ABŞ Prezidenti Donald Tramp Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpinlə keçirilən üçtərəfli görüşdə İranın nüvə silahı əldə etməsinə Vaşinqtonun imkan verməyəcəyini bəyan edib.
Tramp nüvə silahlarının yayılmasına qarşı beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq, ABŞ-ın bu istiqamətdə İranla bağlı fəaliyyət göstərdiyini bildirib.
“Buna görə də nüvə silahından imtina etmək asan deyil. Lakin digər ölkələrdə nüvə silahlarının yayılmasına qarşı mübarizədə əməkdaşlıq etməyimiz son dərəcə vacibdir. İranla bağlı da məhz bunu edirik. İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp qeyd edib ki, ölkə lideri nüvə silahı əldə etdikdən sonra ondan imtina etmək olduqca çətin olur.
“Bir ölkənin lideri nüvə silahı əldə etdikdən sonra ondan imtina etməsi çox çətindir. Həyatın reallığı belədir. Minlərlə silahınız olur və onlardan qurtulmalısınız. Lakin bizdən başqa, nüvə silahına daha az həcmdə sahib olan ölkələr də var”, – deyə Tramp əlavə edib.
Qeyd edək ki, Tramp bu açıqlamaları Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə üçtərəfli görüşü zamanı səsləndirib.
Tahir TAĞIYEV