Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Belə ki, Dövlət Komitəsi sədrinin müavinlərinin sayı üçə çatdırılıb. Bununla da sədrin birinci müavini ilə birlikdə dörd müavini olacaq.
Qeyd edək ki, "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə əsasən, indiyədək komitə sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir birinci müavini və iki müavini var idi.
Komitə sədrinin müavinləri onlara sədr tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.