Cümə axşamı günü, 05 noyabr 2026
     

“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

Image


“Elə bir dünyada yaşayırıq ki, orada dəfn mərasimləri mərhumdan, nikah sevgidən, xarici görünüş insanın ağıl və ruhundan vacib hesab olunur. Biz zahiri görünüşə aludə olan, məzmunu isə heçə sayan bir mədəniyyətin içində yaşayırıq. Belə bir mühitdə yazmaq çox çətindir.”

Ser Entoni Hopkins.İngilis aktyoru və yazıçısı.

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, Kolumbiyalı yazıçı Qabriel Markes yazır: “Yazçının inqilabi borcu yalnız və yalnız yaxşı yazmaq olmalıdır... Əgər hekayə yazıramsa gündə bir səhifə, roman yazıramsa, yenə bir səhifə yaza bilirəm. “İlk baxışda real görünməyən yazıçı etirafı, sözə və fikirə olan əsl sənətkar duyumunun və məsuliyyətinin parlaq ifadəsdir.

Sabir müəllim sözlə əlləşib-vuruşan, onunla “haqq-hesab çəkməkdən” zövq alan həssas qələm ustadlarındandır. “Ömür kitabı” şairin sözün geniş meydanında tam sərbəst və asudə qala bilməsinin əyani təzahürüdür. Yenə Markesin :” Ədəbiyyat yerli-dibli olmasaydı belə, dünya zərrə qədər də dəyişməzdi...”ifadəsi eyni cür anlaşıla bilməz!.Zənnimcə Yaradanın bəndəsini anladan SÖZü olmasaydı dünya tam mənasız olardı.

Yazıçılıq çox əziyyətli bir işdir.Oxucunu heyrətə gətirən,qarşısında sehrlənib qaldığımız şah əsərlər qram-qram yazılıb. Yazıçı yazdığı hər bir səhifədə sözlə döyüşməli olur və bu döyüşdən çox vaxt SÖZ qalib çıxır. Sabir Rüstəmxanlı məhz bu müqəddəs İlahi dəyərə kökləndiyi üçün uğur qazanır. O, sözün həqiqi mənasında milli düşüncəni və vətəndaş mövqeyini uca tutan, İstiqlal məfkurəsinin ağır yükünü daim özündə daşıya bilən sərraf şairdir. Geniş, əhatəli yaradıcılığında doğma Azərbaycan xalqının tarixi yaddaşı qarşısında məsuliyyətini dərk edən, ana dilimizin ucalığını,milli kimliyimizi ustalıqla əsas qayəsinə çevirən yazıçıdır. Onun məşhur “Ömür kitabı” bütöv bir xalqın tarixinə, xalqın milli-mənəvi dəyərlərinə,milli mənliyinə qayıdışı, çağırışıdır. Ziyalının və şairin böyüklüyü təkcə yazdıqlarında yox, xalqın taleyüklü vəziyyətlərində nümayiş etdirdiyi mövqedədir. O, Milli Azadlıq Hərəkatının öncül simalarından və fəal iştirakçılardan biri kimi Azərbaycan dövlətinin müstəqilliyi uğrunda gedən mübarizədə sözünü demiş, ictimai-siyasi fəaliyyətində həmişə milli maraqlara sədaqət nümayiş edə bilmişdir.

Sabir Rüstəmxanlı yalnız dövrünün yox, yaşadığı zamanın mənəvi simasını formalaşdıra, yaddaşlarda iz buraxa bilib. Onun yaradıcılığı bir həqiqəti xatırladır: Millətin varlığı,dövlət sərhədlərinin toxunulmazlığı ,onun tarixi yaddaşı, dilin və milli ruhun yaşaması ilə təmin olunur.” İstedad insanı tanıdır, xarakter isə onu şəxsiyyətə çevirir”.- Müdrik kəlama uyğun O,öndə olan ziyalı, sədaqətli vətəndaş,dost,qardaş, xalqın şairi və nasiri,tarixi romanların müəllifi kimi istedadla xarakterin bariz nümunəsidir.

Əziz Sabir müəllim! Bu müdrik çağınızda qələminiz yorulmasın, sözünüzün nuru sönməsin, qələminizin mürəkkəbi qurumasın! Allah ömrünüzə və yaradıcılığınıza min bərəkət versin!

Ədəbiyyat tarixində elə əsərlər və yazıçılar olub ki, bəlli vaxtlarda gurultu qopara,ad və şöhrət qazana biliblər. Lakin zaman ötdükcə o əsərlər və müəlliflər unudulub. Əsərin böyük tirajla nəşri və ya bir çox dillərdə tərcüməsi yazılanların və müəllifin yaddaşlarda qalması üçün əsas şərt sayılmır. Məncə ədəbi mühitdə qalmaq kitabların nəsildən-nəsilə keçməsi, ataların oxuduqlarını oğulların da bəyənib sevməsidir. Bu mənada ,Sabir Rüstəmxanlı müasir dövrün sevilən və oxunaqlı yazıçılarındandır . Taleyinə yazmaq borcu düşübsə və qarşıya qoyulan məqsədə çatmaq qisməti yazılıbsa,ondan qaçmaq mümkün olmayacaq. Sabir Rüstəmxanlının özünəxas xarakterik cəhəti ondadır ki,o, ixtiyarındakı bütün vasitələrlə-təxəyyül, həyat təcrübəsi, mütaliəsi, iti müşahidə qabiliyyəti və bacarığı ilə çətin tapılan nadir metallarla müqayisə ediləcək fikirlərini poeziyaya və ya nəsrə köçürə bilir.

Kolumbiya yazıçısı,Nobel mükafatı laureatı Qabriel Qarsia Markes yazıçılıq peşəsini və onun sirrlərini çiçəklərdən və otlardan şirə çəkən bal arısına bənzədir.Yazıçı da,mütaliəsilə ələk-vələk etdiyi kitablardan zərrə-zərrə, qətrə-qətrə topladığını səhifələrə köçürmək üçün cani dildən çalışır,əziyyət çəkir.Böyük rus sovet şairi Vladimir Mayakovskinin “Maliyyə müfəttişi ilə poeziya haqqında söhbət” şeirinin dili ilə ifadə etsəm,-Poeziya radium hasilatı kimidir..Bir qram əldə etmək üçün illərlə zəhmət çəkməli olursan.Tək bir söz naminə minlərlə ton söz filizini emal edirsən...və s.Böyük şair poeziyanı ilhamın-vəhyin ani məhsulu deyil, söz uğrunda böyük zəhmət,axtarış və sənətkarlıq prosesi kimi təqdim edir. Bu misralar şair,yazıçı və publisistlər üçün çox ciddi yaradıcılıq prinsipləridir! Sabir Rüstəmxanlı sözün həqiqi mənasında sözlə əlləşib - döyüşən, bəzən də onunla “haqq-hesab çəkməkdən” zövq alan həssas qələm ustadlarındandır. 15 cildik külliyyatın sahibi və Azərbaycan Milli Kitabxanasında oxuculara təqdim olunan (2022-ci ildə nəşr edilib) 544 səhifəlik Sabir Rüstəmxanlı-Biblioqrafiya kitabı etibarlı mənbə kimi bunu təsdiqləmiş olur.

Sabir müəllim həmişə milli ruhun və vətəndaş həmrəyliyinin tərəfdarı kimi dəbdə olub. Ədəbiyyatda milli həmrəylik həmişə qiymətli olub. Sabir müəllim bunu bacarır, hətta,siyasi mövqeyində də,bu mövqeyini sərgiləyə bildi.

Sabir müəllimin yaradıcılığına bələd olduqca yazıçılığın ağır zəhmət olduğunun şahidi olursan, hiss edirsən ki, yazmaq müəllifə çox çətin başa gəlir.Tarixi mənbələrə söykənən belə fikir və söz külliyyatı oxucuda xoş təəssürat yaradır.

Sabir Rüstəmxanlıın 15 cildlik seçilmiş əsərlərində qərar tutan hər bir əsər şairin qərarı və inamına sadiqliyin təcəssümüdür. Mənə elə gəlir ki, Sabir Rüstəmxanlı yazdıqlarını öncədən heç kimlə bölüşmür. Bu,ədəbiyyatın ictimai məhsulu ,ədəbi əsərin isə fərdi xarakterə malik olması ilə bağlıdır. Şair yazdıqlarında heç kimdən kömək ummur. Kitablarında təkrar qeyd etdiyim kimi milli tarixin və yaddaşın gerçəkliklərini, milli-mənəvi dəyərlərlə yanaşı ədəbi məsləhətlərini, sənət və sənətkarlıq kəşflərini, ustad dərslərini də görmək olur. O, geniş auditoriyasında oxuculara üslub və ədəbi siyasət dərsini də keçir, ədəbi texnika və metod dərsini də verir,öyrənir və örədir! Sabir Rüstəmxanlının ədəbi texnikası son dərəcədə idrakidir. Onu tanımaq üçün yaradıcılığına bələd olmaq lazım gəlir. Bəzən sadə görünən bir əsərin gücü onun yalnız, Aysberqin bayırdan göz qamaşdıran buz parçasından ibarət deyil, nəhəng buz parçasının arxasında görə bilmədiyimizin səkkizdən yeddisi suyun altındadır. Oxuduqlarımızın arxasında daha böyük gizli fikirlər var. Ümumiyyətlə ədəbiyyatı hər tərəfli bilmədən, yaxşı, oxunaqlı bir əsər yaratmaq mümkün olmur.Yaradıcılıq mədəniyyətinə səthi yanaşmaq, etinasız münasibət göstərmək qəbul edilmir. Zənnimcə ədəbiyyatı Üniversitetlərdə yox,ustad yazıçıların əsərlərini təkrar-təkrar oxumaqla öyrənmək olur.

Yazırlar ki, Herminquey (ABŞ yazıçısı və Nobel mükafatı laureatı) çox çətin yazıçıdır. Lakin onun məharəti işinin sadəliyindədir, iş metodu zərgər dəqiqliyi ilə davam edib. Nobel mükafatçısının qənaətinə görə yazıçı yaxşı yazmaq üçün tənhalığa məhkumdur,ətrafdan təcrid olunmalıdır...

Xalq Şairinin poeziyası, musiqi üçün zəngin obrazlılığı, vətəndaş ruhu, milli yaddaş, azadlıq və insan duyğularının dərinliyi ilə seçilir. Onun sözlərinə yazılmış not əsərləri (Az. Milli Kitabxanasının biblioqrafik materiallarında) ayrıca bölmə kimi göstərilir. “Mən Səninləyəm” (E.Mansurov), “Oda:Əhdnamə” - (Xəyyam Mirzadənin əsəri) böyük xor və simfonik orkester üçün yazılıb. Birincisi, estrada - Simfonik mahnı, digəri simfonik okrester üçün nəzərdə tutulmuş iri həcmli musiqi əsərləridir.

“Ömür kitabı” (1988) Şairin ən mühüm əsəridir. Milli özündərk, xalqın tarixi yaddaşı, milli kimlik və istiqlal düşüncəsi əsərin əsas ideyasını təşkil edir.

“Qan yaddaşı” (1986) Xalqın tarixi taleyi, milli ağrı və yaddaşı, “Gəncə qarısı” (1981) milli-mənəvi dəyərlərlə bağlı poeziya nümunəsidir.

“Sağ ol ana dilim” (1983), “Atamın ruhu” (2002) ailə, Xudu kişi ilə bağlı xatirələri, kök və mənəvi varlıq, “Xətai möcüzəsi” milli tarix və dövlətçilik düşüncəsi ilə bağlı bədii xəzinələrdəndir.

“Göy Tanrı” Türk xalqlarının qədim tarixi, mifoloji dünyası və mənəvi kökləri, “Ölüm zirvəsi”, tarixi romanı, “Xətai yurdu”, “Xalq meydanı” - milli azadlıq mübarizəsi və iqtisadi siyasi prosesləri əhatə edən əsərləri şairin 15 cildik “Seçilmiş əsərləri”ndə toplanıb. Zənnimcə “Ömür kitabı”, “Göy Tanrı” və “Qan yaddaşı” onun şah əsərlərindəndir.

Sabir Rüstəmxanlının yaradıcılığı türk dünyasının hadisələrlə zəngin tarixini dolğun tərzdə əks etdirir. Onu, mübaliğəsiz ötən əsrin və müasir dövr ədəbi mühitinin şahidi və salnaməçisi adlandırmaq olar.

Xalq yazıçısı həqiqi tarix saydığımızı lirikaya və nəsrə çevirrməklə bədii cəhətdən cəsarətli bir addım atır. Bəzən də,qələmə aldığı tarixin səhih əhvalatlarını tarixi əsər də adlandıra bilərik.

Şairlik həmişə axtarışda olmaqdır. Şair var gerçəklikdən qaçır, zənnə qapılıb yazır. Sabir müəllim isə yazdıqlarına şahidlik edir,onun lirikası və nəsri də daktildir (toxunmaqla bilinir) bir neçə cümlədən və ya misradan sonra müəllifi tanımaq olur. Xalq şairinin yaradıcılıq dilinin sintaktik quruluşu Avropa dillərinin çoxundan fərqlidir, özünəməxsus milli sintaktik sistemə malikdir. Əsərlərinin leytmotivi Vətən sevgisini,milli yaddaşın oxucuda müəyyən emosional və fəlsəfi təsir yaratmasını,hadisələri və obrazları vahid məna ətrafında birləşdirməklə bir növ müəllif öz mövqeyini möhkəmləndirə bilir.Hər şey oxucunun aydın dərk edə bildiyi dildədir, söz və fikir sehrini itirmir. Oxucu bu əsərlərdə diqqətini cəm edib, qayğılarını unudur hadisələrdə iştirak edir və toxunulmaz ideyaların əsiri olur...

Son qeyd:Əziz oxucular,Sabir sevənlər!

Sabir Rüstəmxanlının yubileyi,80 illiyi ilə bağlı yazdıqlarım xalq şairinin yaradıcılığını tam əhatə etmirsə məni qınamayın.Yubiley ilinin bitməsinə az vaxt qaldığına görə,bəlkə də gecikmişəm.Mən hüquqşünas,bir az da publisistik bacarığım var,-deyə heç kimlə məsləhətləşmədən,cəsarət tapıb belə bir yazını ərsəyə gətirdim.Allah amanında olun!

Şəmsəddin Əliyev

AYB-nin üzvü.

Hüquqşünas, publisist

01.11.2026



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ