Qazaxıstanda saxlanılan Azərbaycan əsilli reper “Navai” (Nəvai Bəkirov) barəsində ittihamlar ağırlaşdırıla bilər. Bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
Bildirilir ki, ötən gün “Korday” sərhəd-keçid məntəqəsində narkotik vasitələrin qaçaqmalçılığında şübhəli bilinərək saxlanılan müğənninin qanında qadağan olunmuş maddələr də aşkarlanıb.
“Mash” telegram kanalı məlumat yayıb ki, “Navai” barəsində narkotik maddələrin qaçaqmalçılığı işi üzrə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Reperin təqsiri sübuta yetirilsə, o 7 il müddətinə avtomobil idarə etmək qadağası və 15 sutka müddətinə inzibati həbslə üzləşəcək
Qanında narkotik vasitələrin tapılması səbəbilə isə reper Qazaxıstanın İnzibati Xətalar Məcəlləsinin 608-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.
Xatırladaq ki, Navai səhnə adı ilə tanınan müğənninin tam adı Nəvai Bəhman oğlu Bəkirovdur. O, Rusiya səhnəsində reper və müğənni kimi tanınır və HammAli & Navai duetinin üzvü olub. (Trend)