Bakıda Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, görüş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı çərçivəsində baş tutub.
Diplomat özünün Telegram kanalında paylaşımda foto ilə yanaşı yazıb: "Bakıda keçirilən AQEM zirvəsi çərçivəsində Rusiya və Türkiyə xarici işlər nazirləri arasında söhbət".
Tahir TAĞIYEV