İran parlamenti Kəşfiyyat Nazirliyinə rəhbər təyin olunacaq şəxsin müctəhid statusuna malik olması ilə bağlı tələbi ləğv edib. Bununla da ilk dəfə nazir vəzifəsinə din xadimi olmayan şəxsin təyin edilməsinə imkan yaranıb. Bu barədə “İranlı jurnalistin gündəliyi” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, əvvəllər Kəşfiyyat Nazirliyinə rəhbər təyin olunmaq üçün əsas şərtlərdən biri namizədin ictihad hüququna malik olması idi. İctihad İslam hüququnun müstəqil şəkildə şərh edilməsi səlahiyyəti hesab olunur. Bu status, əsasən, yüksək dini təhsilə malik din xadimlərinə verilir.
Qəbul edilən yeni qərarla həmin tələb aradan qaldırılıb. Beləliklə, bundan sonra İranın Kəşfiyyat Nazirliyinə din xadimi olmayan şəxsin də rəhbər təyin edilməsi mümkün olacaq.
Telegram kanalı bu qərarı İranın kəşfiyyat sistemində mühüm dəyişiklik kimi qiymətləndirib.
Tahir TAĞIYEV