Serbiyanın paytaxtı Belqradda naməlum şəxs İsrail səfirliyinin qarşısında təhlükəsizlik işçisinə bıçaqla hücum edib.
Daxili işlər naziri İvitsa Daçiç bildirib ki, polis əməkdaşı hücumçunu "özünümüdafiə məqsədilə" zərərsizləşdirib, özü də yüngül xəsarətlər alıb.
Polis hadisəni terror aktı kimi qiymətləndirir. Serbiya terror təhlükəsi səviyyəsini ən yüksək səviyyəyə qaldırıb və strateji yerlərdə təhlükəsizliyi gücləndirib.
Tahir TAĞIYEV