Cümə axşamı günü, 19 noyabr 2026
     

Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

Image


Rusiyanın və müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diasporunun yardımı ilə Ermənistan müxalifətinin Nikol Paşinyan iqtidarını devirmək planları iflasa uğrayıb. Əksinə, Paşinyan hakimiyyəti ona qarşı müxalif mövqedə olanları güc strukturları vasitəsilə neytrallaşdırır. Bu fonda müxalifət iqtidar üçün indi hansısa ciddi təhdid yaratmır. Eyni zamanda cəmiyyətdə də müxalifətə dəstək səviyyəsinin aşağı həddə olması Paşinyan iqtidarının lehinə işləyir. Amma bu o demək deyil ki, hakimiyyət monolitdir və ölkə daxilində bütün təhlükələrdən kənardır. İqtidar komandası daxilində qarşıdurma, ziddiyyətlər, fikir ayrılıqları Paşinyanın rəhbərlik etdiyi hakimiyyətin devrilmə təhlükəsini istisna etmir və bu prosesə rəhbərlik edənlərdən biri də baş nazirin keçmiş həyat yoldaşı Anna Akopyandır.

Ermənistanın baş nazirinin keçmiş həyat yoldaşı Anna Akopyanın son açıqlamaları hakim “Vətəndaş Müqaviləsi” Partiyasında böyük ajiotaj yaradıb. Ermənistanın “Joğovurd” qəzetinin yazdığına görə, partiya xanım Akopyanın keçmiş həyat yoldaşının komandasını niyə bu qədər sərt tənqid etdiyini anlamağa çalışır. Bütün bunlara səbəb Anna Akopyanın sosial şəbəkələr üzərindən yayımladığı iki videosudur. O, birinci videonu noyabrın 10-da paylaşaraq İrəvanda dözülməz tıxaclardan şikayətlənib. Anna Akopyan bu videosunda İrəvanın meri Tiqran Avinyanı kifayət qədər istehzalı tonda tənqid edərək, paytaxtın bir ucundan digər ucuna getmək üçün “kosmonavt sağlamlığı” tələb olunduğunu söyləyib. Korrupsiya hallarına da işarə edən Akopyan bildirib ki, milyonlarla dollar investisiya yatıran şirkətlərə tikinti icazələrinin verilməsi hakimiyyət üçün tıxaclarla mübarizə aparmaqdan daha asan görünür. Noyabrın 17-də Akopyan yenidən tıxaclar mövzusuna qayıdıb, bu dəfə qadın sürücülərə müraciət edərək, onları narazılıqlarını açıq şəkildə ifadə etməyə çağırıb. Burada onun ən diqqətçəkən ifadəsi, bu olub: “yoxsa məlum ola bilər ki, İrəvanın tıxaclarında keçmiş hakimiyyət günahkardır”. “Joğovurd” qəzeti yazır ki, məhz bu ifadə “Vətəndaş Müqaviləsi” Partiyasında ciddi narazılıq yaradıb. Axı, Nikol Paşinyan illərdir müxtəlif problemlərdə sələflərinin siyasətini günahlandırır. İndi isə onun öz keçmiş həyat yoldaşı eyni üslubda Paşinyanı tənqid atəşinə tutur. Müxalif qüvvələr də bundan Paşinyan hakimiyyətinə qarşı istifadə etməyə cəhd göstərir. “Daşnaksütyun” Partiyasının təmsilçisi Qarnık Danielyan bildirir: “Tiqran Avinyan paytaxtın yol hərəkəti problemlərinin və tıxaclarının yeni binaların tikintisi və tikinti icazələrinin verilməsi ilə bağlı olması barədə iddiaları təkzib etməyə çalışır. Onun sözlərinə görə, problem insanların gəlirlərinin artmasındadır və nəticədə onlar daha çox avtomobil alırlar.

Bu arada, şəhər rəhbərliyinin vəzifəsi təkcə tikinti icazələrinin verilməsi deyil, həm də tikintinin nəticələrini əvvəlcədən qiymətləndirmək və proqnozlaşdırmaq, şəhərin xaos mühitinə çevrilməsinin qarşısını almaqdır. Bunu edə bilmirlər və Anna Akopyanın iradları hakim komanda üçün ağrılı olsa da, doğrudur”. “Vətəndaş Müqaviləsi” Partiyası Anna Akopyanın son açıqlamalarının arxasındakı motivlər barədə maraqlı fərziyyələr də irəli sürür. Partiyada bəziləri onun öz siyasi karyerası üçün indidən təməl qoyduğunu düşünürlər. Digərləri isə onun açıqlamalarını bələdiyyə seçkiləri öncəsi İrəvan meri Tiqran Avinyanın mövqeyini zəiflətmək cəhdi kimi görür. Bir qisim isə Akopyanın narazılığının merin fəaliyyətindən kənara çıxdığını və ümumiyyətlə hökumətin siyasətinə şamil olunduğunu düşünür. Nəşr vurğlayır ki, Paşinyanın ən yaxın çevrəsindən biri öz komandasının nümayəndələrini açıq şəkildə tənqid edir, bəzi ifadələri ilə isə hakimiyyətin illər ərzində formalaşdırdığı siyasi idarəçilik üsulunu da istehza obyektinə çevirir. Beləliklə, Nikol Paşinyanın siyasi komandasında növbəti narahat vəziyyət yaranıb. Çünki baş verənlər “Vətəndaş Müqaviləsi” daxilində yetişən daha ciddi ziddiyyətlərin ifadəsi kimi də qəbul olunur. Amma bu ziddiyyət təkcə Anna Akopyanla məhdudlaşmır.

Hakim partiyanın rəhbərliyində Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın son açıqlamaları da təəccüb və narazılıq yaradıb. Qriqoryan Paşinyan hakimiyyətinin Avropaya inteqrasiya kursunu sərt tənqid edib və bunu hakimiyyətin illüziyası adlandırıb: “Bu yolla getməli olmadığımıza inandırmağa çalışmışam və bundan sonra da inandırmağa çalışacağam. Məhz indiki mərhələdə Ermənistanın Avropa İttifaqına üzvlük gündəminə açıq şəkildə qarşı çıxmasının səbəblərini məqaləmdə izah etmişəm. Hələ vəzifədə olarkən, bu siyasətin təhlükələri barədə baş nazir Nikol Paşinyanı və hökumətin digər üzvlərini xəbərdar etmişəm. Əgər bunun Konstitusiyaya daxil edilməsi ilə bağlı müzakirələr olmasaydı, böyük ehtimalla, həmin məqaləni yazmazdım”. “Joğovurd” yazır ki, digər tərəfdən, hakim partiya rəhbərliyinin bir hissəsi Nikol Paşinyanın Qriqoryanı vəzifədən uzaqlaşdırmaq qərarının arxasında öz siyasi hesablamalarının və komandanın digər üzvlərinə məlum olmayan məlumatların dayana biləcəyini düşünür: “Bununla belə, hakimiyyət çevrələrində bir çoxları Qriqoryanın məhz indiki mərhələdə niyə açıq şəkildə belə bəyanatlarla çıxış etdiyini başa düşmür. O, Paşinyanın hakimiyyətdən getməsi ilə bağlı gündəmlə əlaqədar səsləndirilən qiymətləndirmələri şübhə altına alıb və Rusiya ilə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. Hakim partiya üzvləri hələlik Armen Qriqoryan haqqında ictimaiyyət qarşısında tələsik qiymətləndirmələr vermək istəmirlər. İqtidar nümayəndələri onun bundan sonrakı siyasi mövqeyini anlamağa çalışırlar. Onlar üçün əsas sual Qriqoryanın açıqlamasının sadəcə şəxsi siyasi baxışlarının ifadəsi olub-olmaması, yoxsa onun müxalifət düşərgəsinə keçməyə və yaxın vaxtlarda hakimiyyəti tənqid edən mövqedən çıxış etməyə hazırlaşmasıdır. Armen Qriqoryanın açıqlaması hakim partiya daxilində yeni suallar yaradıb. Əgər keçmiş komanda yoldaşları illər ərzində yanlarında çalışan vəzifəli şəxsin hansı mövqedə olduğunu anlamayıblarsa, bu gün onun bundan sonra hansı siyasi yolu seçəcəyini müəyyənləşdirməyə daha çox çalışırlar. Əsas sual isə budur: Armen Qriqoryan Paşinyan hakimiyyəti illərində əslində kim olub və bundan sonra hansı siyasi yolu seçəcək?”. Ermənistanın “İravunk” nəşri yazır ki, Armen Qriqoryan vəzifədən uzaqlaşdırılmasını Paşinyana bağışlamaq niyyətində olmadığını bildirib. Qeyd edib ki, Paşinyan bir gecənin içində onu qurban verib. “İravunk” yazır ki, Qriqoryan öz yaxın çevrəsində Nikol Paşinyanın ona münasibətindən narazılığını ifadə edib və buna cavab verəcəyinə işarə edib. “Past” nəşri isə yazır ki, vəzifədə olarkən Armen Qriqoryan beynəlxalq platformalarda, Brüssel və Vaşinqton görüşlərində Avropa kursunun və Qərblə yaxınlaşmanın alternativsiz olduğunu həvəslə müdafiə edib. Lakin onun indiki açıqlamaları birbaşa Paşinayana zərbə vurmağa hesablanıb. Erməni ekspert Ruben Mehrabyan bildirir: “Qriqoryanın məqaləsində qaldırılan iqtisadi, enerji, regional və təhlükəsizliklə bağlı narahatlıqlar tamamilə realdır və onlar soyuqqanlı mühakimə ilə hesablanmalıdır. Əsas nəticə, yəni Ermənistanın Avropa İttifaqına üzvlüyünün illüziya olması fikridir. Bu, Paşinyan hakimiyyətinin siyasəti ilə tam ziddiyyət təşkil edir, hakimiyyədəki parçalanmadan xəbər verir”.

Beləliklə, baş verənlər Ermənistan hakmiyyətini heç də rahat günlərin gözləmədiyini göstərir. Hakim komandadan Anna Akopyanı və Armen Qriqoryanı dəstəkləyib, onların tərəfinə keçənlər tapılarsa, bu, Paşinyan üçün daha böyük problemlərin başlanğıcı olacaq.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

18.11.2026 / 18:19
“Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir” - Yaşar Gülər

18.11.2026 / 18:01
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

18.11.2026 / 17:50
Rusiya Kalininqraddakı qoşunları çıxarmaq müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir...

18.11.2026 / 17:26
“Ermənistan və Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunması üzrə işçi qrupları yaradır” - Paşinyan

18.11.2026 / 17:12
Putin və Tramp Çində görüşdü...

18.11.2026 / 17:06
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

18.11.2026 / 16:50
İnstitut direktoru 6 min, müavinləri 5 min maaş alacaq – Əli Əsədov qərar verdi

18.11.2026 / 16:35
İrəvan Moskvanın dəmir yolu siyasətinə qarşı mövqeyini sərtləşdirdi...

18.11.2026 / 16:20
İran Qars-Gümrü keçidinin açılmasına qarşı çıxdı...

18.11.2026 / 16:19
Azərbaycan Cənubi Qafqazın qapılarını Qərbə açır...

18.11.2026 / 16:11
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - DİM-dən AÇIQLAMA...

18.11.2026 / 16:01
Peskov: APEC sammiti çərçivəsində Putin və Tramp arasında tammiqyaslı danışıqların baş tutacağını gözləmir

18.11.2026 / 15:52
Fransada kütləvi nümayiş günü polislər işə çıxmaqdan imtina edib - Bütün zabitlər xəstəlik məzuniyyətinə çıxıblar

18.11.2026 / 15:41
Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər - Uşakov açıqladı...

18.11.2026 / 15:37
"Daşnaksütyun" Qarabağ uğrunda 13 mənasız tələblə cəbhə açdı...

18.11.2026 / 15:14
Prezident İlham Əliyev Oman Sultanını milli bayram münasibətilə təbrik etdi

18.11.2026 / 15:10
Prezident İlham Əliyev Latviya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

18.11.2026 / 14:41
Xəzər İran-ABŞ savaşının əsas meydanlarından birinə çevrilir.

18.11.2026 / 14:36
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırıldı

18.11.2026 / 14:33
Hörmüz boğazında üç tanker minaya düşdü – boğaz tam bağlandı...

18.11.2026 / 14:18
Ukrayna Krasnodarda iki iri neft emalı zavoduna yenidən zərbə endirdi...

18.11.2026 / 14:01
Putin Tramla görüşdən əvvəl Cinplə iki saatdan çox qapalı görüş keçirdi

18.11.2026 / 13:52
Tramp Çinə gedib

18.11.2026 / 13:49
Almaniya Cənubi Qafqazda Rusiya ilə açıq mübarizəni bəyan etdi...

18.11.2026 / 13:46
Türkiyənin qlobal elektrikləşməni 35 faizə çatdırmaq təşəbüsünə 75 ölkə dəstək verib

18.11.2026 / 13:33
Kərkük folkloru və musiqi irsi gənclərə tanıdıldı

18.11.2026 / 13:30
Körfəzdə gərginlik yenidən artır - İran Küveytdəki ABŞ hərbi bazasını bombaladı...

18.11.2026 / 13:23
"DƏDƏMİZ DƏDƏ MƏDƏD" ADLI TOPLU-KİTABIN TƏQDİMATI KEÇİRİLİB

18.11.2026 / 13:15
“Diplom varsa, avtomatik biliklər də var” – Nazir bu yanaşmanı tənqid etdi

18.11.2026 / 13:07
ABŞ-da Azərbaycan bayrağının endirilməsi xəbərləri yalan çıxdı - Dövlət Komitəsindən açıqlama...

18.11.2026 / 12:55
Alman nazir Azərbaycanı Avropanın enerji təchizatında mühüm tərəfdaş adlandırdı...

18.11.2026 / 12:39
İkinci əl avtomobillərin satışı üçün yeni vergi proseduru müəyyənləşir...

18.11.2026 / 12:25
Kuryerlər də vergiyə cəb edilir - ayda 15 manat ödəyəcəklər...

18.11.2026 / 12:14
Ceyhun Bayramov: "Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir"

18.11.2026 / 12:10
"Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da möhkəm olacaq" - Ceyhun Bayramov

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ