Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya 2022-ci ildən bu günə qədər Avropa Birliyinə 320,7 milyard dollar dəyərində enerji tədarük edib.
Novak qeyd edib ki, sanksiya məhdudiyyətlərinə baxmayaraq, istisnaların edildiyi müəyyən ərazilərdə enerji təchizatı davam edir. Onun sözlərinə görə, təkcə 2026-cı ilin ilk doqquz ayında Avropaya 21,3 milyard dollar dəyərində enerji resursları tədarük edilib.
Rusiya Baş nazirinin müavini həmçinin Rusiyanın dizel yanacağı ixracını ayda 3,5 milyon tona çatdırmaq potensialını açıqlayıb.
Tahir TAĞIYEV