Bazar ertəsi günü, 16 noyabr 2026
     

İran müharibəsi artıq bitdi...Əsas yekunlar...

Image


Turan Rzayev: “Vaşinqtonun ritorikası ilə real hərbi addımları arasında müəyyən ziddiyyətlər müşahidə olunur”

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqtonun zəifləmiş İslam Respublikasına göstərdiyi iqtisadi təzyiq artıq kritik olduğundan, ABŞ-ın İrana qarşı əlavə hərbi əməliyyatlarına ehtiyac yoxdur: “İrana əlavə zərbələr lazım deyil”.

Onun sözləri ABŞ prezidenti Donald Trampın hərbi cəhətdən müharibənin "faktiki olaraq bitdiyi" barədə son açıqlamasını əks etdirir.

“Düzünü desəm, hazırda bu rejimə vurduğumuz iqtisadi ağrı o qədər böyükdür ki, hərbi əməliyyatlara ehtiyac yoxdur - biz onları çox zəiflətmişik", - deyə dövlət katibi bildirib. "Amma inanıram ki, qələbə onların heç vaxt nüvə silahına sahib olmamalarını təmin etməkdədir”-deyə ABŞ dövlət katibi vurğulayıb.

İran müharibəsini artıq bitmiş saymaq olarmı? Rubionun bəyanatını necə oxumaq olar?

Politoloq Turan Rzayev baki-xeber.com-a bildirdi ki, ABŞ–İran qarşıdurmasının başa çatdığını söyləmək hələ tezdir.

“ABŞ və İran arasında müharibənin başa çatdığını söyləmək üçün hələ çox tezdir. Hazırkı mərhələdə bu barədə konkret və birmənalı fikir bildirmək çətindir. Çünki bir tərəfdən Vaşinqton üçüncü təyyarədaşıyan gəmisini Fars körfəzi istiqamətinə yönəldir, eyni zamanda bölgəyə əlavə hərbi qüvvələr cəlb edir. ABŞ-ın bu miqyasda hərbi qüvvə toplaması ciddi təzyiq vasitəsi kimi qiymətləndirilməlidir. Xatırladaq ki, buna bənzər hərbi hazırlıq sonuncu dəfə İraqa müdaxilə ərəfəsində müşahidə olunmuşdu.

Burada mühüm bir məqamı nəzərə almaq lazımdır: hətta birbaşa hərbi əməliyyatlar başlamasa belə, hərbi qüvvələrin bir bölgədən digərinə daşınması, donanmanın cəmləşdirilməsi və əlavə hərbi kontingentin yerləşdirilməsi kifayət qədər böyük maliyyə vəsaiti tələb edir. Müasir dövrdə müharibənin özü qədər ona hazırlıq prosesi də son dərəcə bahalıdır. ABŞ belə böyük maliyyə vəsaiti və hərbi resurslar səfərbər edirsə, təbii ki, bunun arxasında konkret strateji məqsədlər dayanır”.

T.Rzayev qeyd etdi ki, ona görə də İrana qarşı təzyiqlərin davam etdiyi bir vaxtda bölgəyə hərbi qüvvələrin cəlb olunmasını təsadüfi addım hesab etmək olmaz. “Hər an hərbi zərbələrin endirilməsi ehtimalı da istisna edilmir. Digər tərəfdən, Vaşinqtonun ritorikası ilə real hərbi addımları arasında müəyyən ziddiyyətlər müşahidə olunur. Bir tərəfdən hərbi qüvvələr sərhədlərə və strateji ərazilərə yaxınlaşdırılır, donanma cəlb edilir, aviasiya imkanları artırılır, digər tərəfdən isə diplomatik bəyanatlarda müharibənin başa çatdığı, gərginliyin azaldığı mesajları verilir.

Əslində, bu vəziyyət Donald Tramp administrasiyasının xarici siyasətində müşahidə etdiyimiz dəyişkənliyin növbəti təzahürüdür. Trampın siyasi davranış modelində əvvəlki bəyanatlardan geri çəkilmək, verilən vədləri dəyişdirmək və müəyyən məsələlərdə mövqeyini kəskin şəkildə yeniləmək halları az deyil. İrana münasibətdə də biz dəfələrlə belə dəyişikliklərin şahidi olmuşuq. Bu baxımdan, hazırkı ritorikaya əsaslanaraq ABŞ–İran qarşıdurmasının başa çatdığını düşünmək doğru olmazdı.

Məsələnin digər mühüm tərəfi isə hüquqi və siyasi xarakter daşıyır. Hazırda tərəflər arasında rəsmi şəkildə elan edilmiş müharibə yoxdur. Nə ABŞ İrana müharibə elan edib, nə də İran ABŞ-a qarşı belə bir qərar açıqlayıb. Eyni zamanda, tərəflər arasında genişmiqyaslı hərbi əməliyyatlar, quru qoşunlarının iştirakı ilə aparılan döyüşlər müşahidə edilmir.

Bu səbəbdən baş verənləri daha çox hərbi-siyasi gərginlik, qarşılıqlı təhdidlər və lokal xarakterli hərbi əməliyyatlar kontekstində qiymətləndirmək lazımdır. Ayrı-ayrı raket zərbələri və aviasiya əməliyyatları özlüyündə klassik mənada total müharibənin başladığını göstərmir.

Bəli, burada müəyyən mənada asimmetrik müharibə elementləri mövcuddur. Lakin bunu genişmiqyaslı, bütün hərbi və iqtisadi resursların səfərbər olunduğu total müharibə kimi xarakterizə etmək düzgün deyil. Hazırda biz daha çox tərəflərin bir-birinə təzyiq göstərdiyi, hərbi imkanlarını nümayiş etdirdiyi və mümkün eskalasiyaya hazırlaşdığı mürəkkəb qarşıdurma mərhələsinin şahidiyik.

Ona görə də ABŞ–İran münasibətlərində yaranmış vəziyyəti müharibənin başa çatması kimi deyil, hələlik nəticəsi bəlli olmayan, yeni hərbi eskalasiya ehtimalını özündə saxlayan gərginlik mərhələsi kimi qiymətləndirmək daha doğru olardı”-deyə T.Rzayev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

16.11.2026 / 20:57
İran müharibəsi artıq bitdi...Əsas yekunlar...

16.11.2026 / 20:40
ASB-nin Dublin Zirvəsində Naxçıvanın mühüm bir məsələsi həll edildi...

16.11.2026 / 20:24
Universitet tələbələri ilə görüşən Şərurlu İsfəndiyar hansı qəbahətlərə yol verdi?!...

16.11.2026 / 20:09
Azərbaycanın Strateji tərəfdaşlıq bəyannamələrində tək riskli məqam - analitiklər razılaşmır...

16.11.2026 / 19:53
Avropa siyasi məkanına yeni diplomatik fəallıq fenomeni gəlir...

16.11.2026 / 19:38
ASB-nin Dublin sammitində Əliyev daha bir uğur qazandı - Litva prezidenti açıqladı...

16.11.2026 / 19:24
Türkdilli xalqların ortaq mədəni irsi memarlıq timsalında

16.11.2026 / 19:10
Qara dənizdə içərisində 4 azərbaycanlının da olduğu gəmi vurularaq batırıldı...

16.11.2026 / 18:56
ABŞ-ın Avropadan çəkilməsinə icazə verilmir - Tramp çətinə düşdü...

16.11.2026 / 18:42
Paşinyan Azərbaycanın tam haqlı olduğunu bütün Avropaya bəyan etdi...

16.11.2026 / 18:27
Üç ölkə liderləri Çin görüşünün gündəliyində razılaşa bilmədilər

16.11.2026 / 18:23
Ceyhun Bayramovla Birləşmiş Krallığın XİN başçısı arasında telefon danışığı olub

16.11.2026 / 18:18
AMEA-da Səhəndin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib - FOTO

16.11.2026 / 18:10
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

16.11.2026 / 18:02
Çin Rusiyadan dəstəyini geri çəkir, Putinin yeni Yalta arzusu suya düşür...

16.11.2026 / 17:45
Azərbaycanla Britaniya qarşılarında yeni yol açdılar...

16.11.2026 / 17:30
Gələn ildən əmanətçilərin qazancından vergi tutula bilər - faizlər də açıqlandı...

16.11.2026 / 17:17
Avropa yenidən Rusiya qazı üçün milyardlarla dollar ödəyir...

16.11.2026 / 17:12
Əhalinin dərman və ərzaq xərcləri artır...

16.11.2026 / 16:50
Ramiz Mehdiyevi ifrat tərifləyənlər risk aıtındadır – “kardinal” dövlət çevrilişində ittiham olunur...

16.11.2026 / 16:10
Azərbaycan ASB-nin yeni beynəlxalq təşkilata çevrilməsini önəmli saymır - niyə?..

16.11.2026 / 15:57
Hikmət Hacıyev: "Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır" - FOTO

16.11.2026 / 15:20
Ermənistan Rusiyadan qopur, İran o gücdə deyil, Azərbaycanla isə problem var...

16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur - RƏQƏMLƏR

16.11.2026 / 14:32
Devlər Çində Ukrayna problemini yerdən qaldıra bil(məy)əcək... Tərəddüdlər...

16.11.2026 / 14:01
Azərbaycan 2030-cu ildə 27-ci Ümumdünya Enerji Konqresinə ev sahibliyi edəcək...

16.11.2026 / 13:57
Moskvanın sülh üçün maksimalist tələblərinə Aİ-dən maksimalist qarşılıq - Rusiya qoşunları bütün ölkələrdən çıxarılsın…

16.11.2026 / 13:52
Hesablama Palatası cari xərclərin artım tempinə limit qoyulmasını təklif etdi...

16.11.2026 / 13:38
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edildi

16.11.2026 / 13:35
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

16.11.2026 / 13:34
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrıldı

16.11.2026 / 13:30
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - FƏRMAN

16.11.2026 / 13:21
Rumıniya Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı Bakı ilə danışıqlar aparacaq...

16.11.2026 / 13:08
Aİ-nin genişlənmə sammitinə Gürcüstandan yalnız səfir dəvət olundu, Tiflis tədbirdən imtina etdi...

16.11.2026 / 12:43
Ukrayna Rostov vilayətində neft bazasını və qazpaylayıcı stansiyanı vurdu...

16.11.2026 / 12:29
Üç qitədəki Strateji Tərəfdaşlarımızın bizə faydaları nə ola bilər?! - Tək bir cümlə...

16.11.2026 / 12:20
Əmək Məcəlləsində dəyişikliklər təsdiqləndi

16.11.2026 / 12:18
İran parlamenti kəşfiyyat nazirinin müctəhid olması tələbini ləğv etdi...

16.11.2026 / 12:15
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqlədi

16.11.2026 / 12:05
Büdcəyə ən çox pul gətirən vergi bəlli oldu – Çoxumuz hər gün ödəyirik!

16.11.2026 / 11:53
Hörmüz boğazında iki neft tankeri minaya düşərək partladı...

16.11.2026 / 11:31
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi

16.11.2026 / 11:20
Ukrayna Krım körpüsünə növbəti dəfə zərbə endirdi – nəqliyyatın hərəkəti dayandırıldı...

16.11.2026 / 11:03
Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək

16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı

16.11.2026 / 10:17
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı

16.11.2026 / 10:02
Bakıda güclü külək 32 ağacı sındırdı

16.11.2026 / 09:55
İrandan Azərbaycana dronla narkotik keçirilməsinin qarşısı alındı - aparatı idarə edən iranlı da yaxalandı

16.11.2026 / 09:36
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək

16.11.2026 / 09:05
Bakıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlandı

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

16.11.2026 / 07:11
Tramp-Putin-Tszinpin görüşünün tarixi bəlli oldu

16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" - Yeni Partiya bu şüar altında Qurultay keçirdi

16.11.2026 / 06:49
İranın Tramp və administrasiya üzvlərinə qarşı sui-qəsd planı açıldı - bir çox yüksək rütbəli şəxs hərbi bazalara köçürüldü

16.11.2026 / 06:40
Zaxarova Consonun Moskvada çox içməsinə şahidlik etdi - “Elə deyirdi süz…”

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ