Ermənistandakı Amerika səfirliyinin işçi heyəti 2500-3000-ə qədərdir. Bu barədə RİA Novosti agentliyinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksey Şevtsov bildirib.
"Kiçik Ermənistan üçün bu nə deməkdir? Bilmirəm, bəlkə də Ermənistan çox gözəl bir ölkədir, bəlkə mətbəxi əladır, ya da bəlkə də Amerika vətəndaşları orada yaşamağı və işləməyi sevirlər. Bəlkə də buna görədir, ya da bəlkə də başqa bir səbəbdən", - deyə o qeyd edib.
Tahir TAĞIYEV