ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi məlumatların saxlanması və paylaşılması üçün istifadə olunan daxili şəbəkəsi sıradan çıxıb. Bu barədə CNN və CBS News məlumat yayıb. Texniki nasazlıqlar səbəbindən agentlik Merilend ştatının Fort-Mid şəhərində yerləşən qərargahında bəzi əməkdaşların işə gəlmə qrafiklərində dəyişiklik edib. ABŞ rəsmiləri bildiriblər ki, kiberhücuma dair heç bir sübut yoxdur və NSA-nın kritik fəaliyyətləri normal qaydada davam edir.
SAMİRƏ