Cümə günü, 20 noyabr 2026
     

Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

Image


Azərbaycan Qiymətləndiricilər Palatasının məlumatına görə, oktyabrda satışa çıxarılan avtomobillərin sayı əvvəlki ayla müqayisədə 7 faiz azalaraq 37 min 531-ə düşüb. Buna baxmayaraq, avtomobillərin orta qiyməti 700 manat artaraq 19 min 500 manata çatıb. Palata bu artımı maşınların ümumi bahalaşması ilə deyil, bazarda daha bahalı avtomobillərin payının çoxalması ilə izah edir. Məsələn, 20 min manatdan ucuz avtomobillərin payı 53.3 faizdən 51.2 faizə enib.

Ancaq qiyməti düşən avtomobillər də var. Hətta sentyabr və oktyabr aylarında satışda qalan 7 min 156 avtomobilin təxminən 40 faizində qiymət aşağı salınıb. Bu avtomobillərin orta qiyməti də 1.5 faiz azalıb. Bazarda seçim imkanları da məhduddur. Satışa çıxarılan avtomobillərin yarıdan çoxu 13 yaş və daha köhnədir. Yeni avtomobillərin median qiyməti isə 44 min 300 manata çatır. Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirir ki, avtomobilin elanda göstərilən qiymətə satılacağına zəmanət yoxdur və elanların sayının azalması da mütləq daha çox avtomobilin satılması demək deyil. O vurğulayır ki, oktyabrda median qiymət 3.7 faiz artsa da, eyni marka və modellər üzrə sabit struktur indeksi cəmi 0.4 faiz yüksəlib. Ekspertin fikrincə, bu fərq ümumi qiymət artımının əsasən satışa çıxarılan avtomobillərin tərkibinin dəyişməsi ilə bağlı olduğunu göstərir. İ.Hüseynli qiymətlərə təsir edən amillər arasında avtomobil idxalını da önə çəkir. Onun sözlərinə görə, ölkəyə gətirilən maşınların istehsal ili, mühərrik növü və qiymət kateqoriyası dəyişdikcə bazardakı təklif də yenilənir: "Fikrimcə, burada idxalın həcmi qədər onun keyfiyyət və qiymət baxımından strukturu da əhəmiyyətlidir. Lakin yalnız bu hesabat əsasında idxalın artdığını və ya azaldığını iddia etmək düzgün olmaz. Bunun üçün gömrük statistikasına ayrıca baxılmalıdır".

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana 57 min 275 avtomobil gətirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32.8 faiz azdır. İdxal olunan avtomobillərin ümumi dəyəri də 29.3 faiz azalaraq 1 milyard 132 milyon dollara düşüb. Minik avtomobillərinin idxalında isə 34.9 faizlik azalma baş verib. Hibrid və elektrik avtomobillərinin idxalı daha kəskin azalıb. Belə ki, adi hibridlərin gətirilməsi 58.8 faiz, elektrik enerjisi ilə doldurulan hibridlərin idxalı 63.5 faiz, elektromobillərin idxalı isə 56,4 faiz azalıb. Hüseynli avtomobilin qiymətini müəyyən edən digər amilin onun texniki vəziyyəti olduğunu bildirir. Ekspertin fikrincə, eyni modeldən olan maşınlar arasında belə yürüş məsafəsinə, qəza tarixçəsinə və təmir ehtiyacına görə ciddi qiymət fərqi yarana bilər. O hesab edir ki, hazırda avtomobil bazarında alıcılarla satıcılar arasında yeni qiymət balansı formalaşır. İqtisadçı Asif İbrahimov deyir ki, avtomobil bazarındakı vəziyyətə yalnız qiymətlərin artması və ya azalması baxımından yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, əsas problemlərdən biri əhalinin alıcılıq qabiliyyətidir. Ekspert vurğulayır ki, ortagəlirli insanların avtomobil almaq imkanı daraldıqca, bazarda daha çox yüksəkgəlirli alıcıların seçdiyi maşınlara maraq artır. A.İbrahimovun fikrincə, alıcıların daha ehtiyatlı davranması satıcıların da planlarını dəyişir. O bildirir ki, maşınını istədiyi qiymətə sata bilməyənlər güzəştə getməli, ilkin qiymət gözləntilərini yenidən nəzərdən keçirməli olurlar. İqtisadçı bunu bazarda tələb və təklif arasında müəyyən uyğunsuzluğun yaranması ilə əlaqələndirir: "Onlar qiymətlə yanaşı, yanacaq sərfiyyatına, texniki vəziyyətə, ehtiyat hissələrinin əlçatanlığına və gələcək istismar xərclərinə də diqqət yetirirlər. Kredit faizləri və ailə büdcəsinə düşən maliyyə yükü də avtomobillərə olan real tələbə təsir göstərir". Avtomobilin istismar xərcləri ilə bağlı hesablamalar da bu maliyyə yükünü təsdiqləyir. Məsələn, ayda min kilometr yol gedən və hər 100 kilometrə səkkiz litr Aİ-92 benzin sərf edən avtomobilin təkcə yanacaq xərci ayda 92 manat, ildə isə 1104 manat təşkil edir. Bu hesablama Tarif Şurasının 2026-cı il yanvarın 1-dən qüvvəyə minmiş qiymətinə – benzinin bir litri üçün 1.15 manata əsaslanır. Müqayisə üçün, Aİ-92 benzininin litri 1 manat olduğu dövrdə eyni avtomobilin illik yanacaq xərci 960 manat idi, sonrakı qiymət artımları nəticəsində isə bu məbləğ 144 manat yüksəlib. Yanacaqdan əlavə, avtomobil sahibi icbari sığorta, texniki baxış və dövri texniki xidmət xərcləri ilə də üzləşir. Texniki baxış üçün dövlət rüsumu 30 manatdır. Avtomobilin yaşından asılı olaraq buna 10-40 manat, 10 ildən 20 ilədək yaşı olan avtomobillər üçün isə 20 manat utilizasiya haqqı əlavə edilir. İcbari sığorta haqqı mühərrik həcmi, avtomobilin yaşı və digər risk göstəriciləri əsasında hesablanır. İllik sığortaya 75-100 manat, ildə iki dəfə yağ və filtr dəyişdirilməsinə isə 180-220 manat ayrıldığını fərz etsək, 10 ildən 20 ilədək yaşı olan avtomobilin illik baza istismar xərci təxminən 1400-1500 manata çatır. Bu, sadəcə ortalama hesablamadır və məbləğə gözlənilməz nasazlıqlar, ehtiyat hissələrinin dəyişdirilməsi və digər əlavə xərclər daxil deyil. Məsələn, Dövlət Statistika Komitəsinin 2026-cı ilin fevralına aid məlumatlarına görə, ölkədə dörd avtomobil şinindən ibarət dəstin orta istehlak qiyməti 432.74 manat, akkumulyatorun qiyməti 121.94 manat, bir amortizatorun qiyməti isə 86.97 manat olub. Amortizatorların adətən cüt dəyişdirildiyini, bunun üzərinə işçilik haqqının və digər detalların qiymətinin də əlavə olunduğunu nəzərə alanda, hətta birdəfəlik təmir avtomobil sahibinə yüzlərlə manata başa gələ bilər. Azərbaycanda rəsmi göstəricilərin real bazar qiymətlərindən aşağı göstərilməsi də zaman-zaman müstəqil iqtisadçıların tənqid hədəfi olur.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ