Endi Börnem Böyük Britaniyanın "Brexit" referendumuna Rusiyanın müdaxilə etdiyinə dair sübutlara malik olduğunu bildirib. O qeyd edib ki, yayda Dauninq-stritdə hökumətə qoşularkən 2016-cı il səsverməsində Kremlin rolunun qiymətləndirilməsini istəyib və "aydın cavab" alıb: "Bəli, müdaxilə olub". Bu, hökumətin Rusiyanı siyasi müdaxilə məqsədilə sosial mediada dezinformasiyadan istifadə etməkdə ittiham etdiyi ilk haldır. "Rest is Politics" podkastında çıxış edən Börnem Rusiyanın oynadığı rolu "açıq şəkildə bəyan etməyin" və ifrat sağçı partiyaların qələbəyə yaxın göründüyü Almaniya və Fransadakı seçicilərə "bu siyasətin bir hissəsinin düşmənlərimiz tərəfindən təhrik edildiyini" anlamağa kömək etməyin vacib olduğunu deyib. SAMİRƏ