Bazar ertəsi günü, 16 noyabr 2026
     

Qaraqoyunlu Cahanşahın ermənilərə simpatiyasının sirləri - Eçmiədzini ermənələrə hədiyyə edənlər...

Image


Yunus Oğuz: “Cahanşahın ermənilərə xüsusi simpatiya bəsləməsi barədə də mən tarixi mənbələrdə konkret və inandırıcı sübutlara rast gəlməmişəm”

Məhərrəm Zülfüqarlı: “Cahanşahın siyasətini də dövrün dini tolerantlıq və dövlət idarəçiliyi ənənələri çərçivəsində qiymətləndirmək lazımdır”

Erməni mənbələri Azərbaycanın tarixi şəxsiyyətləri, dövlət xadimləri ilə bağlı həqiqətəuyğun olmayan fikirləri tirajlamaqda davam edirlər. Bu dəfə Qaraqoyunlu hökmdarı ilə bağlı iftiralar səsləndirirlər.

Ermənilər yazırlar: “Qaraqoyunlu hökmdarı Qara Yusif və onun oğlu İsgəndər bölgədə siyasi və hərbi nüfuzlarını möhkəmləndirmək, ərazilər üzərində nəzarəti ələ keçirmək məqsədilə Teymurilərlə və Şirvanşahlarla davamlı müharibələr aparırdılar. Bu müharibələr nəticəsində Qaraqoyunlular öz hakimiyyət ərazilərini xeyli genişləndirməyə nail oldular.

İsgəndərin öldürülməsindən sonra taxta onun qardaşı Cahanşah çıxdı. Cahanşahın hakimiyyəti dövründə, 1441-ci ildə erməni katolikosluğunun iqamətgahı vaxtilə Kilikya Ermənistanının paytaxtı olmuş Sis şəhərindən Üçkilsəyə (Eçmiədzinə) köçürüldü.

Cahanşahın hakimiyyəti illərində Erməni Apostol (Qriqoryan) Kilsəsi vergilərdən azad edildi. Erməni salnaməçiləri Qaraqoyunlu hökmdarı Cahanşah (1432–1467) haqqında xüsusi rəğbətlə bəhs edirlər. Belə ki, 1468-ci ildə əlyazma İncilin müəllifi olan ruhani Mkrtiç Cahanşahı xristianların müdafiəçisi kimi xarakterizə etmiş, onun hakimiyyəti dövründə çoxsaylı kilsələrin tikildiyini və bərpa olunduğunu qeyd etmişdir”.

1441-ci ildə katolikosluğun Eçmiədzinə köçürülməsi, kilsənin vergilərdən azad edilməsi ilə bağlı Mkrtiçin 1468-ci ildəki qeydləri ermənilərin belə bir material təqdim etməsinə “ilham” verib.

Maraqlıdır, Qaraqoyunlu dövlətinin başçısı Cahanşah Qaraqoyunlunun ermənilərə bu sevgisi, simpatiyası nə ilə bağlı idi? Bu bəlkə də ermənilərin uydurmasıdır ki, o ermənilərə qarşı çox loyal münasibətdə imiş, onlara maddi yardım edirmiş, hətta onlar üçün kilsə də tikib

Tarixdən məlumdur ki, erməniləri Eçimədzinə Cahanşah köçürüb gətirib.

Cahaş şahın xislətindəki ermənipərəstlik nə ilə bağlı olub?

Tarixi romanlar müəllifi, yazıçı-dramaturq, “Olaylar” media qrupunun rəhbəri Yunus Oğuz baki-xeber.com-a açıqlamasında bildirdi ki, Cahanşah heç də ermənilərin qələmə verdiyi kimi onlara simpatiya bəsləməyib, burada tamam başqa amillər rol oynayıb.

“1441-ci ildə ermənilərə münasibətdə baş verən hadisələrə diqqət yetirsək, görərik ki, Qaraqoyunlu dövlətinin hakim dairələrində onlara münasibət heç də birmənalı olmayıb. Hətta Cahanşahın bəzi vəzirlərinin ermənilərə qarşı kifayət qədər sərt davrandığı, onların ciddi təzyiqlərə məruz qaldığı barədə məlumatlar mövcuddur.

Ümumiyyətlə, Qaraqoyunluların, xüsusilə Qara Yusifin ermənilərə xüsusi rəğbət bəslədiyini söyləmək üçün əsaslı tarixi dəlillər yoxdur. Bəzi vəzirlərin şəxsi maraqları, rüşvət və digər maddi maraqlar müqabilində müəyyən güzəştlərə getməsi mümkündür. Lakin ayrı-ayrı məmurların davranışlarını bütövlükdə dövlətin və ya hökmdarın siyasəti kimi təqdim etmək düzgün olmazdı.

Cahanşahın ermənilərə xüsusi simpatiya bəsləməsi barədə də mən tarixi mənbələrdə konkret və inandırıcı sübutlara rast gəlməmişəm. Ola bilər ki, erməni tarixşünaslığında müəyyən hadisələr şişirdilərək təqdim olunub və Cahanşahın onlara xüsusi rəğbət göstərdiyi obrazı yaradılıb. Hətta bəzi fərmanların sonradan bu istiqamətdə şərh edilməsi və ya həmin sənədlərə müəyyən əlavələrin edilməsi ehtimalını da istisna etmək olmaz. Ancaq bunlar ayrıca mənbəşünaslıq araşdırması tələb edən məsələlərdir.

Əsas məsələ budur ki, tarixi hadisələri emosional yanaşma ilə deyil, mötəbər mənbələr və faktlar əsasında qiymətləndirmək lazımdır. Qaraqoyunlu hökmdarlarının ermənilərə xüsusi rəğbət bəslədiyini iddia etmək üçün yetərli tarixi əsas görmürəm”-deyə Y.Oğuz qeyd etdi.

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı da baki-xeber.com-a bildirdi ki, ermənilərin yazdıqlarında həmişə şişirtmələr, saxtakarlıqlar çox olub.

“Cahanşah Azərbaycan tarixinin görkəmli dövlət xadimlərindən biridir – onun XV əsrdəki qərarlarını XXI əsrin siyasi düşüncəsi ilə qiymətləndirmək doğru deyil.

Cahanşah Azərbaycan tarixində mühüm iz qoymuş görkəmli dövlət xadimlərindən biridir. O, yalnız qüdrətli hökmdar və dövlət xadimi deyil, həm də zəngin intellektual dünyaya malik şair olub. Həqiqi təxəllüsü ilə yazdığı şeirlər onun dünyagörüşünü, fəlsəfi düşüncəsini və mənəvi aləmini əks etdirir.

Cahanşahın hakimiyyətə gəlməsi və siyasi fəaliyyətində Teymurilər dövlətinin hökmdarı Şahruxun mühüm rolu olub. Ümumiyyətlə, Qaraqoyunlularla Teymurilər arasında uzun müddət ciddi siyasi və hərbi qarşıdurma yaşanıb. Əmir Teymurun Azərbaycana üç dəfə yürüş etməsi, həmin dövrdə Qaraqoyunluların və Cəlairilərin Teymurilərə qarşı mübarizəsi tarixdə kifayət qədər geniş işıqlandırılıb.

Lakin sonrakı mərhələdə münasibətlərdə müəyyən dəyişiklik baş verdi. Qaraqoyunlu hökmdarı İskəndər hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Cahanşah Qarabağda Şahruxun iqamətgahına gələrək onun vassalı olmağı qəbul etdi. Beləliklə, əvvəlki düşmənçilik münasibətləri müəyyən mənada siyasi razılaşma ilə əvəzləndi. Şahruxun ölümündən sonra isə Cahanşah öz siyasi və hərbi nüfuzunu daha da genişləndirdi, İranın böyük ərazilərində hakimiyyətini möhkəmləndirdi.

Cahanşahın fəaliyyətini yalnız hərbi yürüşlər və ərazi genişləndirmələri ilə məhdudlaşdırmaq olmaz. O, eyni zamanda dövlət idarəçiliyi, mədəniyyət və ədəbiyyat tariximizdə mühüm yer tutur.

Ermənilərlə və Eçmiədzinlə bağlı məsələyə gəlincə, burada tarixi hadisələrə yanaşarkən dövrün reallıqlarını nəzərə almaq lazımdır.

Məlumdur ki, Cahanşahın hakimiyyəti dövründə Eçmiədzin ərazisində erməni kilsəsinin fəaliyyətinə və dini tikintilərə şərait yaradılması məsələsi müzakirə olunur. Ancaq bu hadisəyə XXI əsrin siyasi və ideoloji baxışları ilə yanaşmaq tarixi obyektiv qiymətləndirməyə imkan vermir.

XV əsrdə regionda yaşayan müxtəlif dini icmaların mövcudluğu, onların dini ibadətlərini həyata keçirməsi və dövlətin bu icmalara münasibəti tamamilə fərqli siyasi və ictimai şəraitdə formalaşmışdı. Həmin dövrdə Azərbaycan ərazisində müsəlmanlarla yanaşı, xristian əhali də yaşayırdı. Tarixən xristian icmalarının dini ayinlərini həyata keçirməsi, kilsələrinin fəaliyyət göstərməsi üçün müəyyən şərait yaradılırdı. Bu baxımdan Cahanşahın siyasətini də dövrün dini tolerantlıq və dövlət idarəçiliyi ənənələri çərçivəsində qiymətləndirmək lazımdır”.

M.Zülfüqarlının fikrincə, əlbəttə, Cahanşah XV əsrdə qəbul etdiyi qərarların əsrlər sonra hansı siyasi nəticələrə gətirib çıxara biləcəyini əvvəlcədən görə bilməzdi. “O, Eçmiədzinin gələcəkdə erməni millətçiliyinin siyasi mərkəzlərindən birinə çevriləcəyini, terrorçular yetişdirəcəyini, Rusiya imperiyasının Cənubi Qafqazı işğalından sonra bölgəyə ermənilərin kütləvi köçürüləcəyini və sonrakı dövrlərdə erməni separatizminin güclənəcəyini proqnozlaşdıra bilməzdi. Bunlar tamamilə başqa tarixi mərhələlərin siyasi prosesləri idi.

Burada daha bir maraqlı məqamı qeyd etmək istəyirəm. Cahanşahın Həqiqi təxəllüsü ilə yazdığı şeirlər toplusunun orijinal əlyazması hazırda Ermənistanda, Matenadaran Əlyazmalar İnstitutunda saxlanılır. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun əməkdaşları həmin əsərin surətini əldə ediblər. Bu fakt özü də Cahanşahın yalnız siyasi deyil, ədəbi irsinin də nə qədər əhəmiyyətli olduğunu göstərir.

Ümumiyyətlə, Azərbaycan tarixində mövcud olmuş dövlətlərin hökmdarlarının siyasətini araşdırarkən müxtəlif dini icmalara münasibət məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Tariximizdə xristian əhaliyə qarşı sistemli dini düşmənçilik siyasətinin mövcud olduğunu iddia etmək düzgün olmazdı. Əksinə, müxtəlif dövrlərdə xristian icmalarının dini həyatını davam etdirməsi üçün şərait yaradılıb. Cahanşahın fəaliyyəti də bu tarixi kontekstdə araşdırılmalıdır.

Bir daha vurğulamaq istəyirəm: XV əsrdə yaşamış bir hökmdarın qərarlarını XXI əsrin siyasi reallıqları, münaqişələri və ideoloji qarşıdurmaları əsasında mühakimə etmək elmi yanaşma deyil. Tarixi şəxsiyyətləri yaşadıqları dövrün şərtləri, siyasi maraqları və dövlətçilik prinsipləri əsasında qiymətləndirməliyik.

Cahanşahın Eçmiədzinlə bağlı qərarını bugünkü siyasi proseslərin məsuliyyəti ilə əlaqələndirmək və buna görə onu tənqid etmək tarixi ədalət prinsipinə uyğun deyil. Tarixə münasibətdə əsas meyarımız emosiyalar deyil, obyektivlik və elmi yanaşma olmalıdır”-deyə M.Zülfüqarlı vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

16.11.2026 / 21:14
Qaraqoyunlu Cahanşahın ermənilərə simpatiyasının sirləri - Eçmiədzini ermənələrə hədiyyə edənlər...

16.11.2026 / 20:57
İran müharibəsi artıq bitdi...Əsas yekunlar...

16.11.2026 / 20:40
ASB-nin Dublin Zirvəsində Naxçıvanın mühüm bir məsələsi həll edildi...

16.11.2026 / 20:24
Universitet tələbələri ilə görüşən Şərurlu İsfəndiyar hansı qəbahətlərə yol verdi?!...

16.11.2026 / 20:09
Azərbaycanın Strateji tərəfdaşlıq bəyannamələrində tək riskli məqam - analitiklər razılaşmır...

16.11.2026 / 19:53
Avropa siyasi məkanına yeni diplomatik fəallıq fenomeni gəlir...

16.11.2026 / 19:38
ASB-nin Dublin sammitində Əliyev daha bir uğur qazandı - Litva prezidenti açıqladı...

16.11.2026 / 19:24
Türkdilli xalqların ortaq mədəni irsi memarlıq timsalında

16.11.2026 / 19:10
Qara dənizdə içərisində 4 azərbaycanlının da olduğu gəmi vurularaq batırıldı...

16.11.2026 / 18:56
ABŞ-ın Avropadan çəkilməsinə icazə verilmir - Tramp çətinə düşdü...

16.11.2026 / 18:42
Paşinyan Azərbaycanın tam haqlı olduğunu bütün Avropaya bəyan etdi...

16.11.2026 / 18:27
Üç ölkə liderləri Çin görüşünün gündəliyində razılaşa bilmədilər

16.11.2026 / 18:23
Ceyhun Bayramovla Birləşmiş Krallığın XİN başçısı arasında telefon danışığı olub

16.11.2026 / 18:18
AMEA-da Səhəndin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib - FOTO

16.11.2026 / 18:10
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

16.11.2026 / 18:02
Çin Rusiyadan dəstəyini geri çəkir, Putinin yeni Yalta arzusu suya düşür...

16.11.2026 / 17:45
Azərbaycanla Britaniya qarşılarında yeni yol açdılar...

16.11.2026 / 17:30
Gələn ildən əmanətçilərin qazancından vergi tutula bilər - faizlər də açıqlandı...

16.11.2026 / 17:17
Avropa yenidən Rusiya qazı üçün milyardlarla dollar ödəyir...

16.11.2026 / 17:12
Əhalinin dərman və ərzaq xərcləri artır...

16.11.2026 / 16:50
Ramiz Mehdiyevi ifrat tərifləyənlər risk aıtındadır – “kardinal” dövlət çevrilişində ittiham olunur...

16.11.2026 / 16:10
Azərbaycan ASB-nin yeni beynəlxalq təşkilata çevrilməsini önəmli saymır - niyə?..

16.11.2026 / 15:57
Hikmət Hacıyev: "Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır" - FOTO

16.11.2026 / 15:20
Ermənistan Rusiyadan qopur, İran o gücdə deyil, Azərbaycanla isə problem var...

16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur - RƏQƏMLƏR

16.11.2026 / 14:32
Devlər Çində Ukrayna problemini yerdən qaldıra bil(məy)əcək... Tərəddüdlər...

16.11.2026 / 14:01
Azərbaycan 2030-cu ildə 27-ci Ümumdünya Enerji Konqresinə ev sahibliyi edəcək...

16.11.2026 / 13:57
Moskvanın sülh üçün maksimalist tələblərinə Aİ-dən maksimalist qarşılıq - Rusiya qoşunları bütün ölkələrdən çıxarılsın…

16.11.2026 / 13:52
Hesablama Palatası cari xərclərin artım tempinə limit qoyulmasını təklif etdi...

16.11.2026 / 13:38
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edildi

16.11.2026 / 13:35
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

16.11.2026 / 13:34
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrıldı

16.11.2026 / 13:30
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - FƏRMAN

16.11.2026 / 13:21
Rumıniya Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı Bakı ilə danışıqlar aparacaq...

16.11.2026 / 13:08
Aİ-nin genişlənmə sammitinə Gürcüstandan yalnız səfir dəvət olundu, Tiflis tədbirdən imtina etdi...

16.11.2026 / 12:43
Ukrayna Rostov vilayətində neft bazasını və qazpaylayıcı stansiyanı vurdu...

16.11.2026 / 12:29
Üç qitədəki Strateji Tərəfdaşlarımızın bizə faydaları nə ola bilər?! - Tək bir cümlə...

16.11.2026 / 12:20
Əmək Məcəlləsində dəyişikliklər təsdiqləndi

16.11.2026 / 12:18
İran parlamenti kəşfiyyat nazirinin müctəhid olması tələbini ləğv etdi...

16.11.2026 / 12:15
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqlədi

16.11.2026 / 12:05
Büdcəyə ən çox pul gətirən vergi bəlli oldu – Çoxumuz hər gün ödəyirik!

16.11.2026 / 11:53
Hörmüz boğazında iki neft tankeri minaya düşərək partladı...

16.11.2026 / 11:31
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi

16.11.2026 / 11:20
Ukrayna Krım körpüsünə növbəti dəfə zərbə endirdi – nəqliyyatın hərəkəti dayandırıldı...

16.11.2026 / 11:03
Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək

16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı

16.11.2026 / 10:17
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı

16.11.2026 / 10:02
Bakıda güclü külək 32 ağacı sındırdı

16.11.2026 / 09:55
İrandan Azərbaycana dronla narkotik keçirilməsinin qarşısı alındı - aparatı idarə edən iranlı da yaxalandı

16.11.2026 / 09:36
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək

16.11.2026 / 09:05
Bakıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlandı

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

16.11.2026 / 07:11
Tramp-Putin-Tszinpin görüşünün tarixi bəlli oldu

16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" - Yeni Partiya bu şüar altında Qurultay keçirdi

16.11.2026 / 06:49
İranın Tramp və administrasiya üzvlərinə qarşı sui-qəsd planı açıldı - bir çox yüksək rütbəli şəxs hərbi bazalara köçürüldü

16.11.2026 / 06:40
Zaxarova Consonun Moskvada çox içməsinə şahidlik etdi - “Elə deyirdi süz…”

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ