çərşənbə günü, 18 noyabr 2026
     

Lavrov Rusiyanın müttəfiqlərini incidən qeyri-diplomatik bəyanat verdi...

Image


Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin əsas və dəyişməz müttəfiqləri kimi ordunu, donanmanı, Hərbi-Kosmik Qüvvələri və nüvə qüvvələrini göstərib.
Lavrov TASS və Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə müsahibəsində bildirib ki, beynəlxalq vəziyyətin mürəkkəbləşməsi Rusiyanın müttəfiqləri ilə bağlı yanaşmasının genişlənməsinə səbəb olub.
Nazir əvvəlki açıqlamalarında Rusiyanın müttəfiqləri sırasında yalnız ordu, donanma və Hərbi-Kosmik Qüvvələri qeyd edirdi. 2026-cı ilin aprelində bu siyahıya pilotsuz uçuş aparatları qoşunlarını da əlavə etmişdi. Son açıqlamasında isə nüvə qüvvələrini ayrıca müttəfiq kimi önə çəkib.
Yəni Lavrovun açıqlaması Rusiyanın mürəkkəbləşən beynəlxalq münasibətlər və təhlükəsizlik şəraitində hərbi gücə, xüsusilə nüvə potensialına verdiyi əhəmiyyəti nümayiş etdirir. Bu yanaşma Moskvanın xarici siyasətində hərbi çəkindirmə amilinin ön plana çıxmasının göstəricisi kimi qiymətləndirilə bilər.
Rusiya xarici işlər naziri Sergey Lavrovun ordunu, donanmanı, hərbi-kosmik və nüvə qüvvələrini ölkəsinin “əbədi müttəfiqləri” adlandırması diplomatik baxımdan necə qiymətləndirilməlidir? Bu ifadə Rusiyanın formal müttəfiqlərinə, xüsusilə Belarus və KTMT üzvü olan digər dövlətlərə münasibətdə müəyyən etimadsızlıq mesajı kimi qəbul edilə bilərmi? Belə açıqlama Moskvanın müttəfiqlik münasibətlərinə yanaşması və həmin ölkələrlə münasibətlərində hansı siyasi nəticələr doğura bilər?

Azər Həsrət: "Özünə hörmət edən dövlətlər Rusiya ilə yollarını birdəfəlik ayırmalıdır"

Azər Həsrət: Beynəlxalq təşkilatların ayrı-ayrı ölkələrdəki proseslərə yanaşmaları ikili standartlara əsaslanır - AZƏRTAC

Siyasi şərhçi Azər Həsrət Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun ölkəsinin əbədi müttəfiqləri kimi ordu, donanma, hərbi-kosmik və nüvə qüvvələrini göstərməsini Moskvanın yaxın tərəfdaşlarına etimadsızlığının ifadəsi kimi qiymətləndirir.
Ekspert məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Rusiyanın bu mövqeyi onunla tərəfdaşlıq edən dövlətlər üçün ciddi siqnal olmalıdır. Artıq Rusiya elə bir vəziyyətə gəlib çatıb ki, ən yaxın tərəfdaşlarına belə güvənmir və onlarla gələcəkdə də eyni siyasi xətt üzrə hərəkət edə bilməyəcəyini anlayır. Belə bir şəraitdə Rusiyanın yaxın müttəfiqləri və qonşuları öz mövqelərinə yenidən baxmalıdırlar.
İlk növbədə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri olan Qazaxıstan, Qırğızıstan və Tacikistanın bu təşkilat çərçivəsində Rusiya ilə yollarını ayırması məqsədəuyğun olardı. Ermənistan da faktiki olaraq təşkilatdan uzaqlaşmaq istiqamətində addımlar atır. Belarus isə Rusiya ilə İttifaq Dövləti yaratdığı üçün Moskvanın siyasətindən müstəqil mövqe sərgiləmək imkanlarını məhdudlaşdırıb. Digər dövlətlər KTMT-dən uzaqlaşsalar, Rusiya real müttəfiqlərini itirmiş olacaq.
Eyni zamanda, Müstəqil Dövlətlər Birliyi çərçivəsində Rusiya ilə bir sırada görünən dövlətlərin də münasibətlərinə yenidən baxmasının vaxtı çatıb. Bu baxımdan Azərbaycanın da MDB-dən ayrılmasını məqsədəuyğun hesab edirəm. Azərbaycan onsuz da xarici siyasətini Rusiyanın maraqlarına uyğun qurmur, müstəqil mövqeyi ilə beynəlxalq aləmdə hörmət qazanıb. Buna görə də MDB-dən ayrılmaq məsələsi gündəmə gətirilməlidir.
Bu iki qurumdan uzaqlaşmaqla Azərbaycan və digər dövlətlər Rusiyanın etibarlı tərəfdaş olmadığını əməldə nümayiş etdirə bilərlər. Çünki Rusiya özü belə tərəfdaşlığa güvənmədiyini nümayiş etdirir. Ordusunu, hərbi-kosmik qüvvələrini və nüvə arsenalını əbədi müttəfiq elan etməsi də bunun göstəricisidir.
Əslində, Rusiya tərəfdaşlıq etdiyi dövlətləri nəzərə almalı, onlara qarşı da müttəfiq münasibəti sərgiləməlidir. Özünün hərbi gücünü və nüvə potensialını müttəfiq kimi təqdim edib, digər dövlətləri ikinci plana keçirmək tərəfdaşlıq prinsipləri ilə uzlaşmır. Görünən odur ki, Moskva özü də bu münasibətlərin səmimiliyinə inanmır. Onun tərəfdaşları da gec-tez bu reallığı dərk edəcəklər.
Belə bir vəziyyətdə hesab edirəm ki, özünə hörmət edən dövlətlər Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirməli və zərurət yaranarsa, bu ölkə ilə yollarını birdəfəlik ayırmalıdırlar.
Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

18.11.2026 / 14:41
Xəzər İran-ABŞ savaşının əsas meydanlarından birinə çevrilir.

18.11.2026 / 14:33
Hörmüz boğazında üç tanker minaya düşdü – boğaz tam bağlandı...

18.11.2026 / 14:18
Ukrayna Krasnodarda iki iri neft emalı zavoduna yenidən zərbə endirdi...

18.11.2026 / 14:01
Putin Tramla görüşdən əvvəl Cinplə iki saatdan çox qapalı görüş keçirdi

18.11.2026 / 13:52
Tramp Çinə gedib

18.11.2026 / 13:46
Türkiyənin qlobal elektrikləşməni 35 faizə çatdırmaq təşəbüsünə 75 ölkə dəstək verib

18.11.2026 / 13:33
Kərkük folkloru və musiqi irsi gənclərə tanıdıldı

18.11.2026 / 13:30
Körfəzdə gərginlik yenidən artır - İran Küveytdəki ABŞ hərbi bazasını bombaladı...

18.11.2026 / 13:23
"DƏDƏMİZ DƏDƏ MƏDƏD" ADLI TOPLU-KİTABIN TƏQDİMATI KEÇİRİLİB

18.11.2026 / 13:15
“Diplom varsa, avtomatik biliklər də var” – Nazir bu yanaşmanı tənqid etdi

18.11.2026 / 13:07
ABŞ-da Azərbaycan bayrağının endirilməsi xəbərləri yalan çıxdı - Dövlət Komitəsindən açıqlama...

18.11.2026 / 12:55
Alman nazir Azərbaycanı Avropanın enerji təchizatında mühüm tərəfdaş adlandırdı...

18.11.2026 / 12:39
İkinci əl avtomobillərin satışı üçün yeni vergi proseduru müəyyənləşir...

18.11.2026 / 12:25
Kuryerlər də vergiyə cəb edilir - ayda 15 manat ödəyəcəklər...

18.11.2026 / 12:14
Ceyhun Bayramov: "Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir"

18.11.2026 / 12:10
"Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da möhkəm olacaq" - Ceyhun Bayramov

18.11.2026 / 12:03
"Azərbaycanın enerji təchizatına verdiyi dəstək Avropada sabitliyin qorunmasına töhfədir" - Yohan David Vadeful

18.11.2026 / 11:58
Almaniyanın Qara dəniz sualtı elektrik kabeli layihəsindən faydalanmaq imkanları müzakirə olundu

18.11.2026 / 11:50
Bakıda bu ərazilərə giriş pullu olacaq

18.11.2026 / 11:42
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.11.2026 / 11:28
Lavrov Rusiyanın müttəfiqlərini incidən qeyri-diplomatik bəyanat verdi...

18.11.2026 / 11:09
Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü

18.11.2026 / 10:19
Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirov apellyasiya şikayəti verdi

18.11.2026 / 09:52
Trampın reytinqi rekord dərəcədə aşağı düşdü - amerikalıların 66%-i ondan narazıdır...

18.11.2026 / 09:30
ABŞ İranın Qeşm adasına yeni hava zərbələri endirdi...

18.11.2026 / 09:18
"Bəzən əsgərlikdən möhlət almaq üçün saxta təhsil arayışları təqdim olunur" - General

18.11.2026 / 07:19
Moldova hava məkanını bağladı - dron təhlükəsi üzündən…

18.11.2026 / 07:12
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsi sıradan çıxıb - kiberhücum?..

17.11.2026 / 22:45
İran Vaşinqtonda “çirkli bomba” və kimyəvi silahlarla hücum planlaşdırır - ABŞ kəşfiyyatından ŞOK İDDİA...

17.11.2026 / 22:21
İran ABŞ bazaları yaxınlığındakı bəndləri, limanları və elektrik stansiyalarını vuracaq - sizin etdiyinizi edəcəyik...

17.11.2026 / 22:03
Xəzər dənizini zəbt edənlərin axırı çatdı - Fərman istisnasız icra olunsa...

17.11.2026 / 21:52
Peruda dindarın atdığı təsbeh Roma Papasını gözündən yaraladı

17.11.2026 / 21:47
İstanbul-İrəvan hava yükdaşımaçılığı başladı - həm də intensiv...

17.11.2026 / 21:38
Putinlə rəqs etmiş keçmiş naziri vətəndaşlıqdan çıxardırlar

17.11.2026 / 21:25
Tramp Putinlə ayrıca ikitərəfli görüş keçirmək istəyir...

17.11.2026 / 21:17
Rusiyada hərbi təyyarə qəzaya uğradı - ölənlərin sayı 17-yə çatdı...

17.11.2026 / 21:10
Pekinin Ukrayna ilə bağlı siyasəti kəskin dəyişildi...

17.11.2026 / 20:49
İran Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyə keçdi - İmkan vermərik...

17.11.2026 / 20:32
Tiflislə Moskva inanılmaz danışıqlara başlayır - bölgə üçün yeni təhlükə yetişir...

17.11.2026 / 20:17
Ukraynanın hücumundan sonra Krım körpüsünün bir hissəsi dənizə çökdü - hərəkət dayandırıldı...

17.11.2026 / 20:06
İran Bəhreynin hava hücumundan müdafiə qüvvələrini məhv etdi...

17.11.2026 / 19:48
Azərbaycan MDB-də Britaniya üçün 3-cü dövlət oldu - hərbi əməkdaşlıq...

17.11.2026 / 19:33
Avropa Rusiya qarşısında vahid tələb qoyur - Ordunuzu bütün ölkələrdən çıxarın...

17.11.2026 / 19:14
Ölkədə vergi borcları sürətlə artır - 28 faiz...

17.11.2026 / 19:02
Feldşer vəzifələri üzrə hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

17.11.2026 / 18:42
Rumıniya Bakı və İrəvanın da daxil olduğu təzə format yaradır...

17.11.2026 / 18:23
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:14
Prezidentin sosial media hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:10
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - FOTO

17.11.2026 / 17:58
Ermənistanda Azərbaycanı nümunə göstərirlər...

17.11.2026 / 17:47
Rusiya Krım körpüsünə hücumdan sonra ballistik raketlərlə Kiyevdə körpüləri vurdu...

17.11.2026 / 17:42
Tural Turan beynəlxalq mükafata layiq görülüb

17.11.2026 / 17:36
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO

17.11.2026 / 17:32
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib - FOTO

17.11.2026 / 17:03
ABŞ-İran savaşının təsirləri Amerika torpaqlarına çatdı...

17.11.2026 / 16:53
Ermənistan Rusiyaya münasibətdə Estoniya təcrübəsini tətbiq ermək eşqinə düşdü...

17.11.2026 / 16:37
Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul etdi

17.11.2026 / 16:20
Pensiyalara 8,67 milyard manat ayrılacaq – orta aylıq pensiya 639 manata çatacaq...

17.11.2026 / 16:04
Saxta sənədlərlə Azərbaycandan yük çıxarmaq istəyən sürücülər yaxalandı

17.11.2026 / 15:29
“Jalə xanım ikinci oldu, mən 44-cü, heç cür anlaya bilmirəm” – Deputat təəccübləndi...

17.11.2026 / 15:12
Avropa nümayəndələri Ukrayna danışıqlarına rəsmən qatıldı - Rusiya təkzib edir…

17.11.2026 / 14:48
Dünyada süni intellektə qarşı üsyan başlayıb...

17.11.2026 / 14:36
Üç liderin Çin sammiti iflasa uğradı - Ukrayna mövzusu masaya çıxmadı...

17.11.2026 / 14:16
"Dövlət qulluğunda din xadimləri ilə bağlı məhdudiyyətlərə dair məlumatlar manipulyasiya xarakteri daşıyır" - Media və Yayım Şurası

17.11.2026 / 14:05
Avropa əsl simasını göstərir - beş ölkədən insanlar Afrikaya qovulur...

17.11.2026 / 13:52
Səfir: “Bu səfərlər Strateji Tərəfdaşlıq sazişinin tamamlanmasına zəmin yaratdı”

17.11.2026 / 13:50
Dankan Norman: “Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri güclüdür və inkişaf etməkdədir”

17.11.2026 / 13:47
Səfir Norman: “Azərbaycan Böyük Britaniya üçün dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır”

17.11.2026 / 13:45
Səfir: “Böyük Britaniya və Azərbaycan arasındakı tərəfdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır”

17.11.2026 / 13:35
Bura "danışmaqxana" deyil! – deputatla spiker arasında GƏRGİNLİK yarandı

17.11.2026 / 13:21
Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqlədi

17.11.2026 / 13:15
Cızma-qara yazıb dərsliklərə salırlar – Komitə sədridən SƏRT İTTİHAM...

17.11.2026 / 13:02
Yol polisləri səhhəti pisləşən əcnəbi sürücünü xilas etdilər... - VİDEO

17.11.2026 / 12:42
Paşinyan Türkiyədən “oğurladığı” bananı cibinə qoyub üç ölkəni gəzdirdi...

17.11.2026 / 12:27
“Ermənistanda seçki prosesləri beynəlxalq qarşıdurma meydanına çevrilib” - Medvedev

17.11.2026 / 12:16
Naxçıvanda deputat qəzaya düşdü - FOTO

17.11.2026 / 12:04
Irandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alındı

17.11.2026 / 11:52
Avropanın Azərbaycan və ABŞ-dan asılılığı artır

17.11.2026 / 11:39
Dankan Norman: ""Birgə Bəyannamə” ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur"

17.11.2026 / 11:35
Britaniya şirkəti Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırlayır

17.11.2026 / 11:33
Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ