İranın keçmiş xarici işlər naziri və parlament üzvü Mənuçöhr Mottaki "Euronews"a verdiyi müsahibədə ABŞ-ı blokadanı ləğv etməyə və iyun memorandumunun şərtlərini yerinə yetirməyə çağırıb. O, bu açıqlamanı ABŞ Konqres seçkilərinin nəticələri və Ağ Evin Tehranla bağlı yeni qərarlar qəbul etməyə hazırlaşdığı barədə xəbərlər fonunda səsləndirib.
ABŞ-da ara seçkilərin nəticələri yaxın günlərdə Vaşinqtonla Tehran arasında mümkün hərbi toqquşma ilə bağlı fərziyyələri də alovlandırıb.
“Axios” qeyd edir ki, 5 noyabrda Tramp ABŞ Konqres seçkilərindən bəri ilk dəfə milli təhlükəsizlik müşavirləri ilə görüşüb. Daha sonra o, Ağ Evdə jurnalistlərə bildirib ki, tezliklə növbəti addımları barədə qərar verəcək.
Bu fonda, Mahmud Əhmədinejadın dövründə İranın keçmiş xarici işlər naziri olmuş Mənuçöhr Mottaki, İslam Respublikasına qarşı yeni bir hərbi əməliyyat başlasa, bunun Avropaya yayılacağı barədə xəbərdarlıq edib.
Tahir TAĞIYEV