İran prezidenti Məsud Pezeşkian Pakistan ordusunun komandanı Asim Munirlə görüşündə bildirib ki, ABŞ Tehranla dialoqu bərpa etməyə həqiqətən sadiqdirsə, sanksiyaları ləğv etməli və İrana qarşı təhdidlərini dayandırmalıdır.
"Biz dialoqa hazırıq, amma amerikalılar əvvəlcə təhdidlərini dayandırmalı və İrana qarşı sanksiyaları ləğv etməlidirlər və yalnız bundan sonra dialoqa başlaya bilərik. Əgər ABŞ həqiqətən danışıqlar və razılaşma axtarırsa, deməli, onun hazırkı davranışı məntiqsizdir və öz bəyanatlarına tamamilə ziddir" – deyə Pezeşkian bildirib.
O əlavə edib ki, hazırda İran xalqı ABŞ-a etibar etmir, istənilən vaxt hərbi əməliyyatların bərpa olunacağını gözləyir və əgər Vaşinqton hələ də İranla danışıqlar aparmağa çalışırsa, o zaman səmimiyyətini “sübut etməlidir”.
Tahir TAĞIYEV