Macarıstan Aİ səfirlərinin görüşündə Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı son iki danışıqlar qrupuna veto qoymağı dayandırmaq niyyətindədir.
Bu barədə Euronews-a diplomatik mənbələrdən bildirilib.
Xəbərə görə, Macarıstanın Baş Nazir Ofisindəki Aİ İşləri üzrə Dövlət Katibi Andraş Biro-Nağı Brüsseldə keçiriləcək Ümumi İşlər Şurasının iclasından əvvəl genişlənmə ilə bağlı müzakirələr zamanı bu addımı atıb.
Qeyd edək ki, Peter Magyar 16 ildir hakimiyyətdə olan Viktor Orbanı devirdikdən sonra Macarıstanın mövqeyi dəyişməyə başladı. İlk danışıqlar qrupu iyun ayında, ikincisi iyul ayında və daha ikisi oktyabr ayında açıldı.
Keçən ay Kiyev və Budapeşt Qərbi Ukraynadakı macar milli azlığının hüquqları ilə bağlı razılığa gəldilər və bu razılaşma sonradan Ukrayna parlamenti tərəfindən qəbul edildi.
Bundan sonra Macarıstan hökuməti irəliləməyə hazır idi, lakin son iki qruplaşmanın açılmasını daha bir neçə həftə təxirə saldı. Orbanın rəhbərliyi altında illərlə davam edən Ukrayna əleyhinə ritorika bu addımı ölkə daxilində siyasi cəhətdən çətinləşdirdi.
Macar və Ukrayna prezidentləri ilk ikitərəfli görüşü oktyabrın 16-da Brüsseldə keçirilən Avropa Şurasının zirvə toplantısı çərçivəsində keçiriblər. Bu, iki qonşu ölkə arasında münasibətlərin istiləşməsində daha bir addım olub.
SAMİRƏ