Azərbaycan Xarici İşlər Nazirliyi İzmirin Aliağa rayonunda yerləşən "HABAŞ" Dəmir və Polad Zavodunda baş verən, 16 nəfərin ölümü və 13 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla əlaqədar Türkiyəyə başsağlığı mesajı ünvanlayıb. Bəyanatda həlak olanların ailələrinə başsağlığı verilib, xəsarət alanlara isə tezliklə şəfa diləkləri ifadə olunub.
Qeyd edək ki, partlayış günorta saatlarında baş verib və zavod ərazisində yanğına səbəb olub. İzmir vilayət administrasiyasının məlumatına görə, hadisə polad tökülməsi prosesi zamanı körpülü kranın sənaye sobasının içinə düşməsi nəticəsində baş verib.
SAMİRƏ