Oktyabrın 30-dan 31-nə keçən gecə Rusiyanın Başqırdıstan Respublikasının Ufa şəhərinə dron hücumu olub. Bildirilir ki, hücumdan sonra Başneft-Novoil neft emalı zavodunda yanğın baş verib.
“Astra” şirkəti Başneft-Novoil neft emalı zavodunda L-35 katalitik islahat qurğusunun yandığını irəli sürüb. Bu qurğu, yanacağın təmizlənməsi üçün tələb olunan yüksək oktanlı benzin komponentləri və hidrogen istehsal etmək üçün istifadə olunan neft emalı prosesinin əsas hissələrindən biridir.
Exilenova+ monitorinq kanalı Ufada hücuma məruz qaldığı güman edilən iki neft emalı zavodunun ərazisində üç ayrı yanğın baş verdiyini bildirib.
Tahir TAĞIYEV