çərşənbə günü, 18 noyabr 2026
     

101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

Image


Vaşinqtondan Bakıya yeni təzyiq dalğası – 101 konqresmen Azərbaycana qarşı sərtləşmə istəyir

Konqresində Azərbaycana hərbi yardımın dayandırılması ilə bağlı 101 qanunvericinin Dövlət katibi Marko Rubiоya müraciət etməsi Bakı-Vaşinqton münasibətlərində yeni siyasi təzyiq mərhələsinin yarandığını göstərir. Söhbət hələlik ABŞ-ın Azərbaycana hərbi yardımını dayandırması barədə qəbul edilmiş qərardan getmir. Lakin müraciətin həm Senat, həm də Nümayəndələr Palatasından, həmçinin hər iki əsas partiyanın nümayəndələrindən gəlməsi onun siyasi çəkisini artırır.

Burada əsas məsələ 907-ci maddədir. Bu maddə Azərbaycana ABŞ yardımına müəyyən məhdudiyyətlər qoysa da, prezidentə milli təhlükəsizlik maraqlarını əsas gətirərək həmin məhdudiyyətlərin tətbiqini dayandırmaq imkanı verir. Tramp administrasiyasının bu səlahiyyətdən istifadə etməsi göstərir ki, Ağ Ev hazırda Azərbaycana münasibətdə Konqresdəki bəzi qruplardan fərqli mövqe tutur. Deməli, 101 qanunvericinin məktubu avtomatik şəkildə yardımın dayandırılması ilə nəticələnmir.

Ancaq məsələnin siyasi tərəfi daha əhəmiyyətlidir. Çünki Konqresdə Azərbaycana qarşı sərt mövqenin yalnız ayrı-ayrı ermənipərəst qanunvericilərlə məhdudlaşmadığını, müəyyən mənada iki partiyalı dəstək qazandığını görürük. 26 senator və 75 konqresmenin eyni məktuba imza atması Vaşinqtonda Azərbaycan siyasətinin yenidən müzakirə predmetinə çevrildiyini göstərir.

Bununla belə, Konqresdəki bütün qanunvericilərin Azərbaycanla bağlı eyni mövqedə olduğunu söyləmək düzgün olmaz. ABŞ-da xarici siyasətin formalaşması yalnız Konqresin mövqeyi ilə müəyyənləşmir. Prezident, Dövlət Departamenti, Pentaqon və milli təhlükəsizlik strukturları da bu prosesdə mühüm rol oynayır. Xüsusilə 907-ci maddə üzrə prezidentə verilən səlahiyyət Ağ Evə müəyyən manevr imkanları yaradır.

Bu səbəbdən yaxın perspektivdə daha real ssenari yardımın tamamilə dayandırılması yox, ABŞ-ın Azərbaycana hərbi və təhlükəsizlik sahəsində dəstəyinin siyasi şərtlərlə əlaqələndirilməsinə dair təzyiqlərin artmasıdır. Vaşinqton Bakıdan müəyyən məsələlər üzrə konkret addımlar tələb edə bilər. Bu tələblər insan hüquqları, erməni məhbuslar, mədəni irs və Ermənistan-Azərbaycan münasibətləri ilə yanaşı, regiondakı hərbi-siyasi prosesləri də əhatə edə bilər.

Digər mühüm məsələ ABŞ-ın Cənubi Qafqazdakı strateji maraqlarıdır. Vaşinqton üçün Azərbaycan yalnız Ermənistanla münasibətlər kontekstində qiymətləndirilən ölkə deyil. Azərbaycanın enerji təhlükəsizliyində rolu, Xəzər regionundakı mövqeyi, Orta Dəhliz, Mərkəzi Asiya ilə əlaqələr və regional nəqliyyat layihələri ABŞ üçün də əhəmiyyət daşıyır. Azərbaycan eyni zamanda Türkiyə ilə yaxın strateji münasibətlərə malikdir və bu amil də Vaşinqtonun Bakı ilə münasibətlərində nəzərə alınır. Ona görə ABŞ administrasiyasının Konqresdəki bütün tələbləri olduğu kimi qəbul etməsi Vaşinqtonun öz regional maraqları baxımından da birmənalı seçim deyil. Hərbi yardımın tam dayandırılması ABŞ-ın Azərbaycana təsir imkanlarını azaltmaqla yanaşı, regionda başqa aktorların təsir imkanlarının genişlənməsinə də səbəb ola bilər.

Bununla belə, Bakının bu məsələni yalnız “Konqresin bir qrup üzvünün təşəbbüsü” kimi qiymətləndirməsi də düzgün olmaz. Çünki 101 qanunvericinin imzası ABŞ siyasi sistemində müəyyən təsir gücünə malik siqnaldır. Əgər bu təşəbbüs sonradan yeni qanun layihələri, büdcə düzəlişləri və ya 907-ci maddənin tətbiqinə dair konkret qanunvericilik təşəbbüsləri ilə müşayiət olunarsa, onda məsələ daha ciddi xarakter ala bilər.

Burada Azərbaycanın diplomatik davranışı da mühüm əhəmiyyət daşıyır. Bakı üçün əsas məsələ ABŞ-dakı siyasi dairələrdə Azərbaycan haqqında formalaşan birtərəfli təsəvvürlərin qarşısını almaq və Vaşinqtonla dialoq kanallarını açıq saxlamaqdır. Əks halda erməni lobbisinin və Azərbaycana qarşı sərt mövqe nümayiş etdirən qanunvericilərin təşəbbüsləri daha geniş siyasi dəstək qazana bilər.

Digər tərəfdən, bu hadisə ABŞ-Azərbaycan münasibətlərində daha geniş problemin olduğunu da göstərir. Son illərdə Vaşinqtonun Bakı ilə münasibətlərində insan hüquqları və Qarabağ məsələsi ön plana çəkilib. Azərbaycan isə öz növbəsində Qarabağ münaqişəsinin artıq başa çatdığını və ölkənin ərazi bütövlüyünün bərpa edildiyini əsas götürərək ABŞ-dan yeni regional reallıqları nəzərə almağı gözləyir. Bu iki yanaşma arasında fərq aradan qalxmadıqca, Konqresdə Azərbaycana qarşı oxşar təşəbbüslərin yenidən ortaya çıxması mümkündür.

Nəticə etibarilə, hazırkı mərhələdə ABŞ-ın Azərbaycana hərbi yardımı dayandıracağı barədə qəti fikir söyləmək tezdir. Daha real mənzərə ondan ibarətdir ki, Konqresdə Azərbaycana qarşı siyasi təzyiq artır və bu təzyiqin gələcəkdə qanunvericilik təşəbbüslərinə çevrilməsi ehtimalı var. Həlledici məqam isə Ağ Evin bu təzyiqə necə cavab verəcəyidir.

Əgər Tramp administrasiyası 907-ci maddə üzrə prezident səlahiyyətindən istifadəni növbəti il də davam etdirərsə, Konqresdəki müraciətlər müəyyən müddət siyasi təzyiq vasitəsi olaraq qala bilər. Əksinə, Ağ Ev də Konqresdəki mövqeyə yaxınlaşarsa, bu, Bakı-Vaşinqton münasibətlərində daha ciddi soyuqluğa, hərbi əməkdaşlığın məhdudlaşmasına və Azərbaycanla bağlı ABŞ siyasətinin sərtləşməsinə gətirib çıxara bilər.

Bu baxımdan 101 Konqres üzvünün məktubunun əsas əhəmiyyəti yardımın dərhal dayandırılmasında deyil, ABŞ siyasi sistemində Azərbaycana qarşı təzyiqin hansı istiqamətdə inkişaf etdiyini göstərməsindədir. Qarşıdakı dövrdə əsas məsələ bu siyasi təşəbbüsün sadəcə məktub olaraq qalacağı, yoxsa konkret qanunvericilik və administrativ qərarlara çevriləcəyidir.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

18.11.2026 / 10:28
ABD kəşfiyyatı ŞOKDA - məxfi rabitə şəbəkəsi çökdü...

18.11.2026 / 09:52
Trampın reytinqi rekord dərəcədə aşağı düşdü - amerikalıların 66%-i ondan narazıdır...

18.11.2026 / 07:19
Moldova hava məkanını bağladı - dron təhlükəsi üzündən…

18.11.2026 / 07:12
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsi sıradan çıxıb - kiberhücum?..

17.11.2026 / 22:45
İran Vaşinqtonda “çirkli bomba” və kimyəvi silahlarla hücum planlaşdırır - ABŞ kəşfiyyatından ŞOK İDDİA...

17.11.2026 / 22:21
İran ABŞ bazaları yaxınlığındakı bəndləri, limanları və elektrik stansiyalarını vuracaq - sizin etdiyinizi edəcəyik...

17.11.2026 / 22:03
Xəzər dənizini zəbt edənlərin axırı çatdı - Fərman istisnasız icra olunsa...

17.11.2026 / 21:52
Peruda dindarın atdığı təsbeh Roma Papasını gözündən yaraladı

17.11.2026 / 21:47
İstanbul-İrəvan hava yükdaşımaçılığı başladı - həm də intensiv...

17.11.2026 / 21:38
Putinlə rəqs etmiş keçmiş naziri vətəndaşlıqdan çıxardırlar

17.11.2026 / 21:25
Tramp Putinlə ayrıca ikitərəfli görüş keçirmək istəyir...

17.11.2026 / 21:17
Rusiyada hərbi təyyarə qəzaya uğradı - ölənlərin sayı 17-yə çatdı...

17.11.2026 / 21:10
Pekinin Ukrayna ilə bağlı siyasəti kəskin dəyişildi...

17.11.2026 / 20:49
İran Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyə keçdi - İmkan vermərik...

17.11.2026 / 20:32
Tiflislə Moskva inanılmaz danışıqlara başlayır - bölgə üçün yeni təhlükə yetişir...

17.11.2026 / 20:17
Ukraynanın hücumundan sonra Krım körpüsünün bir hissəsi dənizə çökdü - hərəkət dayandırıldı...

17.11.2026 / 20:06
İran Bəhreynin hava hücumundan müdafiə qüvvələrini məhv etdi...

17.11.2026 / 19:48
Azərbaycan MDB-də Britaniya üçün 3-cü dövlət oldu - hərbi əməkdaşlıq...

17.11.2026 / 19:33
Avropa Rusiya qarşısında vahid tələb qoyur - Ordunuzu bütün ölkələrdən çıxarın...

17.11.2026 / 19:14
Ölkədə vergi borcları sürətlə artır - 28 faiz...

17.11.2026 / 19:02
Feldşer vəzifələri üzrə hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

17.11.2026 / 18:42
Rumıniya Bakı və İrəvanın da daxil olduğu təzə format yaradır...

17.11.2026 / 18:23
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:14
Prezidentin sosial media hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:10
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - FOTO

17.11.2026 / 17:58
Ermənistanda Azərbaycanı nümunə göstərirlər...

17.11.2026 / 17:47
Rusiya Krım körpüsünə hücumdan sonra ballistik raketlərlə Kiyevdə körpüləri vurdu...

17.11.2026 / 17:42
Tural Turan beynəlxalq mükafata layiq görülüb

17.11.2026 / 17:36
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO

17.11.2026 / 17:32
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib - FOTO

17.11.2026 / 17:03
ABŞ-İran savaşının təsirləri Amerika torpaqlarına çatdı...

17.11.2026 / 16:53
Ermənistan Rusiyaya münasibətdə Estoniya təcrübəsini tətbiq ermək eşqinə düşdü...

17.11.2026 / 16:37
Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul etdi

17.11.2026 / 16:20
Pensiyalara 8,67 milyard manat ayrılacaq – orta aylıq pensiya 639 manata çatacaq...

17.11.2026 / 16:04
Saxta sənədlərlə Azərbaycandan yük çıxarmaq istəyən sürücülər yaxalandı

17.11.2026 / 15:29
“Jalə xanım ikinci oldu, mən 44-cü, heç cür anlaya bilmirəm” – Deputat təəccübləndi...

17.11.2026 / 15:12
Avropa nümayəndələri Ukrayna danışıqlarına rəsmən qatıldı - Rusiya təkzib edir…

17.11.2026 / 14:48
Dünyada süni intellektə qarşı üsyan başlayıb...

17.11.2026 / 14:36
Üç liderin Çin sammiti iflasa uğradı - Ukrayna mövzusu masaya çıxmadı...

17.11.2026 / 14:16
"Dövlət qulluğunda din xadimləri ilə bağlı məhdudiyyətlərə dair məlumatlar manipulyasiya xarakteri daşıyır" - Media və Yayım Şurası

17.11.2026 / 14:05
Avropa əsl simasını göstərir - beş ölkədən insanlar Afrikaya qovulur...

17.11.2026 / 13:52
Səfir: “Bu səfərlər Strateji Tərəfdaşlıq sazişinin tamamlanmasına zəmin yaratdı”

17.11.2026 / 13:50
Dankan Norman: “Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri güclüdür və inkişaf etməkdədir”

17.11.2026 / 13:47
Səfir Norman: “Azərbaycan Böyük Britaniya üçün dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır”

17.11.2026 / 13:45
Səfir: “Böyük Britaniya və Azərbaycan arasındakı tərəfdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır”

17.11.2026 / 13:35
Bura "danışmaqxana" deyil! – deputatla spiker arasında GƏRGİNLİK yarandı

17.11.2026 / 13:21
Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqlədi

17.11.2026 / 13:15
Cızma-qara yazıb dərsliklərə salırlar – Komitə sədridən SƏRT İTTİHAM...

17.11.2026 / 13:02
Yol polisləri səhhəti pisləşən əcnəbi sürücünü xilas etdilər... - VİDEO

17.11.2026 / 12:42
Paşinyan Türkiyədən “oğurladığı” bananı cibinə qoyub üç ölkəni gəzdirdi...

17.11.2026 / 12:27
“Ermənistanda seçki prosesləri beynəlxalq qarşıdurma meydanına çevrilib” - Medvedev

17.11.2026 / 12:16
Naxçıvanda deputat qəzaya düşdü - FOTO

17.11.2026 / 12:04
Irandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alındı

17.11.2026 / 11:52
Avropanın Azərbaycan və ABŞ-dan asılılığı artır

17.11.2026 / 11:39
Dankan Norman: ""Birgə Bəyannamə” ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur"

17.11.2026 / 11:35
Britaniya şirkəti Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırlayır

17.11.2026 / 11:33
Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək

17.11.2026 / 11:21
Ukrayna Rusiyanın Başqırdıstandakı ən böyük neft-kimya komplekslərindən birini vurdu...

17.11.2026 / 11:05
Dərsliklərdəki məzmun necə yoxlanılır? – Nazirlikdən AÇIQLAMA

17.11.2026 / 10:48
Türkiyədə daha bir müxalif media qurumuna qarşı əməliyyat - həbslər aparıldı, “Sözcü TV”yə qəyyum təyin edildi...

17.11.2026 / 10:37
Akademik Əhliman Əmiraslanovun doğum günüdür

17.11.2026 / 10:24
Gürcüstandan Azərbaycana avtomobil gətirənlərə PİS XƏBƏR – Yeni rüsum tətbiq edildi

17.11.2026 / 10:12
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

17.11.2026 / 10:05
Bakıda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi

17.11.2026 / 09:37
Azərbaycan və Aİ ikitərəfli əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər

17.11.2026 / 09:33
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib

17.11.2026 / 09:10
Siqaret bahalaşacaq...

17.11.2026 / 08:49
Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

17.11.2026 / 08:35
Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salındı - 83 ailə...

17.11.2026 / 07:02
ABŞ banklarında genişmiqyaslı elektron sistem nasazlığı baş verib - yetkililər kibercinayətkarlığı istisna edir

16.11.2026 / 23:42
Mossadın 2006-cı ildə İstanbulda bir İran generalını qaçıraraq öldürdüyü ortaya çıxdı – ƏMƏLİYYATIN DEATALLARI açıldı...

16.11.2026 / 23:33
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər

16.11.2026 / 22:47
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

16.11.2026 / 22:35
Kremldən hakim partiya deputatlarına tapşırıq gəldi - qələbəyə hazırlaşın...

16.11.2026 / 22:20
Trampın kürəkəninin Serbiyadakı biznesi ləğv edildi

16.11.2026 / 22:14
Rusiyanın Gürcüstan və Ukraynaya hücumlarından əvvəlki vəziyyət yaranır - Avropaya yeni müharibə xəbərdarlığı...

16.11.2026 / 22:11
Fatma Betülün ardından İstanbul Fond Birjasının keçmiş rəhbəri də saxlandı

16.11.2026 / 21:58
Trampın oğullarının Qazaxlstanda 1.2 milyard dollarlıq investisiya layihəsi var...

16.11.2026 / 21:50
Ukrayna üzrə növbəti danışıqlar Avropada keçirilə bilər - Aİ ölkələri yeni təkliflər irəli sürdü...

16.11.2026 / 21:32
Polşa Ukrayna danışıqlarında rol aldı - PURL boykotu bitəcək?

16.11.2026 / 21:14
Qaraqoyunlu Cahanşahın ermənilərə simpatiyasının sirləri - Eçmiədzini ermənələrə hədiyyə edənlər...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ