Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında deyib ki, Naxçıvan Orta Dəhliz üzərində logistika mərkəzinə çevrilmək üçün real potensiala malikdir: "Britaniya şirkətlərinin dəmir yollarının modernləşdirilməsi, layihələrin idarə edilməsi və siqnalizasiya sahələrində geniş təcrübəsi var. Bu müzakirələri davam etdirmək üçün ticarət komandam Böyük Britaniyanın dəmir yolu sektorunun təcrübəsi ilə tanışlıq səfəri təşkil edir. Britaniya təcrübəsi artıq Naxçıvanın gələcəyinin formalaşmasına töhfə verir. Qarabağda da fəaliyyət göstərən "Chapman Taylor" şirkəti Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırlayır".
İradə SARIYEVA