Ukrayna dronları Ryazan Neft Emalı Zavoduna hücum edib. Vilayət qubernatoru Pavel Malkov bildirib ki, zərbə nəticəsində zavodun ərazisində yanğın baş verib. O əlavə edib ki, Ryazandakı başqa bir obyektdə anbar və nəqliyyat vasitələri zədələnib. Malkov heç bir itki barədə məlumat verməyib.
Qeyd edək ki, bu səhər tezdən Ukraynanın Exilenova+ Telegram kanalı Ryazan Neft Emalı Zavodu üzərindəki alovlanmanın fotosunu yayıb və obyekt üzərindəki alovlanmanın dron hücumu ilə əlaqəli olduğunu irəli sürüb.
Ukraynanın pilotsuz təyyarə hücumu səbəbindən Ryazanın Oktyabrski və Sovetski rayonlarının bir hissəsindəki məktəb və uşaq bağçalarında dərslər ləğv edilib. Qubernator 14 məktəb və 25 uşaq bağçasında dərslərin ləğv edildiyini bildirib.
Tahir TAĞIYEV