çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

Image


Tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycan (indiki Ermənistan Respublikasının ərazisi), o cümlədən Zəngəzur, Göycə, İrəvan, Dərələyəz və Arçazur mahalları əsrlər boyu zəngin mədəni-memarlıq irsinin formalaşdığı məkanlardan olmuşdur. Bu ərazilərdə yerləşən qədim Alban məbədləri, Türk-Oğuz qəbirstanlıqları, qoç daşlar, qalalar, körpülər və məscidlər bölgənin etnokültürəl tarixini əks etdirən əsas maddi sübutlardır.

Lakin XIX-XX əsrlərdə həyata keçirilən deportasiyalar və etnik təmizləmə siyasəti ilə yanaşı, bu abidələrin mənimsənilməsi (qriqoryanlaşdırılması) və ya tamamilə məhv edilməsi prosesi baş vermişdir. Bu irsin elmi dövriyyəyə qaytarılması və sistemli tədqiqi işində filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlinin yaradıcılığı xüsusi mərhələ təşkil edir. O, uzun illər ərzində Qərbi Azərbaycanın tarixi coğrafiyası, toponimiyası və memarlıq abidələrinin inventarlaşdırılması ilə məşğul olmuşdur.

Müəllifin tədqiqat metodologiyası aşağıdakı əsas prinsiplərə söykənir:

Arxiv sənədləri və tarixi mənbələrin müqayisəli təhlili: Çar Rusiyası dövrünün kameral təsvirləri, xəritələr və Osmanlı təhrir dəftərləri əsasında abidələrin ilkin adlarının və yerləşdiyi kəndlərin etnik tərkibinin müəyyənləşdirilməsi.

Sahə-foto sənədləşdirməsi: Vandalizmə məruz qalmazdan əvvəlki və sonrakı vəziyyəti əks etdirən vizual materialların toplanması. Etnosemiotik və toponimik təhlil: Abidələrin üzərindəki yazıların, damğaların (oğuz boylarına aid işarələr) və bəzək elementlərinin Türk mədəniyyət qatı ilə əlaqəsinin sübut olunması. Bununla yanaşı, Ə.Ələkbərli Zəngəzur və Göycə mahallarının memarlıq irsini də bir neçə qrupa bölərək tədqiq edib.

Müəllifin tədqiqatlarında Göycə hövzəsindəki Alban məbədlərinin (məsələn, Qaraqoyunlu dərəsindəki, Çəmbərək və Basarkeçər rayonlarındakı qədim kilsələr) memarlıq həlli yüksək səviyyədə təhlil edilir. O, bu abidələrin erməni kilsə memarlığından fərqli olan struktur xüsusiyyətlərini və Alban dövrü xaçdaşlarının Oğuz süjetləri ilə zənginliyini göstərir. Zəngəzur mahalının Qarakilsə (Sisian), Qafan, Gorus və Mehri rayonlarındakı qədim dini tikililər, xüsusən də Tatev kompleksi və ətrafındakı Alban irsi müəllifin diqqət mərkəzində olmuşdur. Göycə və Zəngəzurun məzar daşları müəllifin yaradıcılığında xüsusi yer tutur.

Ə.Ələkbərli göstərir ki, Göycənin Urud, Sulda, Qorxmazoba və Zəngəzurun Urud kəndi qəbirstanlıqlarındakı qoç, qoyun heykəlləri, eləcə də sənduqələr üzərindəki ox-yay, at, qılınc, xəncər və boy damğaları bu torpaqların qədim Türk sivilizasiyasına mənsubluğunu təkzibedilməz faktlarla sübut edir.. Zəngəzur qalaları (məsələn, Qafan qalaları) və Göycə hövzəsindəki карванsaralar (Səlim karvansarası daxil olmaqla) müəllif tərəfindən Böyük İpək Yolu üzərində yerləşən strateji memarlıq nümunələri kimi qiymətləndirilir. Eyni zamanda müəllifin Qərbi Azərbaycan irsinə həsr olunmuş mühüm əsərləri bu sahədə fundamental mənbə rolunu oynayır. Bu baxımdan xüsusi ilə onun "Qərbi Azərbaycan abidələri" (2006) əsərində Ermənistan ərazisindəki yüzlərlə Türk-Alban abidəsinin inventar siyahısı, tarixi və dağıdılma dərəcəsi haqqında ətraflı məlumat verilir.

Müəllifin digər belə əsəri "Qədim Türk-Oğuz yurdu Ermənistan" (2001) adlanır. Bu kitabda toponimlərlə yanaşı, Göycə və Zəngəzur mahalındakı yaşayış məskənlərinin memarlıq siması və tarixi abidələri kompleks şəkildə araşdırılmış və eyni zamanda Zəngəzurun arxeoloji və memarlıq abidələri qədim yaşayış məskənləri, petroqlifləri (Gəmiqaya analogiyaları) və orta əsr memarlığı da sənədləşdirilmişdir. Göründüyü kimi, Əziz Ələkbərlinin yaradıcılığı Qərbi Azərbaycanın, xüsusilə Zəngəzur və Göycə mahallarının mədəni-memarlıq irsinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Müəllif yalnız tarixi-memarlıq faktlarını toplamaqla kifayətlənməmiş, hemçinin erməni vandalizminə qarşı tutarlı elmi dəlillər ortaya qoymuşdur. Onun hazırladığı atlaslar, ensiklopedik toplular və monoqrafiyalar bu gün Qərbi Azərbaycan irsinin bərpası, tanıdılması və beynəlxalq müstəvidə müdafiəsi üçün mühüm elmi bazadır.

Qərbi Azərbaycanın tarixi-mədəni irsinin tədqiqində, xüsusilə Zəngəzur mahalının qədim Türk-Oğuz izlərinin elmi dövriyyəyə gətirilməsində Sisian rayonunun Urud kəndi və onun qədim qəbiristanlığı müstəsna əhəmiyyətə malikdir. Bunu dərində dərk edən, Əziz Ələkbərli öz əsərlərində Urud abidələrinə xüsusi yer ayıraraq, onları bu torpaqların yerli Türk-İslam mədəniyyətinin təkzibedilməz maddi sübutları kimi qiymətləndirmişdir. O, haqlı olaraq tədqiqatlarında,Urud kənd qəbiristanlığını Orta əsrlər Türk qəbiristanlıq simasının klassik nümunəsi kimi təqdim edir. Müəllif qeyd edir ki, bu abidələr kompleksində XV–XIX əsrlərə aid minlərlə qəbir daşı, sanduqə, başdaşı və qoç heykəlli məzar daşları mövcud olmuşdur. Müəllif bunu qeyd etməklə hətta onları təsnifata ayırmışdı Məsələn, o, qeyd edir ki, qəbiristanlıq strateji yüksəklikdə yerləşməklə yanaşı, ərazidəki qədim yaşayış məskənlərinin demografik və etnik mənsubiyyətini dəqiq izləməyə imkan verir. Digər tərəfdən, burada həm sadə daş lövhələrə, həm də mürəkkəb memarlıq quruluşuna malik sanduqələrə və monumental heykəltəraşlıq nümunələrinə rast gəlinir.

Ə.Ələkbərli yaradıcılığında Zəngəzurun, xüsusən də Urudun qoç və qoyun formalı daş abidələri qədim oğuz-türk dünyagörüşünün, inamlarının və totemik təsəvvürlərinin daşıyıcısı kimi təhlil edilir. Müəllif göstərir ki, oğuz elində qoç, qoyun heykəlləri adətən el yolunda, döyüşdə həlak olmuş igidlərin, eləcə də el ağsaqqallarının və nüfuzlu şəxslərin məzarları üzərində ucaldılırdı. Bu heykəllər mərhumun cəsarətini, gücünü və bərəkət rəmzini simvolizə edirdi. Belə qəbir daşlarının üzərindəki incə naxışlar, o cümlədən məişət və döyüş ləvazimatları (ox, yay, qılınc, qalxan, xəncər və üzəngi təsvirləri) həm də həmin dövrün hərb sənəti və silahlanma tarixi haqqında zəngin məlumat verir. Bununla yanaşı, sanduqələrin üzərinə həkk olunmuş damğalar (əsasən Oğuz boy damğaları) bu abidələrin hansı tayfa birliklərinə məxsus olduğunu dəqiq müəyyənləşdirməyə imkan yaradır.

Əziz Ələkbərli Urud abidələrinin kitabələrini tədqiq edərkən mühüm bir elmi məqama toxunur. O, bölgədəki qədim mədəni qatlar arasında varislik əlaqələrini izləyir. Uruddakı sanduqə və başdaşları üzərindəki yazılar əsasən ərəb əlifbası ilə yazılmış İslam dövrü kitabələridir. Bu yazılarda Quran ayələri, mərhumun adı, vəfat tarixi və şəcərəsi əks olunmuşdur. Müəllif bu kitabələrin oxunması ilə bir çox unudulmuş tarixi şəxsiyyətlərin və nəsillərin adlarını elmi dövriyyəyə daxil etmişdir.

Tədqiqatçı Göycə və Zəngəzur sərhədlərində, o cümlədən Urud ətrafında olan abidələrdə xristianlıqdan əvvəlki qədim Türk inancları ilə Alban dövrü abidələrinin sintezini diqqətə çatdırır. Erməni tədqiqatçılarının bu abidələri birtərəfli şəkildə erməniləşdirmə cəhdlərinə qarşı Ə.Ələkbərli arxiv sənədləri və daş üzərindəki orijinal epiqrafik yazılarla onların əsl sahiblərinin Türk-Oğuz xalqları olduğunu elmi şəkildə sübuta yetirir. Nəticə etibarı ilə qeyd edək ki, Əziz Ələkbərlinin Urud kəndindəki qoç, qoyun heykəlli məzar daşları və epiqrafik abidələr üzrə apardığı tədqiqatlar sadəcə yerli xarakter daşımır; bu araşdırmalar bütün Zəngəzur mahalının Türk-İslam tarixi köklərinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından fundamentaldır.

Müəllifin bu əsərləri erməni vandalizmi nəticəsində məhv edilən və ya təhrif olunan irsimizin tarixi həqiqətlərinin bərpasında əvəzedilməz mənbədir.

Rizvan QARABAĞLI

Memarlıq üzrə fəlsəfə doktoru, dosent




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
Separatçılığa görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - FOTO

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ