"Şirak vilayətinin qubernatorunu vəzifəsindən azad etmək üçün heç bir səbəb görmürəm", - Ermənistanın Baş naziri Nikol Paşinyan bunu oktyabrın 29-da jurnalistlərlə bildirib.
Onun sözlərinə görə, vəziyyətin aydınlaşdırılmasına ehtiyac var.
"Mümkün qədər düzgün və diqqətli olmalıyıq və əgər ehtiyatsızlıqdan bir şey edilibsə, vəziyyət düzəldiləcək və həll olunacaq", - deyə o qeyd edib.
Rusiyanın Ermənistandakı səfirliyi Şirak vilayətinin qubernatorunun paylaşımından və alman nasist leksikonunu xatırladan "İvanlar" ifadəsindən istifadə etməsindən təəccübləndiyini bildirib.
Rusiya Federasiya Şurası Şirak bölgəsinin qubernatorunun Rusiyaya girişinə qadağa qoyulması məsələsinə baxılmasını tələb edib.
Tahir TAĞIYEV