"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın Azərbaycanla bağlı fikirlərinə münasibət bildirib.
A.Quliyevin bu barədə paylaşımını təqdim edirik:
“Ərdoğanın baş müşaviri Oktay Saral hicabla bağlı tvit yazıb. Azərbaycanın daxili işlərinə qarışıb. "Bu hansı vicdana, ədalətə sığar"?! deyib..." Gənclərin gələcəyinə maneələr yaratmaq deyil, onların qarşısında yolları açmaq lazımdır" sözləri ilə Azərbaycana yol göstərməyə çalışıb...
Cənab Oktay bəy!
Gənclərə belə yanğınızı nə əcəb Türkiyənin öz gənclərinə göstərmirsiniz? 70-dən yuxarı yaşlı birinin dövründə ondan çox-çox cavan siyasətçiləri nədən dama basırsınız? Niyə gənc siyasətçilərə yol açmırsınız? "Yaşı yetmiş, işi bitmiş, baş bakanın sağlıq durumu bütün ölkə yönətimini sarmışdır" deyərək Türkiyə tarixində çox parlaq iz qoymuş rəhmətlik Eceviti yaş və xəstəliklə bağlı istefaya çağırdığı halda, özü nə əcəb nümunə göstərmir?...
Qardaşların arasına nifaq salmaq yaramaz... Bizlər Azərbaycan - Türkiyə qardaşlığına taleyin əbədi yazısı və əbədi proses kimi baxırıq...
Mən bərabərlərin qardaşlığından danışıram…
Mənim üçün Türkiyə başqa, AKP iqtidarı bir başqa şeydir…”
Tahir TAĞIYEV