ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti sərt bəyanatla çıxış edib. O, Tehrana yeni ilədək vaxt verdiyini və bu müddət ərzində Vaşinqtonla razılaşma əldə olunmayacağı təqdirdə hərbi hücumları yenidən başlatmaq niyyətində olduğunu açıqlayıb.
“İran yeni ilədək razılaşma əldə etməsə, hücumları yenidən başlatmaq niyyətindəyəm. Ümid edirəm ki, İran blokadanı yarmağa cəhd edər. Əgər bunu etsələr, hamısı dənizin dibinə gedəcəklər”, – deyə Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
Ağ Ev rəhbəri İranlı müzakirəçiləri danışıqları uzatmaqda ittiham edib. Onun iddiasına görə, İran rəsmiləri ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkilərdən əvvəlki dövrlə müqayisədə hazırda daha aqressiv mövqe nümayiş etdirirlər.
Trampın bu açıqlaması Vaşinqtonla Tehran arasında diplomatik gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib. ABŞ prezidentinin yeni ilədək vaxt verməsi İranla danışıqların gələcək taleyi və hərbi əməliyyatların yenidən başlanması ehtimalı ilə bağlı sualları artırır.
Tahir TAĞIYEV