Biz süni intellekt konsepsiyasının inkişafına böyük önəm veririk. Onun milli infrastrukturunu qurur, müxtəlif ölkələr və tərəfdaşlarla sıx əməkdaşlıq edirik.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycanın geosiyasi və coğrafi baxımdan əlverişli mövqedə yerləşdiyini qeyd edən Prezidentin köməkçisi deyib: “Ölkəmizin strateji üstünlüklərindən biri də elektrik enerjisi potensialının yüksək olmasıdır. Bu da süni intellektin inkişafı üçün əlverişli zəmin yaradır. Bu baxımdan Azərbaycan süni intellekt sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hər zaman açıqdır”.