Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

Image


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Azərbaycan arasında məktəblərdə hicabla bağlı mübahisələr fonunda Ankara-Bakı münasibətlərində fikir ayrılıqları daha açıq şəkildə üzə çıxıb. AKP-yə yaxın bəzi siyasətçilərin Azərbaycanın məktəbli geyimləri ilə bağlı qərarını tənqid etməsi Bakının sərt reaksiyasına səbəb olub. Yeni Azərbaycan Partiyası oktyabrın 13-də yaydığı bəyanatda türkiyəli rəsmilərin açıqlamalarını populist və məsuliyyətsiz adlandıraraq Azərbaycanın daxili işlərinə müdaxiləyə qarşı çıxıb. Eyni zamanda, Türkiyədə MHP sədri Dövlət Bahçelinin Azərbaycanın suverenliyinə və daxili qanunlarına hörmət çağırışı etməsi Ankara daxilində bu məsələyə münasibətin eyni olmadığını göstərib.

Bu hadisələr Türkiyə hakimiyyətinin xarici siyasəti, Yaxın Şərqdəki proseslərə yanaşması və Azərbaycanla münasibətlər ətrafında mümkün fikir ayrılıqlarını da gündəmə gətirir. Bununla belə, xarici işlər naziri Hakan Fidanın və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının hicab məsələsində fərqli mövqelər tutması, yaxud prosesin arxasında konkret şəxslərin dayanması barədə iddiaları təsdiqlənmiş fakt kimi təqdim etmək olmaz. Hazırkı vəziyyət AKP daxilində parçalanmanın qaçılmaz olduğunu deməyə də əsas vermir.

Bu kontekstdə suallar yaranır: AKP hakimiyyəti daxilində Türkiyənin Yaxın Şərq siyasəti və Azərbaycanla münasibətlər məsələsində ciddi fikir ayrılıqları mövcud ola bilərmi? Hicab mübahisəsi və Azərbaycanın daxili işlərinə müdaxilə ilə bağlı yaranmış gərginlik AKP daxilində yeni siyasi qopmalara səbəb ola bilərmi? Hakan Fidan və İbrahim Kalın arasında bu məsələlərə münasibətdə fərqli yanaşmaların olması barədə iddialar nə dərəcədə əsaslıdır? Türkiyədə hakimiyyət daxilində mümkün fikir ayrılıqları Ərdoğanın siyasi mövqelərinə və Azərbaycan-Türkiyə münasibətlərinə necə təsir göstərə bilər?

Mətləb Salahov: “Ankarada oturanların bir çoxu bu qardaşlığı istənilən an Azərbaycanın daxili işlərinə burun soxmaq imkanı kimi dəyərləndirirsə, bu daha pis vərdişdir”

Tik-tokda itirdiyimiz GƏLƏCƏK - Mətləb Salahov yazır... - Baki-Xeber.com

Jurnalist, siyasi ekspert Mətləb Salahov məsələ ilə əlaqədar “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, son vaxtlar hicab adı altında bir sıra xarici qüvvələrin bilərəkdən, xüsusi şəkildə hazırlanmış plana uyğun Azərbaycan məktəblərində təxribat törətmək, insanların dini inanclarından sui-istifadə edərək təxribat törətmək cəhdləri, hətta bunu körpə uşaqlar üzərindən reallaşdırmaları ciddi narazılıq yaradıb. O bildirib ki, daima tolerant və multukultural münasibəti ilə seçilən Azərbaycan cəmiyyətini cəhalət xofu ilə sarsıtmaq üçün hərəkətə keçən qüvvələr bu işdə xarici qüvvələrin dirijorluğu ilə “rəqs edirlər”. Ekspertin fikrincə, bu, açıq-aşkar ortada olan reallıqdır: “İşin ən xoşagəlməz tərəfi budur ki, Azərbaycanda qarışıqlıq salmaq istəyən cəhalət qaragühuna təkcə fars militarizmi deyil, qardaş Türkiyə cəmiyyətindəki bəzi ünsürlər də züy tuturlar.

Xüsusilə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saralın Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir. Birincisi, Azərbaycan daima tolerant və dəyərlər sisteminə böyük hörmətlə yanaşan demokratik dövlətdir. Bu, tarixi reallıqdır. Ən müxtəlif dinlərin nümayəndələri məhz Azərbaycanda özlərini azad və öz dini dəyərlərinə sərbəst şəkildə bağlı hiss edirlər. Azərbaycan vətəndaşı olan ən müxtəlif millətlərin, dini konfessiyaların nümayəndələrinə olan son dərəcə tolerant münasibət göz qabağındadır. Lakin görünür, bəzi xarici dairələr xürafat şüarı ilə ölkəmizdə aranı qatmaq üçün bu reallığı görməzdən gəlirlər. Bu reallığı görməkdə “kordurlar”.

Cənab Ərdoğanın baş müşaviri də əla bilir ki, bu təxribatlar bilərəkdən yaradılır. Məsələ hicab məsələsi deyil, işin arxasında hicab adı altında məktəblərdə körpələri təxribata cəlb edən qüvvələr durur. Sonrası da, Azərbaycan öz reallıqlarını özü yaradan ölkədir. Cənab Prezident İlham Əliyev müstəqil xarici siyasət yürüdür. Bu siyasət Azərbaycan xalqının milli maraqlarının təmin edilməsi istiqamətində həyata keçirilir. Biz qarşılıqlı maraqlara əsaslanan münasibətlər qururuq. Bu istiqamətdə Azərbaycanın İsraillə qurduğu əlaqələrin məqsədli şəkildə təhrif edilməsi yanlışdır. Biz Türkiyənin başqa ölkələrlə münasibətləri barədə etiraz və ya hədələyici bəyanatlar səsləndiririkmi? Qətiyyən yox!

Hazırkı Türkiyə iqtidarının daxilində sanki din pərdəsi altında ideoloji siyasət yürüdən qruplar önə keçirlər. AKP-nin müttəfiqi sayılan MHP lideri Dövlət Baxçalının Azərbaycanın daxili işlərinə hörmət olunması barədəki bəyanatı da hakimiyyətin daxilindəki arzuolumaz proseslərin idarəolunmaz hal aldığını göstərir. Xüsusilə iqtidar daxilində Hakan Fidan və Milli Kəşfiyyat rəhbəri İbrahim Kalın faktorunun hər keçən gün daha da önə çıxması artıq Türkiyə iqtidarı ilə bağlı ciddi suallar yaradır. Əlbəttə, bütün bunların cənab Ərdoğandan xəbərsiz baş verdiyini iddia etmək də məntiqli deyil. Hakimiyyətin Prezidentin şəxsi nəzarətində olduğu bir rejimdə bu şəkildə xaotik parçalanma və qolların yaranması ya real deyil, ya da doğrudan da bu baş verirsə, demək hakimiyyət daxilində idarəolunmaz rıçaqlar yaranıb. Amma işin ən pis tərəfi odur ki, bu proses qardaş Azərbaycana münasibətdə baş verir. Prezidentin Baş müşaviri səviyyəsində başqa ölkənin daxili işlərinə bu şəkildə müdaxilə, özü də işin əslini bilmədən böhtan atmaq heç bir ciddi dövlət adamına yaraşan iş deyil. Ankarada oturanların bir çoxu bu qardaşlığı istənilən an Azərbaycanın daxili işlərinə burun soxmaq imkanı kimi dəyərləndirirsə, bu daha pis vərdişdir. Rəsmi Ankaranın Azərbaycana münasibətdə gələcəkdə hansı kursu yeridəcəyi zaman məsələsidir. Bu cür təxribatları bəhanə edib Azərbaycana qarşı informasiya bumu yaratmaq Türkiyə dövlətində mövqe tutan insanlara yaraşan iş deyil. Özü də bu niyyətlərini cəhalət terroru üzərindən bəyan etmələri qardaşlıq münasibətləri üçün ciddi fəsadlar yaradır. Lakin ortada dəyişilməz tarixi həqiqət var: Azərbaycan dövləti milli maraqlara hesablanmış müstəqil siyasət yürüdür. Bu, gələcəkdə də belə olacaq. Türkiyə isə hər zaman bu xalqın qəlbində əbədi və bitməyən sevgi kimi yaşayacaq - Türkiyədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq!”

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ