İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ təyyarədaşıyan gəmisinə və esminesə bir neçə ballistik raketlə zərbə endirdiyini və zərər gördükdən sonra onları münaqişə zonasını tərk etməyə məcbur etdiyini açıqlayıb.
SEPAH-ın açıqlamasında ABŞ gəmilərinə İran gəmilərini təqib etdikləri və İranın dəniz blokadasında iştirak etdikləri üçün hücum edildiyi bildirilir.
İran tərəfinin məlumatına görə, ABŞ iki gəmisinə edilən hücumu rəsmi olaraq etiraf etmək məcburiyyətində qalıb. SEPAH bunu ABŞ-ın strateji məğlubiyyətinin "canlı sübutu" və İran silahlı qüvvələrinin hücum qabiliyyətinin sübutu adlandırıb.
Keşikçilər Korpusu həmçinin Vaşinqtonu düşmənçilik hərəkətlərinin davam edəcəyi təqdirdə İran qüvvələrindən "dəhşətli zərbə" alacağı ilə bağlı xəbərdar edib.
"Biz həmişəkindən daha güclüyük. Qələbə İslam İranının dözümlü xalqına məxsusdur, məğlubiyyət və peşmançılıq isə təcavüzkarların qaçılmaz taleyidir", - deyə SEPAH bildirib.
Tahir TAĞIYEV