2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun yerli xərclərinin qarşılanması üçün dotasiya ayrılması nəzərdə tutulmur.
Bu barədə “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.
Layihəyə əsasən, həmin şəhər və rayonların hamısının yerli xərclərini öz gəlirləri hesabına ödəyəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat nəzərdə tutulur.
ZÜMRÜD