çərşənbə günü, 14 oktyabr 2026
     

“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

Image


Ünlü bəstəkar Bəhram Nəsibovun 100 musiqi əsərini və 3 simfonik orkestr partiturasını əhatə edən ikihissəli toplu işıq üzü görüb.
Azərbaycan musiqi mədəniyyətinin zəngin ənənələrinin qorunması, milli bəstəkarlıq irsinin sistemləşdirilməsi və yeni nəsillərə çatdırılması yönündə növbəti önəmli nəşr layihəsi gerçəkləşdirilib.


Mərhum bəstəkar Bəhram Nəsibovun əsərlərindən ibarət "Əlamətdar hadisələrin musiqili sədası" adlı ikihissəli toplu "Bəhram Nəsibov Yaradıcılığının Təbliği" İctimai Birliyinin təşəbbüsü ilə nəşr olunub.

İctimai Birliyin sədri Adil Nəsibovun layihə rəhbərliyi və tərtibçiliyi ilə hazırlanan, "İmza" nəşrlər evində gün üzü görən toplu musiqi, tarix, ədəbiyyat, dövlətçilik, ictimai fikir və mədəni yaddaş arasında qarşılıqlı bağları özündə birləşdirən çoxşaxəli məzmunu ilə diqqəti cəlb edir.

Toplunun başlıca özəlliyi ondan ibarətdir ki, burada 2026-cı ildə Azərbaycan və qardaş Türkiyə Cümhuriyyətində qeyd olunan bir sıra önəmli tarixi hadisələr, yubileylər və ictimai-mədəni əlamətdar günlər Bəhram Nəsibovun yaradıcılıq irsi əsasında yenidən mənalandırılır. Bəstəkarın müxtəlif illərdə ərsəyə gətirdiyi, bir qismi indiyədək geniş ictimaiyyətə təqdim edilməmiş əsərlər vahid konseptual çərçivədə bir araya gətirilir.

Beləliklə, nəşr musiqi əsərlərinin toplusu olmaqla yanaşı, həm də milli tarixin, ictimai düşüncənin, mənəvi dəyərlərin və bədii yaddaşın musiqi vasitəsilə ifadəsinə yönəlmiş mədəni-maarifçilik təşəbbüsü kimi dəyərləndirilə bilər.

Musiqi irsindən mədəni yaddaşa Bəhram Nəsibovun yaradıcılığı mövzu zənginliyi, janr müxtəlifliyi və ictimai məzmunu ilə səciyyələnir. Onun əsərlərində Vətən sevgisi, Azərbaycan təbiəti, milli dövlətçilik ideyaları, tarixi şəxsiyyətlər, Türk dünyasının ortaq dəyərləri, insan və cəmiyyət münasibətləri, mənəviyyat, elm, təhsil, əmək, idman, ekologiya və ədəbiyyat mövzuları mühüm yer tutur.

Bəstəkarın yaradıcılığında musiqi həm də ictimai yaddaşı qoruyan, milli mənsubiyyət duyğusunu qüvvətləndirən və tarixi hadisələrə mənəvi münasibət formalaşdıran sənət hadisəsi kimi çıxış edir.

Bu baxımdan "Əlamətdar hadisələrin musiqili sədası" toplusunun önəmi iki əsas istiqamətdə özünü göstərir: bir tərəfdən, bəstəkarın arxivində qorunmuş əsərlər sistemləşdirilərək ictimaiyyətə təqdim olunur; digər tərəfdən, həmin əsərlər çağdaş Azərbaycanın tarixi-mədəni gündəliyi ilə əlaqələndirilir.

Nəşrin hazırlanmasında diqqətçəkən məqamlardan biri də musiqi irsinin yazılı mətn və not materialları şəklində olmaqla yanaşı, səs örnəkləri ilə birlikdə təqdim edilməsidir. Bu yanaşma əsərlərin gələcəkdə musiqişünaslar, ifaçılar, araşdırmaçılar və mədəniyyət qurumları tərəfindən öyrənilməsi üçün əlavə imkanlar yaradır.

"Birinci hissə: altı bölüm, altı tematik istiqamət"

Toplunun birinci hissəsi 2026-cı ilin əlamətdar hadisələri ilə səsləşir; bu, ideya baxımından bir-birini tamamlayan altı müstəqil bölümdən ibarətdir.

Birinci bölüm Azərbaycanda 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunmasına həsr edilib. Bu bölümdə Bəhram Nəsibovun Azərbaycanın iqtisadi rayonlarına həsr etdiyi, indiyədək geniş ictimaiyyət qarşısında səsləndirilməmiş əsərləri təqdim olunur.

Bəstəkarın Azərbaycanın bölgələrini musiqi dili ilə vəsf etmək arzusu onun yaradıcılıq dünyasında xüsusi yer tutub. Müxtəlif şəhər və rayonların tarixi, təbiəti, insanları və mənəvi özünəməxsusluğunu musiqi vasitəsilə ifadə etməyə yönəlmiş bu əsərlər bütövlükdə Azərbaycanın özünəxas musiqili coğrafiyasını yaratmaq niyyətinin təzahürüdür.

Tərtibçinin məlumatına görə, Bəhram Nəsibov ölkənin bütün bölgələrinə həsr olunmuş əsərlər yaratmağı qarşısına məqsəd qoysa da, ömrünün vəfa etməməsi bu böyük yaradıcılıq niyyətinin tam gerçəkləşməsinə imkan verməyib.

Topluda təqdim olunan örnəklər həmin ideyanın qorunması və gələcəkdə davam etdirilməsi baxımından önəmli başlanğıc kimi qiymətləndirilir. İctimai Birlik 2026–2029-cu illəri əhatə edən layihə çərçivəsində digər bölgələrə həsr olunacaq yeni musiqi əsərlərinin yaradılmasını təşviq etməyi də planlaşdırır.

Bu yanaşma Azərbaycanın şəhər və kəndlərinin, tarixi-mədəni məkanlarının musiqi vasitəsilə tanıdılması, bölgələrarası mədəni bağlılığın gücləndirilməsi və yerli irsin ümummilli mədəniyyət kontekstində təqdim edilməsi baxımından diqqətəlayiqdir.

Neft strategiyasının musiqi salnaməsi

İkinci bölüm Heydər Əliyev adına Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərinin açılışının 20 illiyinə həsr olunub.

Azərbaycanın çağdaş iqtisadi və siyasi tarixində önəmli yer tutan bu beynəlxalq enerji layihəsi ölkənin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması ilə yanaşı, regional işbirliyinin və geoiqtisadi əlaqələrin inkişafında da mühüm rol oynayıb.

Bölümə Bəhram Nəsibovun Bakı–Tbilisi–Ceyhan neft kəmərinə həsr etdiyi eyniadlı musiqi əsəri daxil edilib.

Nəşrdə enerji strategiyası həm iqtisadi hadisə kimi, həm də əmək, quruculuq, beynəlxalq tərəfdaşlıq və milli inkişaf tarixinin öməmli mərhələsi kimi təqdim olunur.

Bəstəkarın neft sənayesinə, neftçi əməyinə və Azərbaycanın enerji tarixindəki hadisələrə həsr etdiyi əsərlər onun yaradıcılığında əmək mövzusunun və ictimai məzmunlu musiqinin vacib yer tutduğunu göstərir.

Bu əsərlərin bir topluda birləşdirilməsi Azərbaycanın neft tarixinin bədii-musiqili ifadəsinin öyrənilməsi baxımından da maraqlı material yaradır.

İdman uğurlarının musiqi ifadəsi

Üçüncü bölüm Bakının 2026-cı il üçün "Dünya İdman Paytaxtı" elan olunması münasibətilə hazırlanıb.

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES Europe) müvafiq qərarı ilə bağlı bu bölümdə Bəhram Nəsibovun "İdman ölkəsi" marşı təqdim edilir.

İndiyədək geniş ictimaiyyətə bəlli olmayan bu əsər Azərbaycanın idman uğurlarını, sağlam yaşam tərzini, gəncliyin fiziki və mənəvi inkişafını, idmanın insanları birləşdirən ictimai gücünü musiqi dili ilə ifadə edir.

İdman mövzusunun bəstəkar yaradıcılığında ayrıca yer tutması musiqinin həm də kollektiv iradənin, mübarizə ruhunun və ictimai həmrəyliyin ifadə vasitəsi olduğunu da nümayiş etdirir.

Bu anlamda "İdman ölkəsi" marşı idman tədbirlərinin bədii-musiqili tərtibatında istifadə perspektivləri baxımından da maraq doğurur.

Malazgirtdən Bakıya: Ortaq türk tarixinin musiqili yaddaşı.

Toplunun dördüncü bölümü türk tarixinin mühüm dönüş nöqtələrindən biri olan 1071-ci il Malazgirt zəfərinin 955 illiyinə həsr edilib.

Bölümdə Bəhram Nəsibovun görkəmli türk şairi Yəhya Kamal Bəyatlının sözlərinə bəstələdiyi "Süleymaniyədə bayram sabahı" və "Türk ordusu" əsərləri yer alıb.

Bu əsərlər türk xalqlarının ortaq tarixi yaddaşının, dövlətçilik ənənələrinin, qəhrəmanlıq ruhunun və mənəvi birliyinin musiqi vasitəsilə ifadəsi baxımından diqqət çəkir.

Nəşrdə "Türk ordusu" əsəri Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakının azad edilməsindəki tarixi missiyası ilə əlaqələndirilir.

Beləliklə, Malazgirt zəfəri ilə Bakının azad edilməsi arasında birbaşa tarixi eyniyyət yaradılmadan, türk tarixinin müxtəlif mərhələlərini birləşdirən ortaq yaddaş və mənəvi davamlılıq ideyası ön plana çıxarılır.

Bu bölümün önəmi yalnız ayrı-ayrı tarixi hadisələrin musiqidə əks olunması ilə məhdudlaşmır. Burada Azərbaycan–Türkiyə mədəni əlaqələrinin dərin kökləri, ortaq ədəbi irsin bəstəkarlıq yaradıcılığına təsiri və Türk dünyasının tarixi-mənəvi bütövlüyü də öz ifadəsini tapır.

Ədəbiyyat və musiqinin yaradıcı dialoqu

Beşinci bölüm Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yubileylərinə ad edilib.

2026-cı ildə yubileyləri qeyd edilən sənətkarlar arasında Xəqani Şirvani və Səməd Vurğunun yaradıcılığına xüsusi diqqət ayrılır.

Bölümdə Bəhram Nəsibovun klassik və çağdaş şairlərin poetik mətnlərinə bəstələdiyi əsərlər təqdim olunur.

Nizami Gəncəvi, Məhəmməd Füzuli, Aşıq Ələsgər, Yunus Əmrə, Musa Cəlil və digər söz ustalarının yaradıcılığı ilə bağlı musiqi örnəkləri bəstəkarın ədəbi qaynaqlara müraciətinin genişliyini göstərir.

Bu əsərlər söz və musiqinin qarşılıqlı təsirini, poetik fikrin melodik ifadə imkanlarını, klassik ədəbiyyatın yeni bədii mühitdə yaşadılmasını araşdırmaq baxımından əhəmiyyətlidir.

Özəlliklə müxtəlif xalqların şairlərinin əsərlərinə müraciət Bəhram Nəsibovun yaradıcılığında milli mədəni ənənələrlə ümumbəşəri bədii dəyərlərin qarşılıqlı bağını nümayiş etdirir.

Bu kontekstdə toplu ədəbiyyatşünaslıqla musiqişünaslığın kəsişməsində aparıla biləcək müqayisəli tədqiqatlar üçün də material təqdim edir.

Musiqi əsərlərinin poetik mətnlərlə birlikdə verilməsi onların məzmununun, bədii strukturunun və ideya-estetik özəlliklərinin daha dolğun öyrənilməsinə şərait yaradır.

"Molla Nəsrəddin" ənənəsi və bəstəkarın satirik yaradıcılığı

Altıncı bölüm Azərbaycan satirik mətbuatının, ictimai fikir tarixinin əlamətdar hadisələrindən biri olan "Molla Nəsrəddin" jurnalının 120 illiyinə həsr edilib.

Bu bölüm Bəhram Nəsibovun çoxşaxəli yaradıcılığının nisbətən az tanınan istiqamətini — onun satirik düşüncəsini və ədəbi-publisistik fəaliyyətini üzə çıxarır.

Bəstəkarın müxtəlif dövrlərdə qələmə aldığı səhnəciklər, monoloqlar, bəhri-təvillər, yumoristik mətnlər, parodiyalar və karikatura mövzuları onun musiqi ilə yanaşı, söz sənətində də özünü sınadığını göstərir.

Topluda həmin yaradıcılıq örnəklərindən seçmələr, eləcə də bəstəkarın satirik fəaliyyətinə aid arxiv materialları təqdim olunur.

"Molla Nəsrəddin" ənənəsi Azərbaycan ictimai fikir tarixində tənqidi düşüncənin, maarifçiliyin, sosial məsuliyyətin və ictimai özünüdərkin inkişafında önəmli rol oynayıb.

Bəhram Nəsibovun satirik yaradıcılığının bu yubiley kontekstində təqdim edilməsi musiqiçi şəxsiyyətinin yalnız bəstəkarlıq fəaliyyəti ilə məhdudlaşmadığını, onun dövrün ictimai problemlərinə münasibət bildirən yaradıcı aydın olduğunu da göstərir.

Bölümün sonunda Marağalı Əvhədinin sözlərinə bəstələnmiş "Elm" əsərinin təqdim olunması isə nəşrin maarifçilik ideyasını tamamlayan simvolik məqam kimi diqqət çəkir.

"Simfonik orkestr üçün işlənmiş üç əsər"

Toplunun ikinci hissəsi bütövlükdə Bəhram Nəsibovun neft sənayesi mövzusunda yaratdığı üç əsərin simfonik orkestr üçün işlənmiş partituralarına və müvafiq mətnlərinə ayrılıb.

Buraya "Azərbaycan neftçiləri", "Əsrin müqaviləsi" və "Bakı–Tbilisi–Ceyhan" əsərləri daxil edilib.

Hər üç əsərin sözləri və musiqisi Bəhram Nəsibova məxsusdur.

"Azərbaycan neftçiləri" əsəri görkəmli neftçi-alim, akademik Xoşbəxt Yusifzadənin timsalında Azərbaycan neftçilərinin əməyinə, "Əsrin müqaviləsi" ölkənin çağdaş enerji tarixində mühüm yer tutan beynəlxalq sazişə, "Bakı–Tbilisi–Ceyhan" isə Azərbaycanın enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasında xüsusi önəm daşıyan ixrac layihəsinə həsr olunub.

Üç əsərin simfonik orkestr üçün orkestirləşdirilməsi Azərbaycanın Əməkdar incəsənət xadimi, dirijor Fəxrəddin Atayev tərəfindən həyata keçirilib.

Bu partituraların nəşri əsərlərin gələcəkdə peşəkar orkestr kollektivlərinin repertuarına daxil edilməsi, konsert proqramlarında səsləndirilməsi və musiqi təhsili qurumlarında öyrənilməsi üçün öməmli ilkin qaynaq rolunu oynaya bilər.

100 musiqi əsəri: arxivdən ictimaiyyətə…

Yeni nəşrin ən vacib özəkəlliklərindən biri onun geniş musiqi materialını əhatə etməsidir.

Toplunun birinci hissəsinə ümumilikdə 100 musiqi əsəri, ikinci hissəsinə isə üç əsərin simfonik orkestr üçün işlənmiş partiturası daxil edilib.

Əsərlərin müəyyən qismi öncəki illərdə müxtəlif ifaçılar tərəfindən səsləndirilsə də, böyük hissəsi ilk dəfə bu layihə çərçivəsində ictimaiyyətə təqdim olunur.

Topluya əlavə edilmiş CD-də həmin əsərlərin səs örnəkləri yerləşdirilib.

Tərtibçinin izahına əsasən, səsyazmaların çoxu peşəkar konsert ifası oımasa da, əsərlərin melodik quruluşu və ümumi məzmunu haqqında ilkin təsəvvür yaratmaq məqsədi daşıyan demo variantlardır. Bəzi örnəklərdə yalnız ilk bənd səsləndirilir.

Bu məqam nəşrin elmi-mədəni önəmini qiymətləndirərkən xüsusi nəzərə alınmalıdır. Çünki arxiv materiallarının ilkin səs variantlarının ictimaiyyətə çatdırılması ilə onların peşəkar ifa, redaktə və elmi-tənqidi nəşr mərhələsinə hazırlanması fərqli proseslərdir.

Məhz buna görə toplu gələcəkdə əsərlərin peşəkar səsyazmalarının hazırlanması, not mətnlərinin müqayisəli araşdırılması, müxtəlif variantların müəyyənləşdirilməsi və bəstəkar irsinin daha geniş miqyasda öyrənilməsi üçün başlanğıc qaynaqlardan biri kimi qiymətləndirilə bilər.

Musiqi ilə vizual sənətin qovuşması

Nəşrin diqqətəlayiq cəhətlərindən biri də musiqi materiallarının bədii təsvir və vizual ideyalarla tamamlanmasıdır.

Topluya Adil Nəsibovun Bakı–Tbilisi–Ceyhan neft kəmərinin açılışının 20 illiyinə ithaf etdiyi "Qara qızılın nurlu işığı" adlı böyüklər üçün sürrealist cizgi filmi ssenarisi daxil edilib.

Ssenaridə milli rəmzlər, təbiət, enerji, işıq, quruculuq və çağdaş inkişaf mövzuları obrazlı təsvir vasitələri ilə əlaqələndirilir.

Bu material nəşrin musiqi ilə yanaşı, təsviri sənət və animasiya sahələrinə də açıq olduğunu göstərir.

İctimai Birlik tərəfindən gələcəkdə bəstəkarın satirik mövzuları və sözügedən ssenarinin motivləri əsasında gənc rəssamlar arasında yaradıcılıq müsabiqələrinin keçirilməsi də nəzərdə tutulur.

Belə təşəbbüslər klassik və çağdaş sənət sahələri arasında yaradıcı əlaqələrin genişləndirilməsinə, gənclərin milli mədəni irsin öyrənilməsinə cəlb olunmasına xidmət edə bilər.

Ardıcıl mədəni-maarifçilik fəaliyyətinin yeni mərhələsi

"Əlamətdar hadisələrin musiqili sədası" toplusu "Bəhram Nəsibov Yaradıcılığının Təbliği" İctimai Birliyinin indiyədək həyata keçirdiyi layihələrin məntiqi davamı kimi də diqqət çəkir.

İctimai Birlik əvvəlki illərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş nəşrlər, "Nəğmələrdə yaşayan ömür" çoxcildliyi, Azərbaycan tarixi və şəhidlərin xatirəsinə ithaf olunan "Faciəli təqvim tariximiz" silsiləsi, "Azərbaycançılığın musiqili təqdimatı", "Ekoloji təmiz qara qızıl" və digər mədəni-maarifçilik layihələri gerçəkləşdirib.

Bəstəkarın yaradıcılığına həsr olunmuş konsert proqramları, film-konsertlər, musiqi nəşrləri və arxiv materiallarının ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər onun irsinin qorunmasına sistemli yanaşmanın formalaşdırılması baxımından önəm daşıyır.

Yeni toplu da həmin fəaliyyətin davamı olmaqla, bəstəkarın musiqi irsinin müxtəlif ictimai-tarixi hadisələrlə əlaqəli şəkildə təqdim edilməsinə xidmət edir.

Nəşrin yaradıcı və elmi heyəti

"Əlamətdar hadisələrin musiqili sədası" toplusunun layihə rəhbəri və tərtibçisi "Bəhram Nəsibov Yaradıcılığının Təbliği" İctimai Birliyinin rəhbəri Adil Nəsibov, elmi redaktoru Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Dr. Fazil Mustafadır.

Nəşrin rəyçiləri Beynəlxalq "Alaş" Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı (Yolçuyev), sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, Beynəlxalq Psixologiya Akademiyasının fəxri doktoru, bəstəkar Sevinc Tofiqqızı, Azərbaycan Texniki Universitetinin "Humanitar fənlər" kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyevdir.

Səsyazma işlərini "Ozan" səsyazma studiyasının rəhbəri, musiqiçi və aranjimançı Elnur Fərid həyata keçirib.

Simfonik orkestr üçün orkestirləşdirmələrin müəllifi Əməkdar incəsənət xadimi, dirijor Fəxrəddin Atayev, nəşrin rəssamı Şabran Tarix-Diyarşünaslıq Muzeyinin tərtibatçı rəssamı Bəxtiyar Quliyev, layihənin koordinatoru Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən Respublika İncəsənət Gimnaziyasının müəllimi Afaq Əsgərovadır.

Toplunun hazırlanmasında təşkilati dəstəyə görə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri, tədqiqatçı-jurnalist Əkrəm Bəydəmirliyə və Şabran Tarix-Diyarşünaslıq Muzeyinin rəhbəri Bəsti Məmmədovaya təşəkkür ifadə olunub.

Mədəni irsin qorunması və gələcək tədqiqat perspektivləri

"Əlamətdar hadisələrin musiqili sədası" toplusu milli musiqi irsinin qorunması, arxiv materiallarının sistemləşdirilməsi və yeni ictimai-mədəni kontekstdə təqdim olunması baxımından əhəmiyyətli təşəbbüsdür.

Nəşrin diqqətəlayiq tərəfi müxtəlif mövzulara həsr edilmiş əsərlərin vahid konsepsiya içində birləşdirilməsidir. Burada tarix musiqinin mövzusuna, musiqi tarixi yaddaşın ifadəsinə, ədəbiyyat isə bu iki sahə arasında mənəvi-estetik əlaqə vasitəsinə çevrilir.

Toplunun gələcəkdə musiqişünaslıq, mədəniyyətşünaslıq, ədəbiyyatşünaslıq və mədəni irs tədqiqatları üçün faydalı qaynaqlardan biri olması mümkündür.

Eyni zamanda, nəşr musiqi təhsili müəssisələri, ifaçılıq kollektivləri, kitabxanalar, mədəniyyət mərkəzləri və yaradıcı birliklər üçün yeni repertuar və araşdırma imkanları yaradır.

Bəstəkarın indiyədək geniş ictimaiyyətə bəlli olmayan əsərlərinin peşəkar ifaçılar tərəfindən səsləndirilməsi, onların not və səs arxivlərinin daha da təkmilləşdirilməsi, gələcəkdə elmi-tənqidi nəşrlərinin hazırlanması bu istiqamətdə fəaliyyətin növbəti mərhələsi ola bilər.

Nəticə etibarilə, "Əlamətdar hadisələrin musiqili sədası" bir bəstəkarın yaradıcılıq örnəklərinin nəşri olmaqla yanaşı, həm də musiqi irsinin ictimai yaddaşla, tarixi hadisələrlə və çağdaş mədəni həyatla əlaqələndirilməsinə yönəlmiş önəmli mədəniyyət layihəsidir.

Çünki musiqi bəzən tarixin sözlə ifadə edə bilmədiyi duyğuları yaşadır, zamanın unutdurmağa çalışdığı mənəvi izləri qoruyur.

Bu anlamda Bəhram Nəsibovun yaradıcılıq irsinin yeni nəşrlər, səsyazmaları və konsert proqramları vasitəsilə yaşadılması milli mədəni yaddaşın zənginləşdirilməsinə xidmət edən davamlı bir missiyadır.

İnanırıq ki, yeni toplu Bəhram Nəsibovun zəngin yaradıcılıq irsinin daha geniş tanıdılmasına, az tanınan əsərlərinin ifa repertuarına daxil edilməsinə, yeni elmi araşdırmaların aparılmasına və Azərbaycan musiqi mədəniyyətinin təbliğinə dəyərli töhfə verəcəkdir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ