Ukrayna Prezidenti Zelenski müsahibədə hazırkı cəbhə xəttində hərbi əməliyyatlara son qoyacaq sülh razılaşmasını qəbul etməyə hazır olduğunu bildirib.
Onun sözlərinə görə, bu variant müharibəni dayandırmağın real yoludur.
“Biz bunu atəşkəs və ya Prezident Trampın dediyi kimi qətllərə son qoymaq adlandırırıq. Dondurun və dayandırın. Əlbəttə ki, bu gün Rusiyadan tələb etdiyimiz minimum tələb budur” – deyə Zelenski bildirib.
O əlavə edib ki, hərbi əməliyyatlar dayandırıldıqdan sonra Ukrayna ABŞ prezidenti Donald Trampdan və Avropa müttəfiqlərindən sülhün qorunmasını təmin etmək üçün təhlükəsizlik zəmanətləri istəyəcək.
Tahir TAĞIYEV