ABŞ prezidenti Donald Tramp Çin və Rusiyanın İrana kömək etdiyinə dair iddialara münasibət bildirib. Pekin və Moskvanın Tehranı dəstəklədiyinə inanmadığını deyən Tramp, bu cür dəstəyin çox aşağı səviyyədə ola biləcəyini bildirib.
Tramp sosial media hesabında verdiyi açıqlamada Çin və Rusiyanın İrana kömək etdiyini iddia edən "ifrat solçu" adlandırdığı insanların çoxsaylı şərhlərini gördüyünü bildirib. Ancaq o, Pekin və Moskvanın Tehrana kömək etdiyinə dair iddialarla razılaşmadığını bildirib.
"Əgər belədirsə, deməli, çox aşağı səviyyədədir, amma düşünmürəm ki, onlar kömək ediblər" – deyən ABŞ prezidenti iddia edir ki, onlar bu cür dəstəyi çox tez müəyyən edə bilərlər.
Tramp, daha sonra iki ölkəyə xəbərdarlıq da edib: "Onların itirəcəkləri çox şey var və biz bunu başa düşürük və həm də çox yaxşı başa düşürük".
Tahir TAĞIYEV