İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) son bir neçə saat ərzində Hörmüz boğazından keçən üç neft tankerinin dəniz minalarına düşərək partladığını və alovlandığını iddia edib.
SEPAH-ın bəyanatında bildirilir ki, tankerlərdən biri boğazın cənub marşrutu, digər ikisi isə Hörmüz boğazının şərq hissəsi ilə hərəkət edirmiş. Gəmilərin ABŞ hərbi qüvvələrinin güclü hava mühafizəsi və müşayiəti altında olduğu iddia edilir.
SEPAH-ın açıqlamasına görə, güclü partlayışlar nəticəsində tankerlər dəniz minalarına düşüb və yanğın başlayıb. Qurum ABŞ hərbçilərinin hava müşayiətinin bu hadisələrin qarşısını ala bilmədiyini bildirib.
Tahir TAĞIYEV