Cümə axşamı günü, 12 noyabr 2026
     

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

Image


Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. Bu yenilik Əmək Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində öz əksini tapıb. Layihəyə əsasən, saatlıq əməkhaqqı yalnız müəyyən hallarda tətbiq olunacaq. Onlardan bəziləri bunlardır: hökumətin təsdiqlədiyi sahələrdə çalışan şirkətlərdə və ya fərdi sahibkarların yanında bir aydan az müddətə əmək müqaviləsi bağlandıqda; Həftəlik iş vaxtı 20 saat və ya daha az olduqda.

Layihə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında təqdim olunub. Komitə sədri Musa Quliyevin deməsinə görə, saatlıq əməkhaqqının tətbiqi azyaşlı uşaqları olan qadınların, tələbələrin və pensiyaçıların əmək bazarına çıxışını asanlaşdıran bir çalışma rejimidir. O, bu sistemin həm də qeyri-formal məşğulluğun rəsmləşdirilməsinə təkan verən əhəmiyyətli bir sosial alət olduğunu vurğulayıb: "Qanun layihəsinə əsasən, saatlıq maaşın ən aşağı həddi ölkədəki minimum əməkhaqqının bir saatlıq məbləğindən az ola bilməz. Saatlıq əməkhaqqının tətbiq olunduğu iqtisadi fəaliyyət növlərinin siyahısını isə Nazirlər Kabineti müəyyənləşdirəcək. Saatlıq minimum əmək haqqı kənd təsərrüfatı, iaşə, turizm, məişət xidməti, daşıma xidmətləri, İT sektoronda çalışan işçilərin əməyinin ödənilməsində bərabər və ədalətli yanaşmanı təmin edə bilər. Saatlıq əmək haqqının tətbiqi azyaşlı uşaqları olan qadınların, tələbələrin, pensiyaçıların əmək bazarına çıxışını asanlaşdıran bir çalışma rejimi olaraq həm də qeyri-formal məşğulluğun rəsmləşdirilməsinə təkan verən bir sosial alət olaraq əhəmiyyətlidir. Minimum saatlıq əmək haqqı sisteminin tətbiq edilməsi əməyin ödənilməsində daha çevik və sosial ədalətli mexanizmin formalaşmasına, işçilərin əmək hüquqlarının qorunmasına və əmək münasibətlərində şəffaflığın artırılmasına xidmət edəcək".

İqtisadçı Natiq Cəfərli isə "Facebook" səhifəsində bu məsələnin ciddi suallar doğurduğunu yazıb. O vurğulayıb ki, hazırda ölkədə minimum əməkhaqqı 400 manatdır. Bu rəqəm 5 günlük iş həftəsi və 8 saatlıq iş günü hesabı ilə götürüldükdə bir saata düşən əməkhaqqı 2 manat 50 qəpik, həftədə 6 günlük iş qrafiki ilə çalışanlar üçün isə təxminən 2 manat civarındadır: "Yaxşı, bundan aşağı ola bilməz – bunu bildik. Amma, məsələn, kimisə 2 saatlıq işə qəbul edib, işə görə gündə 5 manat verəcəklərsə, bu kimə sərf edəcək?!..". Ekspert "bu addım niyə atılır" sualını gündəmə gətirərək özü belə cavab verir: "Öz fikrimi deyə bilərəm – bu yanaşma daha çox dövlət və büdcə sektorunda özünü göstərəcək. Layihə sayəsində yeni "iş yerləri" yaranacaq. Məsələn, hər hansı bir nazirlikdə və ya dövlət qurumunda hazırda 100 işçi var və onlar ortalama 1500 manat maaş alırlar. Saathesabı iş qrafikinə keçdikdə isə, iş yeri sayı sabit qalsa da, işçi sayı kəskin artacaq". İqtisadçının fikrincə, bu addım həm dövlət büdcəsinə qənaət, həm də sosial bir layihə kimi qələmə veriləcək: "Dahiyanədir", yəni heç nəyi dəyişmədən çox şeyi dəyişmiş kimi göstərmək cəhdidir". Amma Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev qeyd edir ki, Azərbaycanda saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək. Onun sözlərinə görə, bu istiqamətdə başlıca məqsəd müasir məşğulluq imkanlarını genişləndirməklə yanaşı, vətəndaşların əmək və sosial təminat hüquqlarının daha etibarlı qorunmasını təmin etməkdir: "Bu istiqamətdə muzdla işləyənlər üçün minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur. Sistemin 2027-ci ildə tətbiqinə başlanılması planlaşdırılır". Nazir müavini qeyd edib ki, əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın tənzimlənməsini zəruri edir: "Bununla bağlı qanun layihəsi müəyyən fəaliyyət sahələrində bir aydan az müddətə bağlanılan əmək müqavilələri, həmçinin həftəlik iş vaxtı 20 saat və ya daha az olan işlər üzrə saatlıq əməkhaqqı sisteminin tətbiqini nəzərdə tutur. Minimum saatlıq əməkhaqqının minimum aylıq əməkhaqqı əsasında hesablanaraq saatlıq tarif maaşından daha yüksək müəyyən edilməsi təklif olunur". Z.Əliyev vurğulayıb ki, ilk mərhələdə sistemin yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrini əhatə etməsi nəzərdə tutulur: "Bununla belə, tətbiq gələcəkdə bu sahələrlə məhdudlaşmaya və digər fəaliyyət sahələrini də əhatə edə bilər. Təklif olunan dəyişiklik minimum əməkhaqqı institutunun daha çevik tətbiqinə, əməkhaqqı hesablamalarında şəffaflığın artırılmasına və beynəlxalq təcrübədə istifadə olunan yanaşmaların ölkəmizdə tətbiqinə imkan yaradacaq".

Dünya təcrübəsi göstərir ki, saatlıq əməkhaqqı sisteminin əsas üstünlüklərindən biri əməkhaqqının sərf olunan iş vaxtına uyğun hesablanmasıdır. Mövcud aylıq əməkhaqqı sistemində işçinin faktiki işlədiyi saatların miqdarı bəzən kifayət qədər nəzərə alınmır. Saatlıq ödəniş sistemində isə işçi işlədiyi hər saat üçün müəyyən edilmiş məbləğdə əməkhaqqı alır. Bu, xüsusilə yarımştat işləyənlər, tələbələr, mövsümi işçilər və çevik iş qrafikinə ehtiyacı olan şəxslər üçün əlverişlidir. Digər mühüm üstünlük əmək bazarında şəffaflığın artmasıdır. Saatlıq əməkhaqqı sistemi iş vaxtının dəqiq uçotunu tələb etdiyindən, işəgötürən və işçi arasında əmək münasibətlərinin daha aydın qurulmasına şərait yaradır. İşçilərin əlavə işlədiyi saatların müəyyənləşdirilməsi və həmin vaxta uyğun ödənişin hesablanması asanlaşır. Nəticədə, iş vaxtından artıq əməyin ödənilməməsi kimi problemlərin qarşısının alınmasına kömək edilir. Bundan əlavə, bu sistem işəgötürənlərə əmək resurslarından daha səmərəli istifadə etmək imkanı verir. Xüsusilə restoran, hotel, ticarət, turizm və xidmət sektorlarında iş yükü günlərə və saatlara görə dəyişir. Belə müəssisələrdə işçilərin iş qrafikini real tələbat əsasında qurmaq və əməkhaqqı xərclərini daha düzgün planlaşdırmaq mümkündür. Eyni zamanda, saatlıq ödəniş sistemi işçilərin məhsuldarlığının qiymətləndirilməsinə də müəyyən töhfə verir. Lakin saatlıq əməkhaqqı sisteminin bir sıra mənfi cəhətləri də mövcuddur. Əsas problemlərdən biri işçilərin aylıq gəlirlərinin sabit olmamasıdır. Məsələn, müəssisədə iş həcmi azaldıqda iş saatları da azala bilər. Bu isə işçinin aylıq gəlirinin aşağı düşməsinə və ailə büdcəsinin planlaşdırılmasında çətinliklərə səbəb olur. Xüsusilə ailə xərcləri və kredit öhdəlikləri olan şəxslər üçün bu vəziyyət maliyyə baxımından risk yaradır. Digər mənfi cəhət iş vaxtına nəzarət və uçot sisteminin qurulması ilə bağlıdır. Saatlıq əməkhaqqının düzgün hesablanması üçün müəssisələrdə elektron davamiyyət sistemlərinin, xüsusi proqram təminatının və digər nəzarət mexanizmlərinin tətbiqi tələb olunur. Bu isə xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün əlavə maliyyə və inzibati yük yaradır. Bununla yanaşı, saatlıq ödəniş sistemi bəzi hallarda işçiləri daha çox saat işləməyə sövq edi. İşçi daha yüksək gəlir əldə etmək məqsədilə istirahət vaxtını azalda və sağlamlığına mənfi təsir göstərə biləcək iş rejiminə üstünlük verir. Həmçinin yalnız iş saatlarının sayına əsaslanan qiymətləndirmə işin keyfiyyətini, yaradıcılığı və nəticəyönümlülüyü arxa plana keçirir. Azərbaycanda bu sistemin tətbiqi zamanı ölkənin əmək qanunvericiliyi, iqtisadi şəraiti və sosial müdafiə mexanizmləri nəzərə alınmalıdır. Minimum əməkhaqqı təminatının, ödənişli məzuniyyətin, xəstəliklə əlaqədar təminatların və əlavə iş saatlarının ödənilməsi qaydalarının qorunması vacibdir. Saatlıq əməkhaqqı sistemi ilə aylıq əməkhaqqı sistemini tamamilə əvəz etmək əvəzinə, müxtəlif fəaliyyət sahələrinin xüsusiyyətlərinə uyğun olaraq onunla paralel tətbiq edilməsi isə daha yaxşı variant hesab edilir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ