ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmədiyini, çünki bu tədbirlərin Moskvanı Ukrayna danışıqlarından uzaqlaşdıracağını bildirib.
"Rusiya ilə bağlı qərarım çox sadədir. Hazırda Rusiya ilə Ukrayna arasında münaqişənin sülh yolu ilə edilməsi üzərində işləyirəm və Rusiyanı danışıqlar masasından uzaqlaşdıracaq addımlar atmaq istəmirəm. Davam edən əsir mübadiləsi danışıqları da daxil olmaqla, əla irəliləyişlər əldə edirik", - deyə o, bildirib.
Tramp, zərurət yaranarsa, istənilən vaxt sanksiyalar tətbiq etmək seçimini saxladığını bir daha təkrarlayıb. "Mən bu sənədi (əlavə sanksiyalar haqqında) daha sonra, istənilən vaxt imzalaya bilərəm", - deyə o qeyd edib.
Bu həftənin əvvəlində Tramp ABŞ Konqresinə Rusiyaya və onun əsas enerji alıcılarına qarşı tariflərin tətbiqini dayandırdığını bildirib.
Tahir TAĞIYEV