Rusiyanın Tatarıstan Respublikasında, Almetyevsk şəhəri yaxınlığında neftin saxlanılması üçün nəzərdə tutulan rezervuarlara pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.
Tatarıstan rəhbərinin mətbuat xidmətinin məlumatına görə, hücum noyabrın 23-də səhər saatlarında baş verib.
Bildirilib ki, respublikanın cənub-şərq hissəsi yenidən PUA hücumuna məruz qalıb. Hücumun hədəfi Almetyevsk yaxınlığında yerləşən neft anbarları olub.
Məlumata əsasən, uzun müddət davam edən hücum nəticəsində bir neçə obyektə ziyan dəyib. Hadisə zamanı ölən və yaralanan olmayıb.
Qeyd edək ki, Tatarıstan rəhbəri Rüstəm Minnixanovun mətbuat xidməti noyabrın 19-da da Almetyevsk yaxınlığındakı neft rezervuarlarına PUA hücumu barədə məlumat yaymışdı. Həmin vaxt böyük yanğının qarşısını almaq mümkün olmuşdu.
Tahir TAĞIYEV