İsrailin kəşfiyyat xidməti "Mossad" ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) İranın ABŞ Prezidenti Donald Trampa və onun administrasiyasındakı yüksək vəzifəli şəxslərə qarşı pilotsuz uçuş aparatları ilə hücum planlaşdırdığına dair məlumat verib. Bu barədə "Israel Hayom" qəzeti yüksək rütbəli İsrail və Amerika rəsmilərinə istinadən xəbər verir. Mənbələrin bildirdiyinə görə, ABŞ kəşfiyyat orqanları məlumatı dəqiqləşdirmək üçün "Mossad"a müraciət edib və İsrail tərəfi bunu təsdiqləyib. Xəbərdə həmçinin qeyd olunur ki, həmin kəşfiyyat məlumatı adı açıqlanmayan başqa bir Qərb kəşfiyyat xidməti tərəfindən də təsdiqlənib. Xəbərdarlıqdan sonra Nazirlər Kabinetinin bir neçə üzvü müvəqqəti olaraq öz şəxsi evlərindən təhlükəsiz hərbi obyektlərə köçürülüb. Bu sırada İrana qarşı sanksiyalara nəzarət edən və ABŞ-ın Tehrana qarşı iqtisadi təzyiq kampaniyasının əsas memarlarından biri hesab olunan Xəzinədarlıq katibi Skott Bessent də var.
SAMİRƏ