İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi bildirib ki, İranın təhlükəsizliyinə və ya milli maraqlarına qarşı hər hansı bir hərəkət İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirəcək" cavab tədbirləri ilə nəticələnəcək. “Mehr” agentliyinin məlumatına görə, o, bunu ivrit dilində sosial media səhifəsində yazıb.
“Bilin ki, təhlükəsizliyimizə və milli maraqlarımıza qarşı hər hansı bir addım atılsa, işğal olunmuş ərazilərin yaşayış üçün yararsız hala salınması bir saatdan az vaxt aparacaq”, - deyə Əzizi vurğulayıb.
Tahir TAĞIYEV