ABŞ prezidenti Donald Tramp CNN-ə bildirib ki, ABŞ ordusu İranda təxminən bir saat ərzində dağıdıla biləcək 38 körpü müəyyən edib.
ABŞ prezidenti potensial hədəflər arasında elektrik stansiyalarının da adını çəkib. Lakin o, bu cür ziyana səbəb olmaqdan çəkindiyini bildirib və infrastrukturun bərpasının təxminən on il çəkə biləcəyini qeyd edib.
"Mən bunu etmək istəmirəm, çünki onları yenidən qurmaq on il çəkəcək. Körpüləri dağıtmağı xoşlamıram. Körpü tikilməsi ən çətin tikililərdən biridir" – deyə Tramp bildirib.
Tahir TAĞIYEV