Süni intellektin imkanlarından daha geniş istifadə etməli, onun inkişafını mədəniyyət sahəsində tərəqqiyə nail olmaq üçün istiqamətləndirməliyik.
Вunu Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov oktyabrın 27-də Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-ci görüşünün xüsusi birgə sessiyasında çıxışı zamanı deyib.
"Hansı texnologiyalar yaradılırsa yaradılsın, sülh, mehribanlıq və mədəni köklər heç vaxt unudulmayacaq. Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər", - deyə o qeyd edib.
ZÜMRÜD