Noyabrın 2-də gecə saatlarında Samara vilayəti Ukrayna dronlarının kütləvi hücumuna məruz qalıb. Hücumdan sonra regional qubernator Vyaçeslav Fedorişçev sakinləri foto və videolar yaymamağa çağırıb.
“Astra” şahidlərə istinadən bildirir ki, dronlar Samara xətti üzrə istehsal və idarəetmə stansiyasını (LPDS) hədəfə alıb. Ukraynanın "Eksilena+" monitorinq kanalı tərəfindən də təsdiqlənən zərbədən sonra obyektdə böyük yanğın baş verib.
Samara LPDS, “Transneft” şirkətinə məxsus Rusiyanın ən böyük neft nəqli və paylama mərkəzidir. Obyekt neftin qəbulu, saxlanması və daşınması üçün istifadə olunur. Sahəsi 216 hektardan çoxdur və anbarlarda ümumi tutumu 1,6 milyon kubmetrdən çox 71 çən var. Obyektdə dörd əsas neft kəməri birləşir: Almetyevsk-Kuybışev, Kaltasinski-Kuybışev, Nijnevartovsk-Kurqan-Kuybışev ve Quryev-Kuybışev. Qərbi Sibir, Tatarıstan, Orenburq və Qazaxıstandan gələn neft sonrakı nəql üçün bu stansiyadan keçir.
Bu, LPDS-ə bir ay ərzində beşinci zərbədir. Dronlar əvvəllər 2, 7, 10 və 11 oktyabr tarixlərində stansiyaya hücum etmişdi. Hər zərbədən sonra obyektdə yanğınlar baş vermişdi.
Tahir TAĞIYEV