çərşənbə günü, 25 noyabr 2026
     

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Image


Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsin son aldığı əməkhaqqı arasındakı birbaşa əlaqənin aradan qaldırılmasıdır.

Hazırda dövlət qulluqçularının pensiyasına qulluq stajına görə əlavə onların son dövrdə aldıqları dövlət məvacibi nəzərə alınmaqla hesablanır. 15 il dövlət qulluğu stajı olan şəxs üçün bu göstərici orta dövlət məvacibinin 50 faizi, 15 ildən artıq hər il üçün isə əlavə 3 faiz təşkil edir və əlavə maksimum 80 faizə çata bilir. Bu mexanizm, xüsusilə uzun müddət dövlət qulluğunda çalışmış və yüksək vəzifələrdə olmuş şəxslərin pensiyasının daha yüksək formalaşmasına imkan verir.

Yeni modeldə isə bu yanaşmadan imtina edilməsi nəzərdə tutulur. Pensiyanın əsas hissəsi şəxsin fərdi hesabında toplanmış pensiya kapitalı əsasında, ümumi qaydada hesablanacaq. Bunun üzərinə isə sabit məbləğdə aylıq pensiya əlavəsi veriləcək. Başqa sözlə, şəxsin pensiyaya çıxarkən aldığı yüksək vəzifə maaşı artıq pensiyanın əsas müəyyənedici göstəricilərindən biri olmayacaq.

Bu dəyişikliklə dövlət qulluqçularının pensiya sistemi daha çox sığorta prinsipinə yaxınlaşdırılır. Yəni pensiyanın məbləğində şəxsin əmək fəaliyyəti dövründə fərdi hesabında topladığı pensiya kapitalının rolu artırılır. Eyni zamanda, qulluq stajına görə əvvəlki qaydada hesablanan faiz əlavəsinin əvəzinə sabit aylıq əlavə tətbiq olunacaq.

Yeni mexanizmin konkret nəticəsi isə hər pensiyaçı üçün eyni olmayacaq. Xüsusilə yüksək vəzifələrdə çalışmış, uzun dövlət qulluğu stajına malik və pensiyası əsasən yüksək son əməkhaqqı hesabına formalaşan şəxslərin gələcək pensiya məbləğinə təsir daha ciddi ola bilər. Çünki yeni sistemdə onların əvvəlki yüksək əməkhaqqısı pensiyanın hesablanmasına əvvəlki kimi təsir göstərməyəcək.

Digər tərəfdən, daha aşağı əməkhaqqı ilə çalışmasına baxmayaraq fərdi hesabında böyük pensiya kapitalı formalaşmış şəxslər üçün yeni sistemin nəticəsi fərqli ola bilər. Buna görə dəyişiklikləri bütün xüsusi şərtlərlə pensiya alanların pensiyasının mütləq azalması kimi qiymətləndirmək düzgün deyil.

Digər mühüm məsələ pensiyaların gələcək indeksləşdirilməsi ilə bağlıdır. Hazırda əmək pensiyaları ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. 2026-cı ildə bu artım 9,3 faiz təşkil edib. Yeni yanaşmada isə pensiyanın məbləğindən asılı olaraq fərqli indeksləşdirmə mexanizminin tətbiqi müzakirə olunur. Bildirilən təklifə əsasən, orta aylıq əməkhaqqı həcmində və ondan aşağı pensiya alanların pensiyası tam indeksləşdirmə faizi ilə artırıla bilər. Orta əməkhaqqından yüksək pensiyalar üçün isə daha aşağı indeksləşdirmə əmsalının tətbiqi nəzərdə tutulur.

Lakin burada da mühüm məqam var: 0,3 və 0,5 faiz kimi konkret göstəricilərin hansı pensiya məbləğlərinə və hansı formul üzrə tətbiq ediləcəyi barədə yekun hüquqi norma hələ açıqlanmayıb. Buna görə indidən konkret pensiyaçı üçün neçə manat artım və ya azalma olacağını hesablamaq mümkün deyil.

Ümumiyyətlə, təklif olunan dəyişiklik iki istiqamətdə pensiya sistemini dəyişir: bir tərəfdən xüsusi şərtlərlə pensiyanın hesablanmasında son əməkhaqqısının rolunu azaldaraq pensiya kapitalının əhəmiyyətini artırır, digər tərəfdən isə yüksək pensiyaların indeksləşdirilməsinə fərqli yanaşmanın tətbiqini gündəmə gətirir.

Bu dəyişikliklərin əsas nəticəsi ondan ibarət ola bilər ki, gələcəkdə dövlət qulluqçusunun pensiya məbləğini müəyyən edən əsas amil onun son vəzifəsi və aldığı yüksək əməkhaqqı deyil, əmək fəaliyyəti dövründə topladığı pensiya kapitalı və qanunla müəyyən ediləcək sabit aylıq əlavə olacaq.

Qanun layihəsi 25 sentyabr 2026-cı ildə Milli Məclisdə birinci oxunuşda müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Bu səbəbdən hazırkı mərhələdə söhbət qüvvəyə minmiş qaydadan deyil, təklif olunan yeni mexanizmdən gedir.

Hazırkı məlumata görə, yeni pensiya mexanizminin qüvvəyə minənədək təyin edilmiş pensiyalara geriyə şamil olunması və pensiyaçılardan indiyədək aldıqları məbləğin geri tələb edilməsi nəzərdə tutulmayıb. Əgər qanun qəbul olunarsa, mövcud pensiyaların gələcəkdə yenidən hesablanıb-hesablanmayacağı keçid müddəalarından asılı olacaq. Yəni hazırda “əvvəlki ödənişlər geri qaytarılacaq” demək üçün hüquqi əsas yoxdur.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

24.11.2026 / 10:54
ABŞ-ın hərbi müşayiəti də kömək etmədi – Hörmüzdə daha üç tanker alov aldı...

24.11.2026 / 10:46
ABŞ senatoru Prezident Əliyevi və Paşinyanı təbrik etdi

24.11.2026 / 10:23
Sürücülük hüququ olmayan şəxs ailəsi ilə birlikdə qəzaya düşdü...

24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında – Qətər Vaşinqtona xəbərdarlıq etdi...

24.11.2026 / 09:48
Bakıda yeni işıqforlar quraşdırılacaq - avtobus sürücülərinin nəzərinə...

24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm - ADSEA yayılan məlumatı təkzib etdi

24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı - “Hörmüzdən dərs çıxarın” nə deməkdir?

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi - səbəb...

23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTO

23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda

23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...

23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...

23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...

23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi... Tramp-Si görüşü boşa çıxdı...

23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur

23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia - Albaniya ittihamları rədd etdi...

23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...

23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı – qiyməti 900 min dollardır...

23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...

23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ