Cümə günü, 06 noyabr 2026
     

Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

Image


Elşad Həsənov: “Avropada baş verən kiberhücumların, təxribatların və digər təhlükəsizlik insidentlərinin arxasında Rusiya xüsusi xidmət orqanlarının dayanır”

Avropada hava nəqliyyatına və müxtəlif infrastruktur sahələrinə yönəlmiş kütləvi bomba təhdidləri və kibertəhlükəsizlik insidentləri qeydə alınıb. Noyabrın 5-də Avropanın müxtəlif şəhərləri arasında uçuş həyata keçirən azı 12–27 arası sərnişin təyyarəsi (müxtəlif mənbələrə görə 12-dən çox və ya 25-dən çox reys) anonim elektron poçt vasitəsilə daxil olan bomba təhdidlərinin hədəfi olub.

Bir sıra ölkələrdə (o cümlədən İtaliya, Fransa, Bolqarıstan) qırıcı təyyarələr həyəcan siqnalı ilə havaya qaldırılaraq sərnişin təyyarələrini müşayiət edib. Bəzi reyslər isə ehtiyat aerodromlara və ya hərbi bazalara (məsələn, Fransanın Évreux hərbi hava bazasına) məcburi eniş edib.

Təyyarələrdə və hava limanlarında həyata keçirilən yoxlamalar zamanı heç bir partlayıcı qurğu aşkarlanmayıb və rəsmilər bu təhdidlərin saxta (hoax) olduğunu açıqlayıblar. Britaniya nəqliyyat naziri və digər rəsmilər bunları planlı şəkildə həyata keçirilən "zərərli saxtakarlıq" kimi qiymətləndiriblər.

Eyni zamanda Avropanın bir sıra ölkələrində supermarketlərin soyuducu sistemlərinə qarşı kiberhücumlar həyata keçirilib.

Məlumata görə, Belçika, İsveç, İrlandiya, Lüksemburq və Estoniyada onlarla supermarket kiberhücumların hədəfinə çevrilib. Bundan bir neçə həftə əvvəl isə Fransada yüzlərlə ərzaq mağazasında oxşar hadisələr qeydə alınıb.

Hakerlər supermarketlərdəki soyuducu sistemlərinə uzaqdan müdaxilə edərək temperaturu artırıblar. Bəzi hallarda temperaturun 80 dərəcəyə qədər yüksəldildiyi bildirilir. Nəticədə böyük həcmdə ərzaq məhsulu xarab olub. Hadisələr ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

Qeyd edək ki, Britaniya hökuməti kiberhücumlar və digər fövqəladə hallar zamanı mümkün fasilələrə hazır olmaq üçün vətəndaşlara ən azı üçgünlük zəruri ərzaq və digər ehtiyatlar saxlamağı tövsiyə edib. Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq mümkün fövqəladə vəziyyətlər arasında elektrik enerjisinin kəsilməsini və yerli mağazaların kiberhücumlara məruz qalmasını da qeyd edib.

Qərb təhlükəsizlik orqanları və kibermüdafiə ekspertləri bu növ kritik infrastruktur hücumlarında ilk növbədə Rusiya ilə əlaqəli haker qruplarından (məsələn, Sandworm və ya APT qrupları) şübhələnirlər.

Onlar hesab edir ki, məqsəd də Qərb cəmiyyətlərində panika yaratmaq, tədarük zəncirini qırmaq və daxili sabitliyi pozmaqdır. Avropa mediası və təhlükəsizlik orqanları bu qəbildən olan hibrid hücumların və təhdidlərin arxasında Rusiyanın ola biləcəyinə dair iddialar irəli sürüblər.

Kreml sözçüsü Dmitri Peskov bu ittihamları qəti şəkildə təkzib edərək onları "absurd və heç bir sübuta əsaslanmayan" iddialar adlandırıb.

Hər iki hadisədə ABŞ-ın əlinin olduğu da istisna edilmir.

Bəzi geosiyasi şərhçilər tərəfindən irəli sürülən ehtimallara görə, ABŞ kiber-bölmələri Avropa ölkələrini kiber-təhlükəsizlik baxımından daha çox özündən asılı vəziyyətə gətirmək, Rusiya təhlükəsini qabartmaqla Qərbin hərbi-siyasi birliyini (NATO daxilində) gücləndirmək üçün istifadə edə bilər.

Bu hadisələr Rusiyanın və ya ABŞ-ın təşkil etdiyi əməliyyatlar ola bilərmi, yoxsa ayrı-ayrı hadisələrin arxasında müxtəlif qüvvələr dayanır?

Politoloq Elşad Həsənov baki-xeber.com-a bildirdi ki, hazırda dünyada vəziyyət getdikcə daha da gərginləşir, geosiyasi maraqlar toqquşur, müharibələr davam edir və beynəlxalq təhlükəsizlik sistemi ciddi sınaqlarla üzləşir. ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsini dayandırmaqla bağlı verdiyi vədlər hələlik reallaşmayıb. Əksinə, müharibənin təsirləri getdikcə Ukraynanın hüdudlarından kənara çıxaraq Avropa ölkələrinin təhlükəsizliyi üçün də ciddi təhdidlər yaradır.

Mövcud proseslər göstərir ki, Ukrayna müharibəsi daha geniş geosiyasi qarşıdurmanın tərkib hissəsinə çevrilmək təhlükəsi daşıyır. Rusiya ilə Ukrayna arasında sülh danışıqları uzanır. Moskva öz ərazi iddialarından geri çəkilmək istəmir, Ukrayna isə işğal olunmuş ərazilərin Rusiyaya güzəştə gedilməsini qəbul etmir. Xüsusilə Donbas məsələsi danışıqların əsas və mürəkkəb istiqamətlərindən biri olaraq qalır.

Belə bir şəraitdə Avropanın təhlükəsizliyi ilə bağlı narahatlıqların artması təəccüblü deyil. Son dövrlərdə Avropa ölkələrində pilotsuz uçuş aparatları ilə bağlı hadisələr, hava məkanına müdaxilə iddiaları, təyyarələrə və nəqliyyat infrastrukturuna qarşı mümkün təhdidlər ciddi müzakirə olunur. Almaniyanın Leypsiq şəhərində təyyarələrin yaxınlığında bomba aşkar edilməsi ilə bağlı məlumatlar da təhlükəsizlik məsələlərinin nə qədər həssas xarakter aldığını göstərir.

Avropa ölkələri artıq mümkün müharibə və böhran ssenarilərinə hazırlıq görməyə çalışırlar”.

E.Həsənov qeyd etdi ki, əhalinin fövqəladə vəziyyətlər zamanı ərzaq, su və zəruri ehtiyatlarla təmin olunması, sığınacaqların hazırlanması, insanların müəyyən müddət ərzində müstəqil şəkildə yaşaya bilməsi üçün tədbirlər gündəmə gəlir, bəzi ölkələrdə əhalinin on gün, on iki gün, hətta daha uzun müddət ərzində fövqəladə şəraitə hazır olması məsələsi müzakirə edilir.

“Bütün bunlar Avropada təhlükəsizlik məsələsinin artıq yalnız hərbi strategiya ilə məhdudlaşmadığını göstərir. Müasir müharibələr təkcə tanklar, toplar və raketlərlə aparılmır. Kiberhücumlar, informasiya müharibəsi, infrastruktura müdaxilə, iqtisadi təzyiqlər və cəmiyyət daxilində panika yaratmaq cəhdləri də müasir qarşıdurmanın mühüm vasitələrinə çevrilib.

Məsələn, kiberhücumlar nəticəsində böyük ticarət şəbəkələrinin fəaliyyətinin dayanması, ərzaq və digər məhsulların saxlanma sistemlərində problemlərin yaranması ciddi iqtisadi itkilərə səbəb ola bilər. Elektrik enerjisi, rabitə və logistika sistemlərinin sıradan çıxarılması isə milyonlarla insanın gündəlik həyatına təsir göstərə bilər. Bu baxımdan Avropada müşahidə olunan təhlükəsizlik narahatlıqlarını yalnız ənənəvi hərbi təhdidlər çərçivəsində qiymətləndirmək doğru olmazdı.

Avropanın müdafiə siyasətində baş verən dəyişikliklər də diqqətəlayiqdir. Donald Trampın hakimiyyətə qayıdışından sonra ABŞ ilə Avropa arasında NATO-nun maliyyələşdirilməsi və təhlükəsizlik məsuliyyətlərinin bölüşdürülməsi məsələləri daha kəskin şəkildə gündəmə gəlib. Tramp Avropa ölkələrini müdafiə xərclərini artırmağa çağırır və onların təhlükəsizlik məsələlərində daha çox məsuliyyət daşımasını tələb edir.

Avropa ölkələri uzun illər ərzində təhlükəsizlik məsələlərində ABŞ-ın hərbi gücünə və NATO çərçivəsindəki dəstəyinə arxalanıblar. Lakin indi başa düşürlər ki, öz müdafiə imkanlarını gücləndirmək və təhlükəsizlik sistemlərini daha müstəqil şəkildə qurmaq zəruridir.

Bu, həm də Avropa ilə ABŞ arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Vaşinqton Avropadan daha çox maliyyə və hərbi məsuliyyət tələb edir. Avropa isə öz təhlükəsizliyini təmin etmək üçün müdafiə büdcəsini artırmağa, hərbi sənayesini inkişaf etdirməyə və strateji müstəqilliyini gücləndirməyə çalışır.

Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, təxminən 500 milyon əhalisi və böyük iqtisadi potensialı olan Avropa 140 milyon əhalisi olan Rusiyanın qarşısında özünü ciddi təhlükə altında hiss edir. Bu vəziyyət Avropanın uzun illər ərzində təhlükəsizlik baxımından ABŞ-dan asılı olmasının nəticələrini də ortaya qoyur.

Bununla belə, Avropada yaranmış gərginliyin əsas səbəbini yalnız ABŞ-ın siyasəti ilə əlaqələndirmək düzgün olmazdı. Mənim fikrimcə, bu qarşıdurmanın əsas səbəblərindən biri Rusiyanın Ukraynaya qarşı müharibəsi və Moskvanın Avropanın Ukraynaya dəstəyini zəiflətmək cəhdləridir.

Əgər Avropa ölkələri Ukraynaya hərbi, iqtisadi və siyasi dəstək göstərməsəydi, Rusiyanın Ukrayna ərazilərində daha geniş irəliləyiş əldə etməsi ehtimalı arta bilərdi. Bu gün Ukraynaya verilən silahların bir hissəsinin maliyyəsi Avropa ölkələri tərəfindən qarşılanır. Eyni zamanda, Ukrayna ordusunun təlimi, hərbi texnologiyalarla təmin edilməsi və müdafiə imkanlarının gücləndirilməsi istiqamətində də Avropa dövlətlərinin mühüm rolu var.

Məhz buna görə də Rusiyanın Avropa ölkələrinə qarşı təzyiqlərini artırmaq, onların daxilində siyasi parçalanmanı dərinləşdirmək və Ukraynaya dəstəyi zəiflətmək istəyəcəyi ehtimalı ciddi şəkildə nəzərdən keçirilməlidir.

Avropada baş verən kiberhücumların, təxribatların və digər təhlükəsizlik insidentlərinin arxasında Rusiya xüsusi xidmət orqanlarının dayanır. Bu işlər məhz Rusiyanın xüsusi xidmət orqanlarının qruplar tərəfindən gerçəkləşdirilir.

Lakin burada mühüm bir məqamı nəzərə almaq lazımdır: konkret hadisələrin arxasında hansı qüvvələrin dayandığını müəyyən etmək üçün araşdırmaların nəticələrinə və təsdiqlənmiş faktlara əsaslanmaq vacibdir.

Bununla belə, geosiyasi baxımdan aydındır ki, Avropanın təhlükəsizliyinin zəifləməsi, NATO daxilində fikir ayrılıqlarının dərinləşməsi və Ukraynaya dəstəyin azalması Rusiyanın strateji maraqlarına uyğun nəticələr yarada bilər.

Müasir dünyada müharibələr artıq yalnız cəbhə xəttində aparılmır. Kiberhücumlar, informasiya manipulyasiyaları, iqtisadi təzyiqlər və siyasi destabilizasiya cəhdləri də qarşıdurmanın mühüm elementləridir. Bu mənada Ukrayna müharibəsinin təsirləri Avropanın müxtəlif sahələrində hiss olunur və geniş geosiyasi qarşıdurma təhlükəsi yaradır.

Bütün bunları nəzərə alaraq, dünyada artıq yeni tipli müharibə mərhələsinin başladığını söyləmək mümkündür. Lakin bu prosesləri birbaşa Üçüncü Dünya müharibəsi adlandırmaq hələlik mübahisəli məsələdir. Daha doğru yanaşma, mövcud vəziyyəti böyük dövlətlər arasında artan geosiyasi rəqabət, hibrid müharibə və beynəlxalq təhlükəsizlik böhranı kimi qiymətləndirməkdir.

Mən hesab edirəm ki, Avropanın təhlükəsizliyinə qarşı yaranan əsas təhdidlərdən biri Rusiyanın Ukrayna müharibəsində qarşısına qoyduğu məqsədlərlə bağlıdır. Moskva üçün Ukraynanın müqavimətini zəiflətmək, Avropanın dəstəyini azaltmaq və Qərb ölkələri arasında parçalanma yaratmaq mühüm strateji əhəmiyyət daşıyır.

Məsələnin mahiyyəti də məhz bundadır: Ukrayna müharibəsi yalnız Ukraynanın taleyini müəyyənləşdirmir. Bu müharibənin nəticələri Avropanın gələcək təhlükəsizlik sisteminə, NATO-nun mövqeyinə və bütövlükdə beynəlxalq münasibətlərə ciddi təsir göstərə bilər”-deyə E.Həsənov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ