İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında tranzit qaydalarını pozan neft tankerinin minaya düşərək alov aldığını bildirib.
SEPAH-ın məlumatına görə, gəmi boğazdan keçərkən avtomatik tanınma sistemini söndürərək İranın tranzit qaydalarını pozub.
SEPAH naviqasiya və identifikasiya sistemlərinin bağlanmasının Hörmüz boğazı və Fars körfəzindən keçən gəmilərə qarşı sərt və qətiyyətli tədbirlər üçün əsas hesab ediləcəyini vurğulayıb.
Tahir TAĞIYEV