə üz-üzə qoyur. Onun yuxarıdakı «Dəyişir» adlı şeirində bunu aydın görmək mümkündür. Şeirdə ənənəvi mahiyyət bir daha bədii müstəvidə çözülür - yəni, dövran, insan, zaman fərqli səmtlərdə qərar tutub, həyat, insan dəyişib. Bəs buna nə zəmin yaradır? Müəllif özü bu suala şeirdə cavab verir: Türkoğlu, dərd çəkmə, dövran dəyişir. Dövranın dəyişdiyi insan da təbii ki, saxta şəkildə xarakterizə olunur, ona kimsə inam və etibar etmir.

 

Babək pay saxladı cəsarətindən,

Böldülər, çoxusu yaltağa düşdü.

Nə fayda, onlar da hünər zamanı

Baş ola bilmədi, ayağa düşdü.

 

Duymayan tarixin ixtiyarını

Çəkmədi Vətənin intizarını.

Bir yol eşitmədi Şəhriyarını,

Yüz yol lənətlənib qınağa düşdü.

 

Bu şeir parçalarında da mövzu eyni, qənaət eynidir - yəni, həyat, insan dəyişdikcə yaşamın mahiyyəti dəyişir, günaha zəmin yaradan hallar artır. Bu da cəmiyyət üçün böyük fəlakətdir. Heydər Türkoğlunun şeirdə eyham vurduğu məsələ məhz budur.

 

Vədəsində gəlsə haqq sözün dilə,

Alçalıb barışma haqsızlıq ilə.

Ay Heydər, qisməti Allahdan dilə,

Tanrı verən paya söz ola bilməz.

 

Burada da müəllif mövzuya eyni ovqatı bəxş edib, oxucunu toxunduğu hisslərin əhatəsinə çəkməyi bacarıb. Şeiri oxuduqca bəlli olur ki, insan yadlaşıb, bütün niyyətlər nəfsidir, insan yalnız Allahdan nicat diləməlidir. Şeirin və müəllifin təbirincə desək, bu, bir Qiyamət əlamətidir.

 

Dağlar, qayğınızı çəkə bilmədim,

Vədəsiz çiçəyin soldu, darıxdım.

Vaxtında dərmədim düyam ətrini,

Günəş ləçəklərin yoldu, darıxdım.

 

Bu nümunədə süjet xətləri həyatdan, taledən qaynaq götürür. Müəllif qaynar ilhamı ilə hisslərini cilalayıb, poetik cəhdlərini xoşovqat missiya kimi diqqətə çəkib. Burada bir təəssüf, bir nigarançılıq məğzi də aşkar diqqət çəkir.

 

Nə durmusan boynu bükük,

Budaq üıtə qonan bülbül?!

Açılmayıb çiçəklərin,

Qəlbim oldu viran, bülbül.

 

Asılmısan sanki dardan,

Yol keçmisən buzdan-qardan,

Ayrı düşdün, ayrı, yardan,

Yurdun oldu talan, bülbül.

 

«Bülbül» şeirində də Heydər Türkoğlunun narahatlığı diqqətdən yayınmır. Əli yetmədiyi, köməyi dəymədiyi üçün şair bülbülün timsalında bir vaxtlar tapdaq altında qalan yurdlara ağı deyir, özünü və hər kəsi qınayır.

 

Məndən aşağıda yorğanım torpaq,

Allahla məzarın arasındayam.

Ucalsam nəçiyəm, ensəm nəçiyəm,

İnsanam, insanın sırasındayam.

 

Türkoğlu Heydərəm, axı insanam,

Fərq etməz sultanam, fərq etməz xanam.

O taylı, bu taylı Azərbaycanam,

Mən onun sağalmaz yarasındayam.

 

Bu parçalarda digər şeirlərə nisbətən fəlsəfi ovqat daha güclüdür, şair ruhaniyyat məsələsini ciddi anlamda çözür, özü ilə Vətən, ruhu ilə Allah arasındakı həqiqətlərə diqqət çəkir.

 

İnsanlar görürəm, lənət oxunan,

Allahım, şeytana heyifim gəlir.

Arsızın, alçağın and yeri olan

Müqəddəs Qurana heyifim gəlir.

 

Heydər haqsızlıqdan od tutub yanır,

Arxalı köpəklər özün qurd sanır.

Alçaq, təkəbbürlü elə dolanır,

Tapdığı ad-sana heyifim gəlir.

 

«Heyifim gəlir» şeirində də biz yuxarıdakı şeirlərin ovqatını aydın görür, mövzunun eyni, münasibətin fərqli olduğu qənaətinə gəlirik. Bu duyğularda bir az da cəmiyyət reallığı var. Həmçinin, talesizlik və ağrı-acı kimi faktlar da bu şeirin mahiyyətində özünü aşkar bəlli edir. Şeir bütövlukdə bu dediklərimizə sübutdur.

 

İnsanın bəlası nəfsidir, gec-tez

İçindən yandırıb kül eylər-eylər.

Şahlıq məqamından qəfil qaytarar,

Endirib, axırda kül eylər-eylər.

 

Və ya:

 

İnsana hər nə var, qədəri bəsdir,

Azı da, çoxu da xar eylər-eylər.

Əbədi nə var ki, gedər əlindən,

Dünyanı başına dar eylər-eylər.

 

Bu parçalarda Heydər Türkoğlunun xalq yazı ənənəsinə daha çox aludə olduğu hiss olunur. Özündən əvvəlki şairlərin yolunu davam etdirən şair oxucunu həyat niskilindən qurtarmaq üçün poetik məcranı aydın, şirin dillə mənalandırır, oxucu dərkində sistemli həyat qaynarlığı yerləşdirir. Bu, hər kəsə bir könül-qəlb rahatlığı verir.

 

Düz olmadı, düzəlmədi döngələr,

Bizi bizə düşmən etdi özgələr.

Arxamızda görünməyən kölgələr

Dost adıyla işə saldı əməlin,

Susmuşuq, bəlalar olacaq, bilin.

 

Türkü yıxmaz saxta sözlər, təriflər,

İllərlə düşmənə sinə gəriflər.

Çıxsın aramızdan, getsin həriflər,

Türkoğlu, qardaşdan üzülməz əlin,

Susmuşuq, bəlalar olacaq, bilin.

 

«Bilin» adlı şeirində də Heydər Türkoğlunun ənənəvi missiyası diqqət çəkir. O, eyni mövzulara müasir yanaşır, həyat və tale kimi anlayışlara qabarıq münasibət bəsləyir, həyatı bir tale məsələsi kimi xarakterizə edir. İstedadlı şairin gəldiyi qənaət doğru məntiq verir. O, nankor, əslini danan insanlarla bir süfrədə oturmağı, arxada görünməyən kölgələri hazır yeyən tiplər kimi verir, hər kəsi belə bədxahlardan uzaq durmağa çağırır.

 

Sənin səsin el səsidir,

Ulu Türkün nərəsidir.

Əyriləri kəsəsidir,

Haray eylə hər an, dilim.

 

Bu nümunədə Heydər Türkoğlunun öz həyat aynasında var-gəl edən hislərə şahidlik edirik... O, əyriləri kəsən həqiqətin carçısı olduğu üçün oxucunu özünə inandırır və onu öz arxasınca aparır.

 

Türkoğlu, naşının daşından yayın,

Kütbeyin adamın başından yayın,

Alçaq süfrəsinin aşından yayın,

Haramı qabından silənə kimi.

 

Haramın halallıqdan uzaq bir vərdiş olduğunu təqdir edən Heydər Türkoğlu öz «lirik mən»ini mətin, cəsur obraz kimi təqdim edir və hər kəsdə belə mətin bir «mən» yaratmağa çalışır. Yuxarıdakı nümunələrdə onun bitkin vətəndaşlıq yanğısı aydın görünür. O, sosial çətinliklər qarşısında aciz qalan insanın dəyişmə ehtimalının çox böyük olduğu qənaətindədir və belələrindən daim uzaq durmağı tövsiyə edir.

 

Dərələyəz ləl yatağım, cövhərim,

Həm yerim, həm göyüm, ad-sanım idi.

Ruhun cana qovuşduğu o məkan

Qibləm, səcdəgahım, gümanım idi.

 

Burada bir Vətən məfhumu aşkardır. Heydər Türkoğlu nikbin baxışları ilə oxucuda yurd sevgisi artırır, onu bir parça torpaq uğrunda odlu mübarizələrə səsləyir. Vətənin bir cövhər, bir ləl və bir ad-san olduğunu deyən istedadlı şair onun uğrunda can fəda etməyi də bir şərəf hesab edir.

 

Şeytanlar qəlbində yuva salacaq,

Gələndə dilinə yalanlar, oğul.

Yadlar yol salacaq ömür bağından,

Edəcək tarimar, talanlar, oğul.

 

Bu şeirdəki məsləhət, öyüd-nəsihət əslində, hər kəsə ünvanlanıb. Müəllif hər sözünü sanki bir həyat dastanı kimi təqdim edib və hislərində çırpınan həyat yanğılarını, tale ağrı-acılarını, hətta sevgi-kədər notlarını yaxıcı hala salıb. İlk baxışdan kövrək təbəssümdə görünən bu misralar əslində, içində acı bir həyat, rəngsiz bir tale vulkanı çırpınan poetik hislərdir.

İstedadlı şair Heydər Türkoğlunun deyişmələri də ara-sıra diqqətimizi çəkib. Onun Səyyad Sərrafla qabaq-qarşı söyləmələrindən birinə diqqət kəsilək:

 

Səyyad Sərraf:

Təbiətin qanunudu, çox ağac

Çiçəkləsə, gözləmə ki, bar olur.

Dediyini öz xeyrinə danışsan,

Elə bilmə eşitməyən kar olur.

 

Heydər Türkoğlu:

Bir zamanlar nakam bir eşq yaşadım,

Qışda xəstə istədiyi nar olur.

Hicran çəkdim, qəm kəmərin qurşadım,

Bundan belə həyat mənə zor olur.

 

Səyyad Sərraf:

Su quruyan arxa bir də gələr su,

Pöhrələnər çayır, çəmən, qızılgül.

Bülbül oxur, səhər-səhər dillənir,

Yaman olan elə yenə xar olur.

 

Bu deyişmədə tale ləngərində təlatümə gələn həyat vadiləri insan ömrünə sığa bilən sərhədlər kimi məna tapıb. Adi sözlərdən ibarət olan bu deyişmənin mahiyyətində çox dərin, fəlsəfi çalar görürük. Bu deyişmədə hər iki şair sevgi və ürək yanğılarına su səpməyin fəlsəfəsini tapıblar. Bu deyişmədə, həm də örnək həyata, bacarığa, nümunəvi əxlaq və davranışa sahib ola bilməyin yolları göstərilir...

Əlbəttə, mən istedadlı şairimiz Heydər Türkoğlu yaradıcılığından çox az sayda - bir məqalə həcmində şeir nümunələrinə istinad etdim, bu şeirlərdəki zəhmət duyğularını, əməksevərlik təntənəsini, tarixə zavalsız qonan həqiqətləri, bəxtə, coşqun həyata, bacarığa sahib insanların məzlum baxışlarını, nadanlığı, nankorluğu və s.-i diqtə edən prosesləri çözdüm. Əminəm ki, oxucu da mənimlə birlikdə istedadlı şair Heydər Türkoğlu şeirindən böyük bir həyat eşqi götürə bildi.

Heydər Türkoğlunun məğrur və məmnun görünən poetik ruhu bir həyat tablosu kimi təsir bağışlayır. Onun səmimi hisləri özündə bir həyat inikası kimi əks olunur. Heydər Türkoğlu hətta ən adi fikrini belə elə sərt və çılğın-ədəbi və poetik axıntıya məruz qoyub ki, təsirlənməmək mümkün olmur. Oxucu bu hissin təsiri altında gah düşünür, gah qorxur, gah da yorğun baxışlarını uzaq səmtlərdəki boşluqlara dikir. Əgər belə bir ədəbi nizama səbəb yarada bilibsə, deməli, Heydər Türkoğlunun şair mühitində xalis söz ehtiyatları hələ çoxdur və (inşallah) gələcək kitablarında biz onlarla yaxından tanış olacağıq.

Eldar Həsənli,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ