ABŞ-nin vitse-prezidenti Vens bildirib ki, seçkilərdə respublikaçıların məğlubiyyətinin səbəbi İrandakı müharibədir. Amerikalı yüksək rütbəli rəsmi Konqresin aralıq seçkilərinin nəticələrinə bu cür münasibət bildirib.
“Məğlubiyyətin səbəbi müharibədir. Prezident özü də ötən gecə bunu dedi. Əgər buna dəydiyini – Senatı növbəti 6 il müddətinə itirməyə dəydiyini – iddia etmək istəyirsinizsə, buyurun iddia edin. Bunun dəyərli bədəl olduğunu sübut edin. Razılaşsanız da, razılaşmasanız da, bu, ən azından səmimidir, hərçənd hamı niyə məğlub olduğumuzu bilir. Və bundan sonra hara gedəcəyimizlə bağlı istənilən səmimi söhbət buradan başlamalıdır” – Vens sosial şəbəkədə yazır.
O bildirib ki, məğlubiyyətin səbəbləri arasında başqa bir sıra məsələlər, o cümlədən yaşayış xərclərinin yüksək olması və ABŞ-nin İsrail ilə münasibətləri də var.
Tahir TAĞIYEV