Cümə axşamı günü, 19 noyabr 2026
     

Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

Image


Rusiya Prezidenti Vladimir Putin Çində keçirilən mətbuat konfransında Krım körpüsünə endirilən zərbələrə ilk dəfə münasibət bildirib. Hücum nəticəsində körpünün bu həftə qismən dağıldığı bildirilir.

Putin iddia edib ki, onun göstərişi ilə artıq uzun müddətdir Krım körpüsü vasitəsilə hərbi texnika və sursat daşınmır. Onun sözlərinə görə, hətta neft və neft məhsullarının da daşınması dayandırılıb.

Rusiya lideri ilhaq edilmiş Krımı Rusiya ilə birləşdirən körpünün yalnız mülki obyekt olduğunu vurğulayıb.

Putin Ukraynanın Rusiya gəmilərinə və digər obyektlərinə hücumlarını xatırladaraq, Moskvanın buna cavab zərbələri endirdiyini bildirib. O, Rusiyanın cavab tədbirlərinin daha ağrılı olduğunu iddia edib.

Rusiya Prezidenti Krım körpüsünə hücumlardan sonra danışıqlar aparmaq niyyətində olmadıqlarını da bəyan edib: “Bu hücumlara cavab verəcəyik. İstəyirəm ki, hamı bunu bilsin. Hesab edirəm ki, cavab tədbirlərimiz daha ağrılı olacaq. Körpünü isə, əlbəttə, bərpa edəcəyik”.

Putinin sözlərinə görə, körpünün avtomobil hissəsinə ciddi ziyan dəyib, dəmir yolu hissəsi isə artıq bərpa olunub.

Rusiya Prezidenti Qərb ölkələrinin Moskvanı ərazi məsələsində mövqeyini dəyişməyə məcbur etmək cəhdlərini mənasız adlandırıb.

O bildirib ki, Rusiya mövcud vəziyyətdən çıxış edir və nəzarətində olan əraziləri geri qaytarmaq niyyətində deyil.

“Biz heç nədən imtina etmək fikrində deyilik, kompromislər axtarmaq niyyətindəyik və hesab edirik ki, bu, mümkündür”, – Putin deyib.

Onun fikrincə, müharibənin başa çatması üçün Ukrayna və Avropa hakimiyyətləri “yerdəki reallıqları” qəbul etməli və onların rəsmiləşdirilməsinə razılıq verməlidirlər.

Putin Ukraynanın NATO-ya üzvlüyü məsələsini də yenidən gündəmə gətirib. Rusiya Prezidenti Moskvanın Ukraynanın NATO-ya üzvlüyünə dəfələrlə qarşı çıxdığını, lakin Rusiyanın mövqeyinin nəzərə alınmadığını iddia edib.

O, bildirib ki, Moskvanın xəbərdarlıqlarına məhəl qoyulmaması nəticədə silahlı münaqişəyə gətirib çıxarıb.

Putin keçmiş Ukrayna Prezidenti Viktor Yanukoviçin də ölkənin NATO-ya üzvlüyünə qarşı olduğunu xatırladıb. Onun sözlərinə görə, 2014-cü ildə Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasından sonra Ukraynanın NATO-ya üzvlüyü məsələsi yenidən gündəmə gəlib.

Rusiya lideri 2008-ci ildə Buxarestdə keçirilən NATO sammitində Ukrayna və Gürcüstana gələcəkdə alyansa üzv olmaq vədinin verilməsini də xatırladıb.

Putin Avropanın Ukraynaya hərbi qüvvə göndərməsinə də qarşı çıxıb. O,

Avropanın təhlükəsizliyinin Avropa ölkələrinin iştirakı olmadan müzakirə edilməsini qəribə hesab etdiyini bildirib. Bununla yanaşı, Moskvanın mümkün danışıqlarda Avropanın hansı mövqedən çıxış edəcəyini əvvəlcədən bilməli olduğunu vurğulayıb.

Putin Avropa ölkələrinin Ukraynaya hərbi kontingent yerləşdirmək niyyətlərini də tənqid edib.

“Bizim üçün Ukrayna ərazisinə istənilən xarici qoşunların yeridilməsi qəbuledilməzdir”, – deyə Rusiya Prezidenti bildirib.

O, Avropa ölkələrinin bir tərəfdən müharibənin dayandırılmasını istədiklərini, digər tərəfdən isə Ukraynaya qoşun göndərməyi planlaşdırdıqlarını iddia edib.

Rusiya Prezidenti ölkəsinə qarşı tətbiq edilən sanksiyaların legitim olmadığını və beynəlxalq hüquq normalarına zidd olduğunu bəyan edib.

“Rusiyaya qarşı tətbiq edilən sanksiyalar qeyri-legitimdir və beynəlxalq hüquq normalarına ziddir”, – Putin bildirib.

O, Ukraynanı ABŞ-ın təklif etdiyi kompromisləri qəbul etməyə çağırıb. Rusiya Prezidenti Ukraynanın münaqişənin həlli üçün ABŞ tərəfindən təklif olunan kompromislərlə razılaşmalı olduğunu bildirib.

Onun sözlərinə görə, Moskva hələ Ankoric görüşündən əvvəl ABŞ tərəfindən irəli sürülən təklifləri qəbul edib və indi qərar Kiyevdən asılıdır.

“Əgər onlar münaqişəni başa çatdırmaq istəyirlərsə, amerikalıların Ankoricdən əvvəl təklif etdikləri kompromislərlə razılaşsınlar. Biz onlarla razılaşmışıq, indi növbə Ukraynanındır”, – Putin deyib.

Rusiya lideri Avropa ölkələrinin Ukraynaya iqtisadi yardım göstərməsi məsələsinə də münasibət bildirib. O, Avropa xalqlarının Ukraynanı maliyyələşdirməyə davam etmək istəyinin öz qərarları olduğunu söyləyib.

Qeyd edək ki, Vladimir Putin noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak edib. Noyabrın 19-da Putin, Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüş keçirilib. Rusiya tərəfinin məlumatına görə, təxminən bir saat yarım davam edən görüş Rusiya, Çin və ABŞ liderlərinin tarixdə ilk üçtərəfli təması olub.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

18.11.2026 / 18:19
“Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir” - Yaşar Gülər

18.11.2026 / 18:01
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

18.11.2026 / 17:50
Rusiya Kalininqraddakı qoşunları çıxarmaq müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir...

18.11.2026 / 17:26
“Ermənistan və Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunması üzrə işçi qrupları yaradır” - Paşinyan

18.11.2026 / 17:12
Putin və Tramp Çində görüşdü...

18.11.2026 / 17:06
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

18.11.2026 / 16:50
İnstitut direktoru 6 min, müavinləri 5 min maaş alacaq – Əli Əsədov qərar verdi

18.11.2026 / 16:35
İrəvan Moskvanın dəmir yolu siyasətinə qarşı mövqeyini sərtləşdirdi...

18.11.2026 / 16:20
İran Qars-Gümrü keçidinin açılmasına qarşı çıxdı...

18.11.2026 / 16:19
Azərbaycan Cənubi Qafqazın qapılarını Qərbə açır...

18.11.2026 / 16:11
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - DİM-dən AÇIQLAMA...

18.11.2026 / 16:01
Peskov: APEC sammiti çərçivəsində Putin və Tramp arasında tammiqyaslı danışıqların baş tutacağını gözləmir

18.11.2026 / 15:52
Fransada kütləvi nümayiş günü polislər işə çıxmaqdan imtina edib - Bütün zabitlər xəstəlik məzuniyyətinə çıxıblar

18.11.2026 / 15:41
Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər - Uşakov açıqladı...

18.11.2026 / 15:37
"Daşnaksütyun" Qarabağ uğrunda 13 mənasız tələblə cəbhə açdı...

18.11.2026 / 15:14
Prezident İlham Əliyev Oman Sultanını milli bayram münasibətilə təbrik etdi

18.11.2026 / 15:10
Prezident İlham Əliyev Latviya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

18.11.2026 / 14:41
Xəzər İran-ABŞ savaşının əsas meydanlarından birinə çevrilir.

18.11.2026 / 14:36
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırıldı

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ